Akif Məmmədov

Məmmədov Akif Güləli oğlu (17 may 1953, Lerik rayonu11 iyun 2017, Bakı) — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis.

Akif Məmmədov
Akif Güləli oğlu Məmmədov
Doğum tarixi (71 yaş)
Doğum yeri Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 iyun 2017(2017-06-11) (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri filologiya, dilçilik, Azərbayca dilinin tədrisi metodikası
Elmi dərəcəsi pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Bakı Slavyan Universiteti
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
Elmi rəhbəri Bəşir Əhmədov

17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971–1975-ci illər arasında V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981–1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990–1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır.

1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında "Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V–VIII siniflərin materialları əsasında)" adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1993–1995-ci illərdə "Futuroloq" Fasiləsiz Təhsil Kompleksində, 1993–2001-ci illərdə M. F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991–1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.

1996–1998-ci illərdə "Mütərcim" jurnalında məsul katib və redaktor olmuşdur. 1995-ci ildən indiyə kimi "Turan" humanitar liseyində (indi BSU-nun Məktəb-Lisey Kompleksi) bir müddət direktor müavini, sonralar Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri işləmişdir. Hazırda həmin kompleksdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.[1]

1992-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunda Azərbaycan dili müəllimlərinə mühazirələr oxuyur.

2007-ci ildən BSU-nun Müasir Azərbaycan dili kafedrasının dosentidir.

1977-ci ildə ailə həyatı qurmuşdur, iki oğlu, üç nəvəsi var.

11 iyun 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Akif Məmmədov elmi yaradıcılığa 1987-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. Onlarla elmi-metodik məqalənin, bir neçə monoqrafiyanın, metodik vəsaitin, tövsiyənin müəllifi, "Mütərcim" nəşriyyatında uzun müddət çap olunan onlarla kitabın, "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında 1992–2007-ci illərdə Azəərbaycan dili və onun tədrisi ilə bağlı dərc edilən məqalələrin redaktoru, BSU-nun Azərbaycan dili kafedrasının ali məktəblər üçün hazırladığı eksperimental "Azərbaycan dili" dərsliyinin ixtisas redaktoru və əsas müəlliflərindən biridir.

1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında Azərbaycan dili şöbənin müdiri vəzifəsində çalışmış, jurnalda dilin nəzəri və metodik aspektlərini əks etdirən ayrı-ayrı müəlliflərin məqalələrində A. Məmmədovun bir redaktor kimi dəst-xəttini aydın görmək olar. A. Məmmədov jurnalda işlədiyi müddətdə, demək olar ki, hər nömrədə Azərbaycan dili müəllimlərinin qabaqcıl təcrübəsinin yayılmasına ("Bir dərsdən öyrəndiklərimiz", "Bir dərsin uğuru", "Müasir dərs ciddi hazırlıq tələb edir" və s.); Azərbaycan dilinin nəzəri problemlərinə ("Qoşma idarə edirmi?", "Məktəblinin etimoloji lüğəti", "Müəllim nəyə istinad etməlidir?", "Bədiiliyin fonetik səviyyədə ifadəsi", "İstəyirəm sübut edəm ki…", "Dərsliklərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair", "Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı?" və s.), dildə nisbətən çətin tədris olunan mövzuların metodikasına ("Qrammatik sual təlimdə vasitə kimi", "Azərbaycan dili dərslərində interaktiv təlim metodları", "Günahkar kimdir?", "Etimoloji xarakterli səhvlər və onların aradan qaldırılması", "Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi" və s.) həsr edilmiş yazıları ilə çıxış edir. Jurnalın ən maraqlı rubrikası olan "Suallara cavab"ı da A. Məmmədov aparmış, ən çox orta məktəb müəllimlərinin qarşısına çıxan nəzəri və praktik çətinliklərdən yaranan suallara ətraflı cavablar vermişdir.

BSU-nun respublikada Məktəb-Lisey Kompleksinin yaranmasında fəal iştirak etmiş, Kompleksin ilk direktor müavini və müəllimlərindən biri olmuşdur. . "Mütərcim" ədəbiyyat və tərcümə jurnalının nəşrinə böyük köməklik göstərmiş və ilk məsul katibi olmuşdur.

