Adolf Fredrik (isv. Adolf Fredrik, alm. Adolph Friedrich; 14 may 1710[1][2][…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 12 fevral 1771[1][2][…]) — 1751–1771-ci illərdə İsveç kralı.
Adolf Fredrik | |
---|---|
isv. Adolf Fredrik | |
25 mart 1751 – 12 fevral 1771 | |
Əvvəlki | I Fredrik |
Sonrakı | III Qustav |
25 mart 1751 – 12 fevral 1771 | |
Əvvəlki | I Fredrik |
Sonrakı | III Qustav |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 may 1710[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1771[1][2][…] (61 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Uşaqları | |
Dini | lüteranlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir. Adolf Fredrik Rusiya imperatoru III Pyotrun əmisi, İsveç kralları III Qustav və XIII Karlın atasıdır. O, 12 fevral 1771-ci ildə, 60 yaşında Stokholm şəhərində vəfat etmişdir.[6]