Azerithonica hyrcanica

Azerithonica hyrcanica — növ Çala hörümçəkləri fəsiləsinə, Azerithonica cinsinə aiddir. Azərbaycanın endemik canlısıdır.

Azerithonica hyrcanica
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Yarımdəstə:
Fəsilə:
???:
Azerithonica hyrcanica
Beynəlxalq elmi adı

Kiçik ölçüyə malik hörümçəkdir. Erkəklərin ölçüsü 4,5 mm, dişilərdə isə 4,6 mm olur. Baş-gövdə nahiyəsinin uzunluğu erkəklərdə 2,38 mm, dişilərdə isə 2,2 mm təşkil edir. Eni isə erkəklərdə 1,95 mm, dişilərdə isə 1,7 mm-dir. Sinəsi sarıdır və boz naxışı vardır. Azerithonica hyrcanica növü ilk dəfə 2005-ci ildə Arаxnоlоq Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Kоpоnеn (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəflərindən A. caucasica, A. duniniA. levyi Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Azerithonica hyrcanica növü Azerithonica cinsinə daxil edilmişdir. A. hyrcanica adı hörümçəyin aşkarlandığı Hirkan meşəsinin adından götürülmüşdür[1].

  1. Platnick, Norman I. (2014). Agelenidae Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine. The world spider catalog, version 14.5. American Museum of Natural History.
  • "Azerithonica hyrcanica" (ingilis). eol.org. İstifadə tarixi: 2014-06-22.
  • "Azerithonica hyrcanica Agelenidae" (ingilis). World Spider Catalog. İstifadə tarixi: 2014-06-22.