Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023[1], Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008)
Aftandil İsrafilov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Aftandil Eynulla oğlu İsrafilov |
Doğum tarixi | 24 yanvar 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 29 aprel 2023[1] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janr | muğam |
Musiqi aləti | qarmon |
Mükafatları |
|
Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.
A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir.
Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir[3].
Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib.[4] 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb.[5] 29 aprel 2023-cü ildə vəfat edib.[6] İkinci Fəxri Xiyabanda dəfn olunub[7].