Afrikada COVID-19 pandemiyası

COVID-19 pandemiyasının 14 fevral 2020-ci ildə Afrikaya yayıldığı təsdiqləndi və ilk təsdiqlənmiş hal Misirdə elan edildi.[2][3] Qara Afrikada ilk təsdiqlənmiş hadisə 2020-ci ilin fevral ayının sonunda Nigeriyada açıqlandı.[4] Üç ay ərzində virus bütün qitədə yayıldı, çünki virusdan azad qalan sonuncu Afrika suveren dövləti Lesoto, 13 may 2020-ci ildə bir hadisəni təsdiqlədi.[5][6] Mayın 26-na qədər, test imkanları məhdud olsa da, əksər Afrika ölkələrində icmalar arasında yoxluma yaşandığı ortaya çıxdı.[7] Müəyyən edilmişdir ki, virusun əksəriyyəti qitəyə virusun yarandığı Çindən deyil, AvropaABŞ-dən gəlib.[8]

Afrikada COVID-19 pandemiyası
23 May 2021-ci il tarixinə Afrikada 2020 COVID-19 pandemiyasının xəritəsi
  1,000,000+ Təsdiqlənmiş hallar
  100,000–999,999 Təsdiqlənmiş hallar
  10,000–99,999 Təsdiqlənmiş hallar
  1,000–9,999 Təsdiqlənmiş hallar
  0–999 Təsdiqlənmiş hallar
  Heç bir hal və ya kifayət qədər məlumat yoxdur
İlk qarşılaşma 14 fevral 2020
Statistika
Ərazi 58[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci il iyunun əvvəlində Afrika, 14 ölkədə artan yoluxma halları ilə üçüncü COVID infeksiyası dalğası ilə üzləşdi.[9] İyulun 4-nə qədər qitədə 251,000-dən çox yeni Covid hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftədən 20% və yanvar zirvəsindən 12% çoxdur. MalaviSeneqal da daxil olmaqla on altıdan çox Afrika ölkəsi yeni halların sayının artdığını qeyd etdi.[10] Ümumdünya Səhiyyə Təşkilatı bunu Afrikanın "İndiyə qədərki ən pis pandemiya həftəsi" adlandırdı.[11]

Afrikanın müxtəlif ölkələri tərəfindən bir çox qabaqlayıcı tədbirlər həyata keçirilib. Bunlara səyahət məhdudiyyətləri, uçuşların ləğvi, tədbirlərin təxirə salınması,[12] məktəblərin qapadılması və sərhədlərin bağlanması daxildir.[13] Səhiyyə sistemləri daha az inkişaf etmiş bir çox Afrika ölkələrində geniş olaraq hesabatların az olduğu güman olunur.[14] Cənubi Sudan Cubada 2020-ci ilin payızında aparılan seroprevalentlik tədqiqatına əsasən, yoluxmuşların 1%-dən azının faktiki olaraq məlumat verdiyi qənaətinə gəlinmişdir.[15]

Afrikada virusun daha təhlükəli yeni variantları tapılıb: Cənubi Afrikada 2020-ci ilin fevralında Beta variantı[16] və Nigeriyada 2020-ci ilin dekabrında Eta variantı.[17][18]

Afrika İttifaqı Afrika üçün indiyə qədərki ən böyük sövdələşmədə 300 milyon dozaya yaxın COVID-19 peyvəndi təmin etdi; bu 13 yanvar 2021-ci ildə elan edildi. Bu, COVID-19 peyvəndlərinin aşağı gəlirli ölkələrə paylanmasına yönəlmiş qlobal COVID-19 Alətlər Sürətləndiricisinə Giriş (COVAX) təşəbbüsü ilə bağlı deyil.[19] Bununla belə, xüsusilə Afrika ölkələrindən bəzi peyvəndlər üçün Avropa ölkələrinin ödəməli olduğu məbləğin iki qatından artıq ödəniş alındı.[20] Yeddilik Qrup (G-7) 19 fevral 2021-ci ildə peyvəndlərin ədalətli paylanacağını vəd etdi, lakin çox az təfərrüat təqdim edildi.[21] Birləşmiş Ərəb Əmirlikləri də qitə üçün peyvənd təminatçısı kimi önə çıxdı.[22][23]

