Georgi Saakadze (Gürcücə: გიორგი სააკაძე) (1570 — 3 oktyabr 1629, Osmanlı imperiyası) — sərkərdə, Kartli çarlığının hərbi və siyasi xadimi.
Georgi Saakadze | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | გიორგი სააკაძე |
Doğum tarixi | 1570 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1629 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Kartli krallığı |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Saakadze 1570-ci ildə aznavur, tavad Siyavuşun ailəsində dünyaya gəlmişdi.
Georgi Saakadze 3 oktyabr 1629-cu ildə ölüb.
Tədqiqatçı Kərəm Məmmədov yazır: "1600-cü ildə Tiflisdə, Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən X Georgi (1601—1606) hakimiyyətə gəldi. O, bir neçə dəfə gah Səfəvilər, gah da Osmanlı tərəfinə keçmiş Simonun oğlu idi.
Rus-sovet və qərb tarixçiləri daim Səfəvi-Osmanlı münasibətlərinin gərgin olmasını gözə soxmaq istəsələr də mənbələr bunun tam əksini sübut edirlər. I Şah Abbas Səfəvinin Osmanlı sultanı III Murada yazdığı məktubda deyilirdi: «İslam qoşunu (Osmanlı ordusu nəzərdə tutulur) kafirlərlə döyüşə getdiyi üçün bizim aramızda olan məhəbbət və birlik elə möhkəmlənmişdir ki, heç bir ixtilafımız yoxdur... Əgər siz əmr etsəniz, ölkələrimiz arasındakı sərhədlərdə dayanan qızılbaş əmirlərini və qoşunlarını dinsiz kafirləri dəf etmək üçün göndərə bilərəm ki, biz də kafirlərlə döyüşmək savabından bəhrəmənd olaq və düşmənlər bizim ittifaqımızı eşidib ... məhv olsunlar». Daha sonra Şah Abbas Osmanlı sultanından xahiş edirdi ki, hələ Şah İsmayıl dövründə çəkilməyə başlasa da Fərat çayından qızılbaşların müqəddəs şəhəri olan, Həzrəti Əlinin qəbri yerləşən Nəcəfə çəkilən yarımçıq qalmış kanalı başa çatdırsın. Şah sultana yazırdı: «Vaxtilə mənim mərhum babam Şah İsmayıl Fərat çayından bir nəhr ayıraraq, onu Nəcəf şəhərinin yaxınlığına qədər gətirmiş, lakin həmin nəhrin şəhərə çatdırılmasına fürsət tapmayaraq vəfat etmişdir. İzn verin ki, mən o nəhri Nəcəfə çatdırım və bu işin xərci bizim, savabı isə sizin olsun». Lakin təkəbbürlü Osmanlı sultanı belə humanist təklifə belə cavab verdi: «Zillətə bais (!) heç bir təklif ... tərəfimizdən qəbul edilməyəcəkdir». Osmanlı sultanının belə davranışına baxmayaraq, yenə Şah Abbas 1596-cı ildə Macarıstana uğurlu yürüşdən qayıdan IV Məhəmmədə Azərbaycan bəylərbəyi Zülfüqar xan Qaramanlıdan göndərdiyi məktubda yazırdı: «Səfərinizdəki qələbəniz o xeyirxah bəndəyə (Şah Abbasa), həmçinin o diyarın (Səfəvilərin) bütün xalqına sevinc bəxş etdi». Şah Abbas bütün vasitələrlə Osmanlı ilə münaqişədən qaçsa da, sultan öz hərəkətləri ilə onu savaşa təhrik edirdi. Nəhayət, Osmanlı sultanının 300 nəfərlik bir rəiyyətlə baş çavuşunu İsfahana göndərərək Şah Abbasdan onun gürcü şahzadəsindən doğulan oğlu,vəliəhd Səfi Mirzəni İstanbula təlxəklik etməyə göndərməsi tələbi Şah Abbası özündən çıxartdı. Tezliklə hərbi əməliyyatlara başlanıldı. 14 sentyabr 1603-cü ildə Osmanlıların işğal etdikləri torpaqları geri qaytarmaq üçün yürüşə başlayan Şah Abbas oktyabrın 21-də Təbrizi azad etdi. Osmanlıların əsas qüvvəsi darmadağın edildi. 1603-cü ildə Cənubi Azərbaycanı azad edən şah sonra Ordubadı, Culfanı, Naxçıvanı, İrəvanı Osmanlılardan təmizlədi.
