Qustavo Dias Ordas | |
---|---|
| |
1 dekabr 1964 – 30 noyabr 1970 | |
Əvvəlki | Adolfo Lopes Mateos |
Sonrakı | Luis Eçeverria |
Şəxsi məlumatlar | |
Doğum adı | José Gustavo del Santísimo Sacramento Díaz Ordaz Bolaños Cacho[3][4] |
Doğum tarixi | 12 mart 1911[1][2][…] |
Vəfat tarixi | 15 iyul 1979[1][2][…] (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, qatil |
Vikianbarda əlaqəli mediafayllar |
Qustavo Dias Ordas Bolanyos (isp. Gustavo Díaz Ordaz Bolaños; 12 mart 1911[1][2][…] – 15 iyul 1979[1][2][…], Mexiko) — Meksika siyasətçisi, 1964–1970- ci illərdə Meksika Prezidenti.
Qustavo Dias Ordas Bolanyos 12 mart 1911-ci ildə Meksikanın Puebla ştatında anadan olmuşdur. O, 1937-ci ildə Puebla Universitetindən məzun olmuşdur. Qustavo Dias Ordas 1943–1946-cı illərdə Milli Konqresin deputatı, 1946–1952-ci illərdə senator olmuşdur. O, 1958–1963-cü illərdə Daxili İşlər naziri vəzifəsində çalışmışdır. Qustavo Dias Ordas 1964–1970-ci illərdə Meksika Prezidenti kimi xidmət etmişdir. O, prezidentliyi dövrdə dövlət iqtisadiyyatı sektorunu gücləndirmişdir. Bundan başqa, 1968-ci ildə tələbə iğtişaşları vəhşicəsinə yatırılmışdır. O, 1977-ci ildə Meksikanın İspaniyadakı səfiri vəzifəsində çalışmışdır. O, Qustavo Dias Ordas Bolanyos 15 iyul 1979-cu ildə, 68 yaşında Mexiko şəhərində kolorektal xərçəngdən vəfat etmişdir.[5]