Akif Məmmədov qələmini publisistika sahəsində də sınamışdır. Cəmiyyət həyatının müxtəlif sahələrinə, o cümlədən daha çox bələd olduğu məktəb, təhsil, maarif sahəsinə aid yazdığı publisist və elmi-publisist məqalələri dilinin aydınlığı, mövqeyinin kəskinliyi və üslub aydınlığı ilə seçilir. XX əsrin 90-cı illərindən başlayan siyasi durumun cəmiyyətdə özünü göstərən neqativ əks-sədası bu yazılarda ustalıqla və bir qədər də satirik dillə təhlil edilir. Yaltaqlıqla mövqe qazanmaq ("Yaltaqlıq"), bütün cəmiyyətə, o cümlədən nisbətən təmiz qalan orta məktəblərə belə rüşvətin sirayət etməsi ("Orta məktəbdə rüşvət – bu, dövrün bəlasıdır"), müəllimlərin attestasiyasında yol verilən neqativ hallar ("Gündə bir çıxarır zakoni-tazə"), islami dəyərlərin orta məktəbə gətirilməsi adı altında boş kompaniyaçılıq ("İslami biliklər məktəbə gəlir. Amma necə?"), özəl ali məktəblərdə tədrisin vəziyyəti ("Təhsildə özəlləşmə. Vəziyyət necədir?") və s. aktual problemlər A. Məmmədovun publisist yazılarının əsas mövzuları olmuşdur.

Onlarla dərslik, vəsait və ali məktəb proqramının, yüzdən çox elmi, metodik və publisistik məqalənin müəllifidir. Mətbuatda həyat və fəaliyyətinə aid məqalələr dərc olunmuşdur.

Dərslik, dərs vəsaiti, metodik tövsiyə və proqramları

[redaktə | mənbəni redaktə et]
  1. Orfoqrafiya təlimində etimoloji təhlildən istifadənin yolları (metodik tövsiyə) – Bakı,1986
  2. V–XI siniflərdə Azərbaycan dilindən proqram materiallarının bölgüsü – Bakı, 1993
  3. Azərbaycan dili və ədəbiyyatdan testlər – Bakı, 1996, 104 səhifə
  4. Azərbaycan dili. Ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş ali məktəb tələbələri üçün eksperimental dərslik), I kitab, Bakı – 1997 (kollektivlə)
  5. Azərbaycan dili. Ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş ali məktəb tələbələri üçün eksperimental dərslik), təkmilləşdirilmiş ikinci nəşri, Bakı — 2005 (kollektivlə), 232 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/azerbaycan-dili.pdf
  6. "Azərbaycan dilinin tədrisi metodikası" fənni üzrə proqram (bakalavr hazırlığı üçün), Bakı – 2008
  7. "Orfoqrafiya təliminin elmi əsasları" seçmə fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2008
  8. "Azərbaycan dili dərslərində etimoloji təhlilin yeri" seçmə fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2008
  9. X sinifdə Azərbaycan dilinin tədrisi (metodik tövsiyə), Bakı – 2012, 84 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/x-sinifde-azerbaycan-dilinin-tedrisi.pdf
  10. "Azərbaycan dilinin tədrisi metodikasının aktual problemləri" fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2012, 12 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/proqram.pdf
  11. "Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri" fənni üzrə proqram (magistr hazırlığı üçün), Bakı – 2012, 8 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/magistr-proqrami.pdf
  12. Azərbaycan dili dərslərində etimoloji təhlil. Bakı, Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası ixtisas üzrə dərs vəsaiti, Bakı, "Mütərcim" nəşriyyatı, 2014, 84 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/azerbaycan-dili-derslerinde-etimoloji-tehlil.pdf
  13. Azərbaycan dilinin tədrisi metodikası. Bakalavr pilləsi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə proqram. Bakı – 2015, 44 səhifə
  14. Azərbaycan dili dərslərində etimoloji təhlilin yeri (seçmə fənn). Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodika və metodologiyası ixtisası üzrə proqram. Bakı – 2015, 16 səhifə
  15. Orfoqrafiya təliminin elmi əsasları (seçmə fənn). Magistr pilləsi, Azərbaycan dili və ədəbiyyatı tədrisinin metodika və metodologiyası ixtisası üzrə proqram. Bakı – 2015, 16 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/proqram_orfoqrafiya_teliminin_elmi_esaslari_secme_fenn.pdf
  16. Müasir Azərbaycan dili fonetikasının əsasları. Magistr pilləsi, Azərbaycan dilinin filologiyası və ədəbiyyatı tədrisinin ixtisası üzrə proqram. Bakı – 2016, 22 səhifə https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/fonetika-proqram.pdf
  17. Azərbaycan dili və nitq mədəniyyəti. Bakalavr təhsil pilləsi üzrə proqram. Bakı – 2017, 18 səhifə