Qızılbaşların zəiflədiklərini güman edən gürcü valisi Georgi 1601-ci ilin yayında Lorunu tutmuşdu. İrəvanı mühasirəyə alarkən Şah Abbas Georgi ilə qaxların hakimi Aleksandrdan öz hərbi dəstələri ilə İrəvanın mühasirəsinə qoşulmağı əmr etdi. İrəvan qalasına hücum edən qızılbaşlar içərisində borçalılar xüsusi fəallıq göstərdilər. İrəvanın alınmasından sonra Şah Abbas Lorunun idarəçiliyini Luarsabdan alıb, islamı qəbul etmiş başqa bir gürcü knyazına həvalə etdi.
X Georgidən sonra valiliyə onun oğlu Luarsab təyin olundu. Şah Abbasın başının Osmanlı ilə savaşa qatışmasından istifadə edən Luarsab Borçalını ələ keçirdi. Lakin Şah Abbasın ilk tələbiylə bacısı Tinatini şah hərəmxanasına yola saldı. Bu hadisə luarsabın mövqeyini daha da gücləndirdi.
Gürcü mənbələrinə görə «xain, namərd, çuğul Georgi Saakadze» xeyli mülk ələ keçirdi. Onun xasiyyətinə bələd olan Luarsab soruşmuşdu: «Axı nə zəhlə tökürsən, istəyin nədir?». Valinin qəzəbindən qorxuya düşən Saakadze, yepiskop Domenti Mrovelidən onu valinin qəzəbindən qurtarmağı xahiş etdi. Belə bir vaxtda Borçalı üzərinə Krım tatarları basqın etdilər. 1609-cu ilin yayında Kür çayı sahilində baş verən döyüşdə Krım tatarları qızılbaşlar və köməkçi gürcü dəstələri tərəfindən darmadağın edildi. Sərkərdələrin başları kəsilərək, xeyli ənamla Şah Abbasa ərmağan kimi göndərildi. Valinin etibarını qazanmaq istəyən mouravi-Gergi Saakadze öz bacısını ona ərə verdi. Anası Məryəmin təkidinə qulaq asmayaraq Saakadzenin bacısı ilə evlənən Luarsab, dayısı Şadman Barataşvilinin məsləhəti ilə bu nikahı pozdu və Saakadzeni Qaraay (indiki Rustavi) çölündə ov etmək bəhanəsilə yanına çağırdı. Bunun nə ilə nəticələnəcəyini duyan hiyləgər Saakadze Duşetə- qaynatası Nuqzarın yanına qaçdı. O, Nuqzara Şah Abbasın yanına gedərək, ondan Luarsaba qarşı mübarizə aparmaq üçün qüvvə istəyəcəyini bildirdi. Ailəsini qaynatasının yanında qoyan Georgi Saakadze, Nuqzar, habelə Qaxet valisi Teymuraz Ağcaqalada olan Şah Abbasın yanına gəldilər. Onları xoş qarşılayan Şah Abbas Nuqzarı və Teymurazı bahalı hədiyyələrlə yola saldı. Şahın yanından qayıdan Teymuraz Luarsabdan bacısı Xoroşanı ona ərə verməyi tələb etdi. Əvvəlcə buna razı olmayan Luarsab Şah Abbasın əmrilə toya razılıq verdi. Tiflisə gələn Şah Abbas toyda iştirak etdi.Qalada güclü qızılbaş qarnizonu yerləşdirən Şah Abbas, Qaraay (Rustavi) düzündə Luarsabla birlikdə ov edib, sonra onu da özü ilə birlikdə Qarabağa gətirdi. Daha sonra Luarsabı Mazandarana aparan Şah Abbas ondan islamı qəbul etməyini istədi. Rədd cəvabı verən Luarsab yay kirişi ilə boğduruldu.
1603-1607-ci illərdə hərbi əməliyyatlar nəticəsində Dərbənddən Həmədana, Borçalı da daxil olmaqla, Abşeron yarımadasından Qarsa qədər bütün Azərbaycan torpaqları Osmanlılardan geri alındı. 1612-ci il oktyabrın 17-də Sərab sülhü bağlandı. Bununla bağlı tarixçi Xandəmir yazırdı: «Şah Abbas Azərbaycanın vüqarlı adını qoruyub saxladı və onun qızılbaşlara mənsub olması ideyasını sönməyə qoymadı».[1]