Vitruvi

Vitruvi (yun.Marcus Vitruvius Pollio; d. E.ə. 8070 - ö. E.ə. 15) — E.ə. I əsrdə yaşamış qədim Roma memarı, mühəndisi və yazıçısı.

Vitruvi
lat. Marcus Vitruvius Pollio
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Fəaliyyəti Roma memarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Vitruviyə görə insan bədəninin proporsionallıq sxemiLeonardo da Vinçinin cizgisi, 1485/90, Venesiya

Bizim eranın əvvəlində yaşamış yunan yazıçıları onu sadəcə olaraq Vitrivius adlandırmışlar. XV əsrdən sonra onun tam adı ilə bağlı müxtəlif mülahizələr çap olunmağa başlamışdır. Ona görə də, onun adını çox vaxt Faventinin göstərdiyi kimi Vitrivius Pollio adlandırırlar. Roma imperatorları SezarAvqustun dövründə yaşamış Vitruvi böyük hökmdarlar üçün döyüş maşınlarının hazırlanmasına, vacib tikintilərin layihələndirilməsi və həyata keçirilməsinə rəhbərlik etmişdir. Ömrünün sonuna kimi Vitruvi sarayla yaxın münasibətdə olaraq imperatorun maliyyə yardımı ilə yaşayıb yaratmışdır.

Onun yazdığı "Memarlıq haqqında on kitab" (yun. De architectura libri decem") antik dövrdən bizə qədər gəlib çatan, öz dövrü üçün bu sahədə yeganə kitab olub, mühəndislik elminin əsaslarını müəyyən qədər özündə cəmləşdirən əsərdir. O da məlumdur ki, Vitruvinin əlyazmasında onun tərtib etdiyi cizgilər toplusu itmişdir. Yalnız XV əsrdən sonra onun işlərinə maraq artdığı dövrdə tərcüməçilər tərəfindən kitabda təsvir olunan qurğular mətn əsasında rekonstruksiya edilmişlər. Bu kitablardan əlavə o təsviri sənətdə və memarlıqda proporsionallığın əsasını qoymuşdur. Sonralar bu "Vitruvi adamı" kimi geniş yayılmışdır.

Memarlıq haqqında on kitab

[redaktə | mənbəni redaktə et]

Onun əsərlər toplusu aşağıdakı kitablardan ibarətdir:

  • 1.Memarların təhsili və memarlığın əsasları
  • 2.Tikinti materialları
  • 3-4. Saray tikintisi
  • 5.İctimai binalar
  • 6-7. Şəxsi evlər
  • 8.Su kanalları
  • 9.Vaxtın ölçülməsi, Saatlar və Astronomiya
  • 10.Maşınlar.

I və VII kitablar memarların, VIII-X kitablar isə daha çox mühəndislərin işlərindən bəhs edir. Vitruvi birinci kitabın III fəslində memarlıq haqqında yazır: “Memarlıq üç hissədən ibarətdir: tikinti, saatların düzəldilməsi və maşınların qurulması”. O, I – IX kitablarda tikinti sənətinin incəliklərini, su saatlarının düzəldilməsi və astronomiya haqqında öz fikirlərini təsvir etmişdir. Vitruvi bu əsərin X kitabında maşınların hazırlanmasından bəhs etdiyindən maşınqayıranlar üçün böyük maraq kəsb edir. VII kitabında o yazır: “...Maşınqayırma haqqında həmçinin Diades, Architas, Arximed, Ktesibios, Nimphodoros, Filon, Difilos, Democles, Karita, Polidos, Pirrhos, Aqesistaros (qədim yunan alimləridir) yazmışlar. Bunların kitablarından mən öz əsərim üçün gərəkli olan şeyləri götürərək, ümumi bir formada tərtib etmişəm, əsasən ona görəki, yunanlardan mənim həmyerlilərimə nisbətən daha çox əsər çıxıb”. Bununla o göstərir ki, romalılar o dövrdə maşınqayırma sahəsində heç bir orijinal şey ixtira etməmişlər, onlar sadəcə olaraq bunları yunanlardan öyrənmişlər.

Vitruvi öz kitabında ilk dəfə olaraq maşınlara və alətlərə tərif vermiş, onların texniki mahiyyətini açıqlamağa çalışmışdır. Burada qaldırıcı kranlardan, su dəyirmanlarından və döyüş maşınlarından bəhs edilir.

Memarlıqda da sütunların quruluşu, birlşməsi və proporsionallığı haqqında onun kitablarında yeni biliklər verilmişdir.

  • Vitruviius Pollo, Marcus ( von Fensterbusch, Curt): De archtectura libri decem- Zehn Bücher über Architektur. Darmstadt: Wissensch. Buchgeselschaft, 1991, 585 S.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]