Holşteyn-Qottorplar

Holşteyn-Qottorplar (alm. Holstein-Gottorp‎ və ya Holstein-Gottorf) — alman hersoq sülaləsi, 1544–1773-cü illərdə Şlezviq-Holşteynin bir hissəsini idarə edən Oldenburq sülaləsinin gənc qolu. Bu zaman Oldenburq sülaləsi 3 hissəyə bölünmüş, idarə etdikləri ərazilərin şərq hissəsi isə Qottorp qalası ilə Danimarka kralı I Fridrixin oğlu Adolfa keçmişdir. Sonrakı nümayəndələr Oldenburq Böyük hersoqları və İsveç kralları titulları altında taxtlara oturmuşdular. 1751–1818-ci illərdə sülalənin qollarından birinin nümayəndələri İsveçdə monarx idilər.[1]

Holşteyn-Qottorplar
Hissəsidir Oldenburqlar
Banisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1761-ci ildə Qottorp hersoqu Karl Peter Ulrix III Pyotr adı ilə Rusiyanın imperatoru olmuşdur. Bununla əlaqədar olaraq, III Pyotrdan başlayaraq ümumrusiya imperatorları sülaləsi şəcərə ilə bağlı xüsusi ədəbiyyatda və bütün imperiya cəbbəxanalarında "Holşteyn-Qottorp-Romanovlar" adlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ольденбургский дом  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.