Bu irəliləyişlərə baxmayaraq, Afrika dünyanın ən az peyvənd olunan qitəsidir.[24] 2021-ci il iyunun əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı bildirmişdi ki, Afrikada COVID-19 vaksinlərinin tədarükü "az qala dayanıb".[25] İyunun 8-də sudan əsilli britaniyalı milyarder xeyriyyəçi Mo İbrahim peyvəndin dünya üzrə ədalətli paylanmasını təmin edə bilmədiyi üçün beynəlxalq ictimaiyyəti kəskin tənqid etdi.[26] 8 iyul 2021-ci ilə qədər qitənin yalnız 2%-i peyvənd edilib.[10]

Ümumi tarixçə

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin iyun ayının ikinci həftəsinə qədər Afrika ümumilikdə 200.000 hadisəni ötüb.[27] İyun ayında yeni təsdiqlənmiş halların sayı sürətləndi, qitədə ilk 100,000 hadisənin qeydə alınması 98 gün, ikinci 100,000 hal üçün isə 18 gün çəkdi. İyulun 6-da hallar həm 300,000, həm də 400,000 balları ötməklə, sürətlənmə tempi davam etdirdi. 8 iyul 2020-ci ildə halların sayı yarım milyonu keçib. Qitədə bildirilən 500,000 hadisənin yarısı Cənubi Afrika və ya Misirdəndir.[28] Bildirilən halların 80%-i on ölkənin payına düşür.[28] Ümumdünya Səhiyyə Təşkilatı 20 iyul 2020-ci ildə Afrikada yayılma ilə bağlı həyəcan təbili çalaraq, Cənubi Afrikanın artan saylarının qitədə gələcək epidemiyaların xəbərçisi ola biləcəyini bildirdi.[29] Avqustun 6-na kimi bu rəqəm bir milyonu ötdü, beş ölkə – Cənubi Afrika, Misir, Mərakeş, EfiopiyaNigeriya ümumi təsdiqlənmiş halların 75%-dən çoxunu təşkil edir.[30] Bir çox Afrika ölkələrində testlərin aşağı olması səbəbindən əsl hal sayının təsdiqlənmiş saylardan xeyli yüksək olduğuna inanılır.[31] Bununla belə, Afrika ölkələrində əhalinin daha gənc olması səbəbindən ölüm nisbətləri Avropa ilə müqayisədə nisbətən aşağıdır.[30] Avqustun 21-də Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Afrika CDC) yeni halların sayı azaldığından "ehtiyatlı nikbinlik" ifadə edərək, arxayınlığa qarşı xəbərdarlıq etdi.[32] Bəzi ölkələrdə bu halların sayı artmağa başlayıb. Oktyabrın 29-da Afrika CDC sədri Con Nkenqasong dedi: "İkinci dalğaya hazırlaşmağın vaxtı həqiqətən indidir".[33]

Noyabrın 12-də Afrika CDC və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiqlənmiş halların iyul ayından bu yana, xüsusu ilə Şimali Afrikada (Tunis, MərakeşLiviyada) artdığını bildirdi. SeneqalEkvatorial Qvineya sabit eniş gördü, Cənubi AfrikaKeniyada isə əyri düzləşdi.[34]

2021-ci ilin yayında yoluxmaların sayı artaraq 27 iyun tarixinə qədər həftədə təxminən 202,000-ə çatdı.[35] 13 iyul 2021-ci il tarixi etibarı ilə Afrikanın 55 əyalətindən 22-si Delta variantına yoluxma halları barədə məlumat bildirmişdir.[35]

Ölkə üzrə ümumi təsdiqlənmiş hallar

[redaktə | mənbəni redaktə et]

Ən çox yoluxmuş Afrika ölkələri üçün gündəlik hallar:

Ölkə üzrə aktiv halların sayı.[36][37][38][39][40][41][42][43][44][45][46]