Seçilmiş jurnal məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Törəmə sadə sözlər haqqında" ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1980, № 1, səh. 50–53) https://gmworldbook.files.wordpress.com/2023/01/toreme-sade-sozler-haqqinda.pdf
  2. Düzgün yazı təlmində etimoloji təhlildən istifadə ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1981, № 4, səh. 48–53) https://gmworldbook.files.wordpress.com/2023/01/duzgun-yazi-teliminde-etimoloji-tehlilden-istifade.pdf
  3. Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1983, № 2, səh. 29–33) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/etimoloji-ted2bblil-linqvistik-ted2bblilin-novlerinden-biri-kimi3.pdf
  4. Şagirdlərdə orfoqrafik normaların tarixiliyinə dair təsəvvürlərin formalaşdırılmasına dair ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1984, № 3, 40–43) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/sagirdlerde-orfoqrafik-normalarin-tarixiliyine-dair-tesevvurlerin-formalasdirilmasi-haqqinda.pdf
  5. Etomoloji xarakterli səhvlər və onların aradan qaldırılması yolları ("Azərbaycan dili və ədəbiyyat tədrisi", 1986, № 1, 17–20, Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/02/etimoloji-xarakterli-orfoqrafik-sehvler-ve-onlarin-aradan-qaldirilmasi-yollari.pdf
  6. Məktəblinin etimoloji lüğəti" ("Ana sözü", 1991, № 2, səh. Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Mekteblinin-etimoloji-lugeti.pdf
  7. Məktəblinin etimoloji lüğəti ("Ana sözü", 1991, № 4–6, səh. 81–84, Ş. Qaralovla) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Mekteblinin-etimoloji-lugeti-2.2.pdf
  8. "Problemləri birgə həll etmək lazımdır" ("Ana sözü", 1991, № 9–10)
  9. Problemlər, vəzifələr… ("Ana sözü", 1991, № 11–12)
  10. Suallar və cavablar ("Ana sözü", 1992, № 1–2) https://gmworldbook.com/wp-content/uploads/2023/03/suallar-ve-cavablar.pdf
  11. Müəllimin əsas silahı ("Ana sözü", 1992, № 3–4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/muellimin-esas-silahi.pdf
  12. Günahkar kimdir? Və ya dilimizi niyə öyrədə bilmirik? ("Ana sözü", 1993, № 1–6) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Gunahkar-kimdir-ve-ya-dilimizi-niye-oyrede-bilmirik.pdf
  13. Dərslər, müşahidələr, mülahizələr ("Ana sözü", 1991, № 7–8) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/dersler-musahideler-mulahizeler1.pdf
  14. Qiymət normaları bu günün gözü ilə ("Ana sözü", 1995, № 1–6)
  15. Test… test… test ("Ana sözü", 1995, № 1–6)
  16. "Qoy məktəbli mübahisə mədəniyyətinə yiyələnsin" ("Ana sözü", 1996, № 2) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/qoy-mektebli-mubad2bbise-medeniyyetine-yiyelensin.pdf
  17. Dərslikərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair ("Ana sözü", 1996, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/derslerde_leksik_ve_qrammatik_sekilcilerin_serhedi.pdf
  18. Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı? Və ya şagirdi çaşdıran nədir? ("Ana sözü", 1996, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/nitq-d2bbissesi-ile-soz-arasinda-beraberlik-isaresi-qoymaq-olarmi.pdf
  19. Öyrədən və düşündürən dərslik ("Ana sözü", 1996, № 5) https://gmworldbook.com/wp-content/uploads/2023/05/Oyreden-ve-dusunduren-derslik.pdf
  20. Günahkar təkcə metod deyil ("Azərbaycan məktəbi",1996, № 5–6) https://gmworldbook.com/wp-content/uploads/2023/03/gunahkar-tekce-metod-deyil.pdf
  21. Dərs… 45 dəqiqəlik aləm ("Ana sözü", 1996, № 5–6)
  22. "İstəyirəm sübut edəm ki…" ("Ana sözü", 1996, № 5–6)
  23. Ürəkdən su içən əsər ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1997, № 1) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/urekden-su-icen-eser.pdf
  24. Qoşma idarə edirmi? ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1997,№ 2) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/qosma-idare-edirmi.pdf
  25. "Dilin və ədəbiyyatın inkişafı tərcüməsiz mümkün deyil" ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1997, № 3)
  26. Müəllim üçün etibarlı bələdçi ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1997, № 3)
  27. Ədəbiyyat testlərdə ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1998, № 1)
  28. Müəllim ömründən yarpaqlar ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1998, № 2)
  29. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1998, № 2) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Suallara-cavab-1998-%E2%84%962.pdf
  30. Qrammatik sual təlimdə vasitə kimi ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1998, № 3)
  31. Müəllim nəyə istinad etməlidir? ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1998, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/muellim-neye-istinad-etmelidir.pdf
