Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Aida Nemət qızı Hüseynova (1964, Bakı – 20 iyun 2022[1]) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007).
Aida Hüseynova | |
---|---|
Aida Nemət qızı Hüseynova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 2022[1] |
Anası | Natella Kazımova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, pedaqoq |
Təhsili |
|
Elmi dərəcəsi |
|
Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 8 nömrəli və 16 nömrəli musiqi məktəblərində təhsil alıb. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb.[2]
1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.[2]
Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülmüşdür.[3]
2008-ci ildən ABŞ-nin İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışır.[4] . Onun təşəbbüsü ilə həmin məktəbdə "İpək Yolu xalqlarının musiqisi" və "Musiqidə Şərq ilə Qərbin Rastlaşması" fənnləri yaradılıb. Hazırda qeyd edilən fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edir.[3]
21 iyun 2022-ci ildə vəfat edib.[5]
Aida Hüseynova beş kitab və 200-dən çox məqalənin müəllifidir. O, 1997-ci və 2003-cü illərdə bəstəkar Müslüm Maqomayev haqqında iki kitab yazıb; onlardan biri bəstəkarın nəvəsi müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Eyni zamanda pianoçu Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biridir. Onun yazdığı "Musiqi — Səmimiyyət Məbədi" adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Elmi məqalələri Azərbaycanda, ABŞ-də, Almaniyada, Niderlandda, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb.[6] Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan "İslam mədəniyyətlərində qadınlar" musiqi ensiklopediyası, ABŞ-nın Kembric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd etmək olar.[2]
Aida Hüseynovanın "Azərbaycan musiqisi: muğamdan operaya doğru" (İndiana Universiteti Nəşriyyatı, 2016) monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bu kitab müasir Azərbaycan musiqisi haqqında ingilis dilində işıq üzü görən ilk nəşrdir. Həmin kitab ABŞ-nın, eləcə də Avropanın ən nüfuzlu elmi jurnallarında ətraflı işıqlandırılıb, Azərbaycan və ABŞ musiqişünaslığının böyük nailiyyəti kimi səciyyələndirilib.
2005-ci ildə San-Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şurasının üzvü olub.[3] 2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışır.[2] 2016-cı ildən Mark Morris Rəqs Qrupunun elmi məsləhətçisidir.[7] Alim Qasımovun, İpək Yolu Ansamblının və Mark Morris Rəqs Qrupunun iştirakı ilə həyata keçirilən Üzeyir Hacıbəyilinin "Leyli və Məcnun" operasını təqdim edən iri həcmli layihənin elmi məsləhətçisidir, həmin layihə xətti ilə ABŞ-nın müxtəlif şəhərlərində, eləcə də Böyük Britaniyada, Avstraliyada, Fransada və Qətərdə mühazirələrlə çıxış edib. Aida Hüseynova həm də Ağa Xan Musiqi Təşəbbüsü ilə əməkdaşlıq edir.[8] 2017-ci ildə ABŞ-nın Kollec Musiqi Cəmiyyətinin idarə heyətinə seçilmişdir.[3] Azərbaycan Milli Musiqi Şürasının baş katibidir.