Adolfo Tomas Ruis Kortines (isp. Adolfo Tomás Ruiz Cortines, İspanca tələffüz: [aˈðolfo ˈrwis koɾˈtines] ( dinlə); 30 dekabr 1890[1], Verakruz[d] – 3 dekabr 1973[1], Mexiko) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti.
Adolfo Ruis Kortines | |
---|---|
| |
1 dekabr 1952 – 30 noyabr 1958 | |
Əvvəlki | Migel Aleman Valdes |
Sonrakı | Adolfo Lopes Mateos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 dekabr 1890[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1973[1] (82 yaşında) |
Vəfat yeri | |
Hərbi xidmət | |
Rütbəsi | mayor |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Adolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir. Adolfo Tomas Ruis Kortines 3 dekabr 1973-cü ildə Mexiko şəhərində vəfat etmişdir.[2]