Migel Aleman Valdes (isp. Miguel Alemán Valdés, İspanca tələffüz: [miˈɣel aleˈman] ( dinlə); 27 sentyabr 1900[1][2] – 14 may 1983[3], Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1946-cı ildən 30 noyabr 1951-ci ilə qədər Meksika Prezidenti.
Migel Aleman Valdes | |
---|---|
isp. Miguel Alemán Valdés | |
| |
1 dekabr 1946 – 30 noyabr 1952 | |
Əvvəlki | Manuel Avila Kamaço |
Sonrakı | Adolfo Ruis Kortines |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1900[1][2] |
Vəfat tarixi | 14 may 1983[3] (82 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Onun administrasiyası adətən "Meksika möcüzəsi" adlandırılan Meksikanın sürətli şəkildə sənayeləşməsi prosesi, həm də özü və həmkarlarının şəxsi səviyyədə zənginləşdməsi ilə xarakterizə olunurdu..[4][5] Onun prezidentliyi Meksika dövlət başçılarının Meksika inqilabında birbaşa iştirak etməyən yeni nəslinin başlanğıcı olmuşdur. Onun hökumətində çoxları gənc, universitet təhsilli mülki şəxslər, universitetdə oxuduğu günlərdən yaxın dostlar idi.
Migel Aleman Valdes 27 sentyabr 1900-cü ildə Verakruzda anadan olmuşdur.[6] 1936-cı ildə senator seçilmişdir. 1939-cu ildə ali məhkəmənin hakimi təyin edilmişdir. 1936–1939-cu illərdə Verakruz hökumətinə rəhbərlik etmişdir. O, Avila Kamaçonun seçki kampaniyasına rəhbərlik etmişdir. Kamaço onu 1940–1945-ci illərdə qubernatorluq katibi təyin etmişdir. O, 1946-cı ildə İnstitusional İnqilab Partiyasından (PRI) müəyyən müstəqilliyə əsaslanan seçki kampaniyasından sonra prezident seçilmişdir.[7]
Onun prezidentliyi dövrü "texniki" kimi xarakterizə edilmişdir. İctimai işlər, təhsil, kənd təsərrüfatının müstəmləkəsi və s. onun əsas xüsusiyyətləri idi. 1952-ci ildə onu Adolfo Ruis Kortines əvəz etmişdir. Daha sonra Milli Turizm Şurasının prezidenti olmuşdur.[7]