Adrenoxrom (3-hidroksi-1-metil-2,3-dihidro-1H-indol-5,6-dion) bənövşəyi kristallar (480 nm-də sönmə əmsalı EmM = 4,02) adrenalinin metabolitlərindən (oksidləşmə məhsulu) biridir. Təsnifatına görə disleptiklər qrupuna aiddir.
Adrenoxrom | |
---|---|
Ümumi | |
Ənənəvi adı | adrenoxrom, adrokson |
Kimyəvi formulu | C9H9NO3 |
Molyar kütlə | 179,2 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 117,5 ± 0 °C |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 54-06-8 |
PubChem | 5898 |
SMILES | O=C1C=C2C(O)CN(C)C2=CC1=O |
ChEBI | 166544 |
ChemSpider | 5687 |
1952-ci ildə ing. John Smithies və Humphry Osmond meskalin səbəb olduğu hallüsinasiyaların şizofreniya hallüsinasiyaları ilə oxşarlığına əsaslanaraq, şizofreniyanın M faktoru (meskalinə bənzər faktor) adlandırdıqları endogen halüsinogenin səbəb ola biləcəyini fərz etdilər. Onlar həmçinin qeyd ediblər ki, bəzi hallarda oksidləşmə məhsulları ilə çəhrayı rəngə boyanmış adrenalin yeridilmiş xəstələrdə meskalin səbəb olduğu vəziyyətlərə oxşar vəziyyətlər yaşanır. Bu müşahidələrə əsaslanaraq və oksidləşmə məhsulunu adrenoxrom kimi müəyyən edərək, onlar adrenoxromun əmələ gəlməsi ilə adrenalinin anormal metabolizminin nəticəsi kimi şizofreniyanın patogenezi fərziyyəsini formalaşdırdılar.
Eləcə də şizofreniyanın patogenezində endogen adrenoxromun iştirak edə biləcəyi fərz edilirdi, lakin patoloji vəziyyətin səbəbi orqanizmdə adrenoxromun həddindən artıq sintezi deyil, adrenoxrom metabolizmində iştirak edən glutatyon-S-transferaza fermentinin genetik olaraq müəyyən edilmiş çatışmazlığı ola bilər.[1]
Bunları nəzərə alan Osmond və Hoffer şizofreniyanı baş beyində adrenoxromun azalmasına yönələn vitamin C və vitamin B3-dən yüksək miqdarda təyin etməklə müalicə etməyi təklif etdilər.[2]
Hal-hazırda adrenoxrom hipotezi elmi olaraq tanınmır. Farmakoloq Aleksandr Şulqin "PiHKAL" kitabında yazıb ki, adrenoxrom heç bir psixodelik xüsusiyyətə malik deyil. 2000-ci illərin əvvəllərində adrenoxromun normal olaraq neyromelaninin əmələ gəlməsində iştirak etməsi kəşfi ilə əlaqədar olaraq ona maraq yenidən artdı.
Adrenoxrom sintetik yolla laboratoriyalarda hazırlanır və apteklərdə satılır. Təbii yolla insanda böyrəküstü vəzilərdə və baş beyində istehsal olunaraq adrenalindən ayrılan radikal hesab olunur.[3]
Yaşlanmağa meydan oxuyan məşhurların görünüşü sui-qəsd (konspirasiya) nəzəriyyəçiləri arasında da şübhə doğurub. Onlar iddia edirlər ki, məşhurların əbədi gəncliyinin sirri adrenoxrom dərmanının istifadəsi səbəbindən anormal maddələr mübadiləsindədir.[4] Bu nöqteyi nəzəri irəli sürənlər minlərlə azyaşlı uşağın adrenoxrom adlı gənclik eliksirinin hazırlanması üçün planetdə varlı insanların qurbanı olması fikrindədirlər.[5]
Konspirasiya nəzəriyyəsində adrenoxrom uşaqların qanında qorxu anında çoxalır. Bu məqsədlər üçün uşaqlara təcavüz və işgəncə verilir. Yetkinlərin qanı uyğun deyil, çünki yaşla qorxu anlarında istehsal olunan adrenalinin miqdarı çox azalır. İddialara görə, adrenoxromun əldə edilməsi üçün hər il dünyada 3 milyon uşaq gizli cinayətlərə qurban gedir. 9 yaşınadək saf və daha qorxaq uşaqlar qorxudulur və çox zaman bu məqsədlə işgəncələrə məruz qoyulur. Qorxu anında onun boynunda damar kəsilir və qanı alınır. Bu ağır işgəncələrdən sonra uşağın sağ qalıb-qalmaması məlum deyil, əgər sağ qalırsa belə, növbəti dəfə istifadə edilmək üçün xammal olaraq saxlanılır. Bu dəhşətli proseslərin nə dərəcədə real olması şübhə altındadır, lakin nüfuzlu və dəqiq mənbələrdən əldə edilən məlumatlara görə, dünyada itkin düşən uşaqların orta sayı hər il təxminən 460 000 nəfərdir. Bu o deməkdir ki, hər dəqiqə təxminən 5 uşaq itkin düşür.[6] 2019-cu ildə isə təkcə ABŞ-də 460 min, İngiltərədə 112 min, Kanadada 104 min, Hindistanda 96 min uşaq itkin düşüb. Uşaqların qaçırılaraq qurban edilməsi ehtimalı bu preparatın satışından milyonlar qazanmış Jeffri Epsteinin müəmmalı şəkildə ölümündən sonra üzə çıxdı. Öz şəxsi təyyarəsi ilə qitələrarası uçuşlar edib, humanitar yardım adı altında çoxlu sayda uşaqları himayəyə götürürdü. Epsteinə məxsus, heç kimin yaşamadığı adada polis basqını nəticəsində 86 ölkədən gətirilmiş 400 uşaq aşkarlanınca Epstein həbs olundu və o, sorğu-sualı gözləmədən intihar etdi. Ehtimal olunur ki, itkin düşən uşaqlardan alınan qan internetdə satılıb. Bir çox satış saytlarında satılan adrenoxromun nömrəsi itkin düşən uşaqların axtarış nömrəsi ilə eynilik təşkil edib.[7]