  32. Sintaktik təhlildə bəzi məqamlar ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1999, № 2)
  33. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1999, № 3)
  34. Yeni qiymət sistemi: ilk addımlar ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1999, № 3)
  35. Müəllim xalqın mənəvi sərvətidir ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1999, № 3)
  36. Orta ümumtəhsil məktəblərinin V–XI siniflərində Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1999, № 4)
  37. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2000, № 3)
  38. Bədiiliyin fonetik səviyyədə ifadəsi ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2000, № 3) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/bediiliyin-fonetik-seviyyede-ifadesi-vd399-onun-tedrisi-barede.pdf
  39. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2000, № 4)
  40. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2001, № 1)
  41. Bir dərsdən öyrəndiklərimiz ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2001, № 1)
  42. Bir dərsin uğuru ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2001, № 3)
  43. "Dilimizin tədrisi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlamalıyıq" (APİ-nin filologiya fakültəsinin dekanı, professor Həsən Balıyevlə müsahibə) ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2001, № 4)
  44. Axtardığımız və tapdığımız suallar ("Mütərcim", 2001, № 3–4) https://gmworldbook.com/wp-content/uploads/2023/03/axtardigimiz-ve-tapdigimiz-cavablar.pdf
  45. Kədərə köklənmiş qələm ("Mütərcim", 2001, № 3–4)
  46. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2002,№ 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Suallara-cavab-2002-N1.pdf
  47. Azərbaycan dili dərslərində interaktiv təlim metodları ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2002, № 2)
  48. Müasir dərs ciddi hazırlıq tələb edir ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2002, № 3) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Muasir-ders-ciddi-hazirliq-teleb-edir.pdf
  49. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2002, № 3) https://gmworldbook.com/wp-content/uploads/2023/04/suallara-cavab-2002-N3.pdf
  50. Şərəfli yolun yolçusu ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2002, № 4)
  51. Qəbul komissiyasının testlərində bəzi sintaktik məsələlər ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2003, № 1) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/qebul-komissiyasinin-testlerinde-bezi-sintaktik-meseleler.pdf
  52. Yeni dərsliklər və "yeniliklər" ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2004, № 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/yeni-derslikler-ve-yenilikler.pdf
  53. Zəhmətlə yoğrulmuş müəllim ömrü ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2004, № 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/zehmetle-yogrulmus-qaynar-muellim-omru-1.pdf
  54. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2004, № 3) https://gmworldbook.com/wp-content/uploads/2023/04/suallara-cavab-2004.pdf
  55. Həqiqəti danmaq – bu, elmdə yenilik etmək deyil ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2004, № 4) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/heqiqeti-danmaq-bu-elmde-yenilik-etmek-deyil.pdf
  56. Suallara cavab ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2005, № 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/suallara-cavab-2005.pdf
  57. Ümumtəhsil məktəblərinin Y-XI sinif şagirdləri üçün Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2005, № 3) https://gmworldbook.com/wp-content/uploads/2023/04/umumtehsil-mekteblerinin-V-XI-sinifleri-ucun.pdf
  58. Qəlbinin hərarəti ilə ətrafa nur çiləyən insan ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2006, № 2)
  59. Yeni qəbul proqramı: Azərbaycan dili ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2007, № 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/yeni-qebul-proqramlari-Azerbaycan-dili.pdf
  60. Rus bölmələrində Azərbaycan dilindən qəbul proqramı ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2007, № 2) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Rus-bolmelerinde-Azerbaycan-dilinden-qebul-proqrami.pdf
  61. "Sən özün şərəf və şöhrətsən". Məqalələr toplusu (filologiya, pedaqogika, metodika) // prof. B. Əhmədovun anadan olmasının 75 illiyinə həsr olunur. Bakı – Mütərcim – 2007, səh.3–13, 124 səhifə (Ş. Qaralovla)
  62. Orfoqrafiya lüğəti: uğurlar, ziddiyyətli məqamlar ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2008, № 1)