Ən azı bir doza COVID-19 peyvəndi olan ölkələrin xəritəsi

Afrikanın bir çox ölkəsi və bölgəsi COVID-19 immunizasiya proqramlarına başlamışdır. 5 iyul 2021-ci il tarixinə Afrikanın 51 ölkəsində 36,5 milyon insan üçün ən azı bir dozalı peyvənd kampaniyasına başlanılıb.[47] 15 iyul 2021-ci ildə ÜST Afrikanın immunizasiya və peyvəndin inkişafı üzrə koordinatoru bildirmişdir ki, Afrika ölkələri istifadə müddəti bitdiyinə görə təxminən 450.000 doza peyvəndi məhv etmişdir. O, Malavi, Cənubi Sudan, Liberiya, Mavritaniya, Qambiya, Syerra-Leone,[48] Qvineya, Komor adalarıKonqo Demokratik Respublikasını misal çəkib.[49]

  1. "Coronavirus update (live)". 31 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2021.
  2. "Beijing orders 14-day quarantine for all returnees". BBC News. 15 February 2020. Archived from the original on 14 February 2020. Retrieved 24 March 2020.
  3. "Egypt announces first Coronavirus infection". Egypt Today. Archived from the original on 15 February 2020. Retrieved 24 March 2020.
  4. "Nigeria confirms first coronavirus case". BBC News. 28 February 2020. Archived from the original on 2 March 2020. Retrieved 24 March 2020.
  5. "Remote Lesotho becomes last country in Africa to record COVID-19 case". Reuters. 13 may 2020. Archived from the original on 14 may 2020. Retrieved 13 may 2020.
  6. "Coronavirus live updates: Lesotho becomes last African nation to report a coronavirus case". Los Angeles Times. Archived from the original on 13 may 2020. Retrieved 13 may 2020.
  7. Akinwotu E (26 may 2020). "Experts sound alarm over lack of Covid-19 test kits in Africa". The Guardian. Archived from the original on 29 may 2020. Retrieved 29 may 2020.
  8. Maclean R (17 March 2020). "Africa Braces for Coronavirus, but Slowly". The New York Times. Archived from the original on 25 March 2020. Retrieved 25 March 2020.
  9. "Third wave sweeps across Africa as Covid vaccine imports dry up" Arxivləşdirilib 2022-05-22 at the Wayback Machine. The Guardian. 7 June 2021. Retrieved 9 June 2021.
  10. 1 2 Mendez R (8 July 2021). "Africa suffers worst surge in Covid cases as delta variant spurs third wave of pandemic" Arxivləşdirilib 2021-12-03 at the Wayback Machine. CNBC. Retrieved 9 July 2021.
  11. Dahir AL (8 July 2021). "Africa marks its 'worst pandemic week' yet, with cases surging and vaccine scarce, the W.H.O. says" Arxivləşdirilib 2021-12-03 at the Wayback Machine. The New York Times. ISSN 0362–4331. Retrieved 9 July 2021.
  12. "Here are the African countries with confirmed coronavirus cases". CNN. Archived from the original on 22 March 2020. Retrieved 24 March 2020.
  13. "UN Sees Africa Sliding Into Recession Without Debt-Service Help". Bloomberg.com. 24 March 2020. Archived from the original on 27 March 2020. Retrieved 25 March 2020.
  14. Burke J, Mumin AA (2 may 2020). "Somali medics report rapid rise in deaths as Covid-19 fears grow". The Guardian. Archived from the original on 19 may 2020. Retrieved 2 may 2020.
  15. Wiens KE, Mawien PN, Rumunu J, Slater D, Jones FK, Moheed S, et al. (June 2021). "Seroprevalence of Severe Acute Respiratory Syndrome Coronavirus 2 IgG in Juba, South Sudan, 20201" Arxivləşdirilib 2021-09-13 at the Wayback Machine. Emerging Infectious Diseases. 27 (6): 1598–1606. doi:10.3201/eid2706.210568. PMC 8153877. PMID 34013872.
  16. Latif AA, Mullen JL, Alkuzweny M, Tsueng G, Cano M, Haag E, et al. "B.1.351 Lineage Report" Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine. outbreak.info. Retrieved 6 June 2021.
  17. "Lineage B.1.525" Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine. cov-lineages.org. Pango team. Retrieved 6 June 2021.
  18. "Another new COVID strain found in Nigeria, says Africa CDC". Al Jazeera. 24 December 2020. Archived from the original on 24 December 2020. Retrieved 24 December 2020.
  19. "Africa secures 300 million COVID-19 vaccine doses in deal with manufacturers". Africanews. 13 January 2021. Archived from the original on 14 January 2021. Retrieved 13 January 2021.
  20. "'Deeply Alarming': AstraZeneca Charging South Africa More Than Double What Europeans Pay for Covid-19 Vaccine". Common Dreams. 22 January 2021. Archived from the original on 30 March 2021. Retrieved 22 January 2021.
