Mari Jozef Lui Adolf Tyer (fr. Marie Joseph Louis Adolphe Thiers; 15 aprel 1797[1][2][…], Marsel[5][6] – 3 sentyabr 1877[3][4][…], Sen-Jermen-an-Le[d][5][6]) — fransız siyasi xadim və tarixçi. Böyük Fransa inqilabının tarixinə dair bir sıra əsərlərin müəllifi. İyul monarxiyası dövründə bir neçə dəfə Fransanın baş naziri olmuşdur. Üçüncü Fransa Respublikasının ilk (müvəqqəti, 1871–1873) prezidenti.
Adolf Tyer | |
---|---|
fr. Adolphe Thiers | |
31 avqust 1871 – 24 may 1873 | |
Əvvəlki | III Napoleon |
Sonrakı | Patris de Mak-Maqon |
Şəxsi məlumatlar | |
Doğum adı | Marie-Joseph-Louis-Adolphe Thiers |
Doğum tarixi | 15 aprel 1797[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1877[3][4][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | vəkil, siyasətçi, jurnalist, tarixçi, yazıçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1871-ci ilin fevralında açılan Fransa Müəssislər Məclisi hökumətin təşkili məsələsinə baxdı. Fevral ayının 13-də hökumətin başçısı vəzifəsinə Adolf Tyer təyin olundu və Tyer bu vəzifədə 1872-ci ilin may ayına qədər qaldı. Tyer o zaman Avropada tanınmış siyasi xadimlərdən biri idi. Belə hesab edilirdi ki, onun bu vəzifəyə gətirilməsi Almaniya imperiyası ilə danışıqlarda uğurun əldə edilməsinə şərait yaradacaq, eyni zamanda A. Tyer ölkə daxilində siyasi qüvvələr arasında bir növ siyasi bir kompromisin əldə olunmasına nail olacaqdır. İcra hakimiyyətinin başçısı olan Adolf Tyer 1871-ci ilin avqust ayının 31-dən etibarən prezident adlanmağa başlandı.
1871-ci ilin mart-may aylarında Parisdə ilk fəhlə birliyi olan Paris kommunasının hakimiyyəti bərqərar oldu. 1871-ci ilin mart ayının 18-də hökumət Parisin yoxsul əhalisindən kirayə haqlarını və lombardlara qoyduqları əşyalara görə vekselləri tez bir zamanda ödəməyi tələb etdi. Bununla bağlı Parisdə milli qvardiya batalyonları hazır vəziyyətə gtirilmişdi. Martın 18-də Adolf Tyer hökumət üzvləri qoşunla birlikdə paytaxta gələrək milli qvardiyanı tərksilah etdilər. Lakin hökumətin bu cəhdi uğursuz nəticələndi və fəhlələr, milli qvardiya Parisi tez bir zamanda nəzarət altına götürdülər. Hökumət Versala köçmək məcburiyyətində qaldı. Beləliklə 1871-ci ilin mart ayının 18-də Parisdə may ayının 28-ə dək mövcud olacaq ilk fəhlə hökuməti olan Paris kommunası quruldu.
1871-ci ildə may ayının 10-da Almaniya və Fransa arasında Frankfurt-Maynda yekun sülh müqaviləsi imzalandı. Bismark, heç bir şərt qoymadan əsirlikdə olan 150 minlik fransız ordusunu tərksilah etmədən əsirlikdən azad etdi. Bu ordu isə Mak Maqonun başçılığı altında Paris kommunasına qarşı hücuma keçdi. Almaniya ilə müqavilənin bağlanmasından sonra Tyer hökuməti Parisə etdiyi hücumu daha da gücləndirdi və may ayının 28-də Paris kommunasının son dəstələri də darmadağın edildi. Bu hadisələr zamanı 21 min nəfər insan güllələndi, 15–20 min arası isə sürgün edildi. Paris kommunasının məğlub edilməsi siyasi xadimləri konstitusiyanın hazırlanması işini daha da sürətləndirdi.
Fransada bu dövrdə hakimiyyətə kimin gətiriləcəyi məsələsində də ortaq bir fikir yox idi. Orleanistlər Orleanlı I Lui-Filippin 1821-ci ildə öldürülən oğlunun oğlu Paris qrafının hakimiyyətə gətirilməsinin tərəfdarı olduqları halda, legitimistlər X Karlın nəvəsi qraf Şamborun tərəfindən çıxış edirdilər. Tyer isə bildirirdi ki, bu ziddiyyətlərə son vermək və vəziyyəti olduğu kimi saxlamaq lazımdır. Lakin Tyer son nəticədə 1872-ci ilin may ayının 10-da istefaya getdi. Tyerdən sonra prezident vəzifəsinə Fransa marşalı Patris de Mak-Maqon təyin edildi.