  63. Azərbaycan dili dərslərində yeni təlim texnologiyalarından istifadə ("BSU-nun elmi əsərləri. Dil və ədəbiyyat seriyası", 2009, № 1) https://gmworldbook.com/wp-content/uploads/2023/04/Azerbaycan-dili-derslerinde-yeni-telim-texnologiyalarindan-istifade.pdf
  64. Orfoqrafiya lüğəti: uğurlar, ziddiyyətli məqamlar ("Mütərcim" ədəbi, elmi, tərcümə jurnalı, 2010, № 1, səh. 189–191) https://gmworldbook.com/wp-content/uploads/2023/03/orfoqrafiya-lugeti-ugurlar-ziddiyetli-meqamlar.pdf
  65. Fonetik bilik və bacarıqların tədrisi metodikası ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", Bakı, 2010, № 2, səh. 263–269) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/x-sinifde-fonetik-bilik-ve-bacariqlarin-tedrisi-metodikasi.pdf
  66. X sinifdə Azərbaycan dilinin tədrisi. I məqalə. ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2010, № 1, səh. 31–42) https://gmworldbook.com/wp-content/uploads/2023/03/X-sinifde-Azerbaycan-dilinin-tedrisi-12.pdf
  67. X sinifdə Azərbaycan dilinin tədrisi. II məqalə. ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2010, № 2, səh. 38–46) https://gmworldbook.com/wp-content/uploads/2023/03/X-sinifde-Azerbaycan-dilinin-tedrisi-meqale-2.pdf
  68. X sinifdə Azərbaycan dilinin tədrisi. III məqalə. ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2010, № 3, səh.40–49) https://gmworldbook.com/wp-content/uploads/2023/03/X-sinifde-Azerbaycan-dilinin-tedrisi-meqale-3.pdf
  69. X sinifdə Azərbaycan dilinin tədrisi. IV məqalə. ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 2011, № 1, səh.17–24) https://gmworldbook.com/wp-content/uploads/2023/03/X-sinifde-Azerbaycan-dilinin-tedrisi-meqale-4.pdf
  70. "İsə" sözünün qrammatik funksiyaları barədə ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", Bakı, 2012, № 4, 39–42) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/e2809cisee2809d-sozunun-qrammatik-funksiyalari-barede.pdf
  71. Heydər Əliyev və Azərbaycan dilinin tədrisi məsələləri ("Azərbaycanşünaslığın aktual problemlər". Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları. 1–4 may 2013-cü il. Bakı, Azərbaycan; səh. 387 – 392 https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/heyder-eliyev-ve-azerbaycan-dilinin-tedrisi-meseleleri.pdf
  72. "Ol"(maq) müstəqil fel kimi ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2013, 3, səh. 39–42) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/e2809cole2809dmaq-musteqil-fel-kimi.pdf
  73. Əlli illik şərəfli ömür yolu (prof. Telman Cəfərov haqqında) // Əlli yaşın işığında, Bakı: Mütərcim nəşr. 2013, səh. 320–327. 360 səhifə https://gmworldbook.com/wp-content/uploads/2023/03/elli-illik-serefli-omur-yolu.pdf
  74. V sinifdə dil qaydaları məzmun xəttinin reallaşdırılması imkanları ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", Bakı, 2015, 2, səh. 186–190) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/v-sinifde-dil-qaydalari-mezmun-xettinin-reallasdirilmasi-imkanlari.pdf
  75. Bədii üslubun tədrisində "Kitabi-Dədə Qorqud"dan istifadə ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", Bakı, 2015, 4, səh. 272–278) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/bedii-uslubun-tedrisindc999-e2809ckitabi-dede-qorqude2809ddan-istifade.pdf
  76. "Mənim ordenim məktublardır" (Professor Bəşir Əhmədovun həyat və fəaliyyəti haqqında), (Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1991, № 1) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/menim-ordenim-mektublardir.pdf
  77. Substantivləşmənin dilin zənginləşməsində rolu ("Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", Bakı, 2016, 3, səh. 32–35) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/substantivlesmenin-dilin-zenginlesmesinde-rolu.pdf
  78. Böyük alim, sadə insan ("Senet az. Ədəbiyyat və sənət dərgisi", 21 iyun, 2016-cı il) (http://senet.az/boyuk-alim-sad%C9%99-insan/)
  79. Füzuli qəzəlləri "Qurani-Kərim"in işığında. ("Senet az. Ədəbiyyat və sənət dərgisi", 01 mart, 2017-ci il) (http://senet.az/fuzuli-q%C9%99z%C9%99ll%C9%99ri-quranki-k%C9%99rimin-isiginda-akif-m%C9%99mm%C9%99dov/)
  80. Ənəlhəq ideyası "Qurani-Kərim" istinadları əsasında. "Senet az. Ədəbiyyat və sənət dərgisi" (http://senet.az/%C9%99n%C9%99lh%C9%99q-ideyasi-qurani-k%C9%99rim-istinadlari-%C9%99sasinda-akif-m%C9%99mm%C9%99dov/) https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/hurufi-poeziyadaki-e2809cenelheqe2809d-ideyasinin-e2809cqurani-kerime2809de-istinadlari.pdf
  81. Füzuli qəzəllərində Quran motivləri ("Azərbaycanşünaslığın aktual problemlər". Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş VIII Beynəlxalq elmi konfransın materialları. Bakı — 2017 Azərbaycan; səh. 337 – 339 https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/fuzulinin-qezellerinde-e2809cqurane2809d-motivleri.pdf