  21. Lawless J (19 February 2021). "G-7 vows 'equitable' world vaccine access, but details scant". AP News. Archived from the original on 20 February 2021. Retrieved 19 February 2021.
  22. "Vaccine Diplomacy: COVID and the Return of Soft Power" Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. The Globalist. 30 April 2021. Retrieved 8 June 2021.
  23. "Covid-19 Africa: What is happening with vaccines?" Arxivləşdirilib 2021-12-31 at the Wayback Machine. BBC News. 3 June 2021. Retrieved 8 June 2021.
  24. "Rapidly Spreading Variants Compound Africa's Coronavirus Woes" Arxivləşdirilib 2022-04-11 at the Wayback Machine. Bloomberg L.P. 5 may 2021. Retrieved 5 may 2021.
  25. "Alarm in Africa: Virus surges, vaccines grind to 'near halt'" Arxivləşdirilib 2022-04-23 at the Wayback Machine. AP NEWS. 3 June 2021. Retrieved 9 June 2021.
  26. "Billionaire philanthropist: vaccine hoarding hurts Africa" Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine. AP NEWS. 9 June 2021. Retrieved 9 June 2021.
  27. "Global report: WHO warns of accelerating Covid-19 infections in Africa". The Guardian. 12 June 2020. Archived from the original on 12 June 2020. Retrieved 12 June 2020.
  28. 1 2 "Coronavirus: How fast is it spreading in Africa?". Yahoo! News. Archived from the original on 7 July 2020. Retrieved 8 July 2020.
  29. "Covid-19: Situation in SA 'a warning' for the rest of the continent — WHO". News24. Archived from the original on 22 July 2020. Retrieved 21 July 2020.
  30. 1 2 Burke J (6 August 2020). "Total confirmed coronavirus cases in Africa pass 1 million". The Guardian. Archived from the original on 7 August 2020. Retrieved 7 August 2020.
  31. "Africa reaches one million confirmed cases, although the true toll may be higher". The New York Times. 7 August 2020. Archived from the original on 12 August 2020. Retrieved 14 August 2020.
  32. "Coronavirus in Africa: 'Signs of hope' as cases level off". Yahoo! News. Archived from the original on 21 August 2020. Retrieved 22 August 2020.
  33. McSweeney E (30 October 2020). "Africa must prepare for second COVID wave, disease control group says". CNN. Archived from the original on 30 October 2020. Retrieved 30 October 2020.
  34. Mwai P (12 November 2020). "Coronavirus: What's happening to the numbers in Africa?". BBC Reality Check ,BBC. Archived from the original on 30 March 2021. Retrieved 19 November 2020.
  35. 1 2 "Deadly COVID-19 Delta variant taking hold in Africa" Arxivləşdirilib 2021-11-24 at the Wayback Machine. Sub-Saharan Africa. Retrieved 1 August 2021.
  36. "Active Cases in Egypt". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  37. "Active Cases in Morocco". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  38. "Active Cases in Algeria". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  39. "Active Cases in Ghana". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  40. "Active Cases in Cameroon". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  41. "Active Cases in Nigeria". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  42. "Active Cases in Guinea". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  43. "Active Cases in Djibouti". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  44. "Active Cases in Cote d'Ivoire". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  45. "Active Cases in Tunisia". Worldometers. 1 May 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  46. "Mauritius Statistics". Besafemoris. 1 May 2020. 23 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
  47. "Outbreak brief 77: Coronavirus disease 2019 (COVID-19) pandemic" Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine. Africa CDC. 6 July 2021. p. 10. Retrieved 20 July 2021.
  48. "NaCOVERC's attention has been drawn to a BBC report suggesting that nine (9) African countries including Sierra Leone have destroyed a total of 450,000 COVID-19 vaccines" Arxivləşdirilib 2021-11-19 at the Wayback Machine. Ministry of Health and Sanitation. 19 July 2021. Retrieved 19 July 2021.
  49. Jerving, Sara (15 July 2021). "African nations have destroyed 450,000 expired COVID-19 vaccine doses" Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine. Devex. Retrieved 19 July 2021.