Afrika lamantini (lat. Trichechus senegalensis) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar Afrikanın qərb hövzəsində yayılmışdır.
Afrika lamantini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Afrika lamantini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Lamantinlər iri su canlıları olaraq, ön ətrafları kürəklərə çevrilmiş və quyruğunu yastı formada dəyirmiləşdirilmiş "avarı" xatırladır. Arxa ətrafları isə yoxdur. Afrika lamantinləri özünün yaxın əqrabası olan Amerika lamantinlərindən dərisinin qaramtıl boz olması ilə fərqlənirlər. Onlar nadir dəriyə sahibdirlər. Üst dodağı sirenlərə daxil digər növlər kimi açıq şəkildə ikiyə bölünmüşdür. Yetkin fərdlər 500 kq çəkiyə, 3–4 m uzunluğa malik olurlar[3]. Təbiətdə ovlanan ən iri Afrika lamantininin uzunluğu 4,5 m olmuşdur[4]. Yaşadığı şərait, qitənin müftəlif ərazilkərdində yaşamasından asılı olmayaraq afrika lamantrinləri ayrıca yarımnövə ayrılmamışdır.
Afrika lamantinləri çaylarda, estuarilərdə, dayaz buxtalarda, Afrikanın qərb sahili boyunca ərazilərdə, həmcinin göllərdə rastlanılır. Onların yayılma arelının şimal nöqtəsi Cənubi Mavritaniyanın Seneqal çayı hövzəsi, cənub nöqtəsi isə Anqolanın Kavanza çayı hövzəsidir. Onların yaşamını davam etdirməsi üçün Bijaqoş arxipelaqı (Qvineya-Bisa), Kot-d'İvuarın laqunlarında, Volta su anbarında (Qana), N’Doqo laqununda (Qabon), Seneqalın göl və çaylarında, Sanaqa çayında (Kamerun), Niger çayında (Nigeriya), Konqo çayının aşağı axarlarında kritik vəziyyət müşahidə edilir[5]
Afrika lamantini aşağıdakı ölkələrdə müşahidə edilir (2001-ci il məlumatına görə)[6]:
Afrika lamantinləri istər şirin istərsə duzlu sularda yaşaya bilirlər. Əsasən sakit, bitrki örtüyü zəngin olan suları üstün tuturlar, Ancaq kəskin duzlu sulardan qaçırlar. Onların əsas yaşayış əraziləri:
Məlumatlar Kot-d'İvuarda uzun araşdırmalar nəticəsində əldə edilmişdir.
Onlar çayların astana və şəlalə olan hissələrinə qədər irəliləyə bilirlər. Bəzi bölgələrdə mövsümü miqrasiya müşahidə edilir. Çaylarda gursululuq müşahidə edilərkən (iyun — iyul) yuxarı axarlara üz tuturlar. Quraq mövsümlərdə isə dərinliklərə üz tuturlar. Onlar 2000 km məsafədə miqrafiya edirlər. Bəndlərin tikilməsi ilə təcrid olunmuş populyasiyalar meydana gəlmişdir. Çad gölü və onun hövzəsinə aid çaylarda onlar okeandan təcrid olunmuşlar.
Areal şirin su və temperaturdan asılı olaraq dəyişir. Onlara 18 °C-dən aşağı olan sularda nadir hallarda rastlamaq mümkündür[6]. Bu canlılar gündə 30–40 km[8] məsafə qət edə bilir.
Bu canlıların davranışları az öyrənilmişdir. Onlar gecə həyat tərzi keçirirlər[9]. Gündüzlər adətən 1–2 metr dərinliyi olan sularda dincəlirlər. Əvvəllər onların qida arxasınca sudan kənara çıxmaları düçünülürdü[10]. ancaq bu yanlış təsəvvürdür. Onlar 2–6 başdan ibarət olan qruplarda birləşirlər. Lamantinlərdə ana-bala arasındakı sosial münasibət ən güçlü olanıdır.