Seçmiş qəzet və saytlarda gedən məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. "Al"ın izi ilə" " gəncləri", 1981
  2. "Nüfuz necə qazanılır" ("Azərbaycan müəllimi", 20 may 1992) https://gmworldbook.com/wp-content/uploads/2023/02/nufuz-nece-qazanilir.pdf
  3. "Müəllim nə üçün müəllim ola bilmir?" ("Təhsil", aprel 1992)
  4. "Anama deyin…" ("Azadlıq", 03 aprel 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/03/anama-deyin.pdf
  5. "Qanun layihəsinin dili haqqıda" ("Azadlıq", 18 may 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/03/qanun-layihesinin-dili-haqqinda.pdf
  6. "Ah, yazıq test!.." ("Azadlıq", 13 iyul 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/02/ah-yaziq-test.pdf
  7. "Doğrudanmı, mümkün deyil?" ("Azadlıq", 16 sentyabr 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/02/dogrudanmi-mumkun-deyil-ve-ya-bir-daha-test-haqqinda.pdf
  8. "Nə vaxta qaldı, ay balam?" ("Azadlıq", 07 oktyabr 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/03/ne-vaxta-qaldi-ay-balam.pdf
  9. "Qaçdım sənin dalınca mən…" ("Azadlıq", 16 oktyabr 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/02/qacdim-senin-dalinca-men.pdf
  10. "Naşı bağban, girmə bağa" ("Azadlıq", 02 noyabr 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/02/nasi-bagban-girme-baga.pdf
  11. "Biz hansı dildə danışırıq?" ("Azadlıq", 27 noyabr 1993) https://gmworldbook.com/wp-content/uploads/2023/02/biz-hansi-dilde-danisiriq.pdf
  12. "Burda sözüm qurtardı…" ("Meydan", 13 yanvar 1994) https://gmworldbook.com/wp-content/uploads/2023/03/burda-sozum-qurtardi.pdf
  13. "Dərsliklərimiz və …tərs işlərimiz" ("Azadlıq", 22 oktyabr 1994) https://gmworldbook.com/wp-content/uploads/2023/02/dersliklerimiz-ve-ters-islerimiz.pdf
  14. "Müəllim məktəbdən qaçır" ("Azadlıq", 23 noyabr 1994)
  15. "İslami biliklər məktəbə gəlir. Amma necə?" ("Azadlıq", 23 noyabr 1994)
  16. "Gündə bir çıxardır zakoni-tazə" ("Azadlıq", 25 fevral 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/gunde-bir-cixardir-zakoni-teze.pdf
  17. "TQDK təkcə qəbul imtahanlarını aparmaq üçündürmü?" ("Azadlıq", 18 aprel 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/TQDK-tekce-qebul-imtahanlarini-aparmaq-ucundurmu.pdf
  18. "Cavab verə bilmədiyim suallar və ya günahkar kimdir?" ("Azadlıq", 25 aprel 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/cavab-vere-bilmediyim-suallar-ve-ya-muqessir-menemmi.pdf
  19. "Təhsildə özəlləşmə. Vəziyyət necədir?" ("Azadlıq", 27 aprel 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/Tehsilde-ozellesme-veziyyet-necedir.pdf
  20. "Addəyişmə oyunu nəyə xidmət edir?" ("Azadlıq", 13 may 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/addeyisme-oyunu-neye-xidmet-edir.pdf