Onların quda rasionuna Vossia, Eichornia crassipes, Polygonum, Cymodocea nodosa, Ceratophyllum demersum, Azolla, Echinochloa, Lemna, Myriophyllum, Pistia stratioties, Rhizophora racemosa, Halodule daxildir. Qiymətləndirməyə görə yetkinlər gün ərzində 12–18 kq qida qəbul edirlər. Bu isə onların il ərzində 8000 kq bitki yeməsi deməkdir[3]. Bəzi ərazilərdə (Seneqal, Siera Leone) yerli balıqçılar lamantinləri torlardan balıqları oğurladıqlarını iddia edirlər, lakin bu, təsdiq edilmiş bir fakt deyil[11]. Ayrıca onların çətlik tarlalarını məhv etmələrini bildirirlər[8]. Seneqal və Qambiyada onların mədələrindən molyusklar aşkarlanmışdır.
Bu canlıların çoxalması hələdə tam öyrənilməmişdir. Onlar ilin istyənilən vaxtı çütləşə bilirlər. Adətən isə bu yazın sonları, yayın əvvəlləri baş verir. Dişi yetkinliyə 3 yaşında çatır. Dişi çütləşəmə hazır olduğu dönəmlərdə dişini 3–4 erkək müşayyət edir. Böyük ehtimalla dişi onlardan biri ilə çütləşir. Boğazlıq dövrü 13 ay davam edir. Dişi adətən 1 bala doğur. 2 bala verməsi nadirdir. Balalar doğulduqdan dərhal sonra üzməyi bacarır. Ana balasını bir çüt süd vəziləri ilə qidalandırır. Bala anasının yanında 2 il qalır.
Təbiətdə lamantinlər 30 il yaşaya bilirlər. Onların düşmənləri olduqca azdır. Yetkin fərdləri isə ancaq Timsahlar ovlaya bilir. Onların bədənlərində yaşaya bilən yeganə parazit Digenetik sorucular sinfinə aid olan Chiorchis fabaceus[3] növüdür.
Afrika lamantinlərinin sayı dəqiq bilinmir. Onlar haqqında məlumat əsasən 2006-cı ildə Kot-d'İvuar, Qambiya, Seneqal və Kamerun ərazisində əıldə edilən məlumnatlara əsaslanır. ümumi sayları 10 000 baş olması ehtimal edilir.
Onların sayında azalma müşahidə edilir. Bu suların kimyavi tullantılarla kirlənməsi, gəmilərlə toqquşma, ətraf mühitin deqradasiyası ilə əlaqədardır. Qvineya-Bisauda 1990–1998-ci illərdə 209 baş lamantin aşkarlanmışdır. Bunlardan 72 % balıqçı torlarında boğulmuş, 13 % ovda öldürülmüş, 4 % çəkilmə zamanı sahildə qalmış, 11 % isə məlum olmayan səbəblərdən ölmüşdür[12]
Yerlilər bu canlıları ətinə, piyinə, dərisinə və sümüyünə görə ovlayırlar. Qadağaya baxmayaraq insanlar hələdə onları qarpunla ovlayırlar. Bəzi ərazilərdə onlar kənmd təsərrüfatına və balıqçılığa ziyan vuran canlı olaraq təqib edilir. Dambalar, ətraf mühitin deqradasiyası onlara mənfi təsir gösrtərir. Onları duzlu sulara üzməsinə məcbur edir. Ətraf mühitin kirlənməsi onların həyatına hansı təsiri göstərməsi məlum deyildir.
1999-cu ildətəbiətdə Köçəri Heyvanların Mühafizəsi Konvensiyasının 9-cu iclasında lamantinlərin bu növünün digərləri arasında Afrika ən acınacaqlı vəziyyətdə olması burğulanmışdır[6] Ətraf mühitin məhv edilməsi bir çox populyasiyaların yoxa çıxması həddinə gətirmışdir. Bu növün yayıldığı ölkələrdə qorunub saxlanılması üçün effektiv tədbirlər hazırda əsasən planlaşdırma və inkişaf mərhələsindədir. Afrika lamantinlərinin qorunduğu Qərbi Afrika ölkələrinin siyahısını burada görmək olar → сайте IUCN [ölü keçid]. 1986-cı ildən bu növ Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası tərəfindən "həssas növlər" (Vulnerable) (Criteria: A3cd, C1) siyahısına daxil edilmişdir[13].
Lamantinlər Jül Vernin "Hava çarında beş həftə" romanında təsvir edilmişdir.