  21. "Deməyi bizdən" ("Futuroloq", may 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/03/demeyi-bizden.pdf
  22. "Kallaşa-kallaşa karlaşır insan" və qayğısızlıq qana işləyəndə" ("Azadlıq", 03 iyun 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/kallasa-kallasa-karlasir-insan.pdf
  23. "Bir mühazirənin təəssüratı" ("Professor Xeyrulla Məmmədov — 60", "4-cü mikrofon qəzetinin" xüsusi buraxılışı, 01 avqust 1995)
  24. "Uşaqları tənə və təpiklə küçələrdən yığmaq olarmı?" ("Müxalifət", 23 avqust 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/usaqlari-tene-ve-tepikle-kucelerden-yigmaq-olarmi.pdf
  25. "Dərs ili başlandı" ("Azadlıq", 02 sentyabr 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/ders-ili-baslandi.pdf
  26. "Orta məktəbdə rüşvət… Bu, dövrün bəlasıdır" ("Azadlıq", 28 oktyabr 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/orta-mekteblerde-rusvet-bu-dovrun-belasidir.pdf
  27. "Yaradıcı adam – deputat! Nə qazanır, nə itiririk?" ("Azadlıq", 04 noyabr 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/yaradici-adam-deputat-ne-qazaniriq-ne-itiririk.pdf
  28. "Kələfi kim dolaşdırır?" ("Azadlıq", 05 dekabr 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/GMworldbook-kelefi-kim-dolasdirir.pdf
  29. "Məktəb, məktəb…" və ya "Getmərəm mən məktəbə…" ("Azadlıq", 26 dekabr 1995) https://gmworldbook.com/wp-content/uploads/2023/02/mekteb-mekteb-ve-ya-getmerem-men-mektebe.pdf
  30. "Xaraba qalmış evin bir otağında çiçəkləyən alça ağacı" http://www.miq.az/az/xaraba-qalmis-evin-bir-otainda-cicekleyen-alca-aaci-horadiz-cocuq-mercanlifotolar/ https://gmworldbook.com/wp-content/uploads/2023/02/xaraba-qalmis-evin-bir-otaginda-cicekleyen-alca-agaci-horadiz-cocuq-mercanli.pdf
  31. Cəbrayıla gedən yolun son nöqtəsində şəhid anası. http://www.miq.az/az/cebrayila-geden-yolun-son-noqtesinde-sehid-anasi/ https://gmworldbook.com/wp-content/uploads/2023/02/Cebrayila-geden-yolun-son-noqtesinde-sehid-anasi.pdf
  32. Döyüşdən kənarda ÖLƏN ŞƏHİDLƏRİMİZ: "Biz Quyucağa qayıtdıq, ata…" (Birinci əhvalat) http://www.miq.az/az/dyusden-kenarda-len-sehidlerimiz/ https://gmworldbook.com/wp-content/uploads/2023/02/doyusden-kenarda-olen-sehidlerimiz.pdf
  33. DÖYÜŞDƏN KƏNARDA ÖLƏN ŞƏHİDLƏRİMİZ" Qaçqın QIZIN NALƏSİ: Qardaş, ÖLDÜRMƏ! Axı mənim nə günahım var? (http://www.miq.az/az/qacqin-qizin-nalesi-qardas-ldrme-axi-menim-ne-gunahim-var/) https://gmworldbook.com/wp-content/uploads/2023/02/Qacqin-qizin-nalesi-qardas-oldurme-axi-menim-ne-gunahim-var.pdf
  34. Ermənilərin Xankəndində dəfn etdiyi ŞƏHİDİMİZ (http://www.miq.az/az/ermenilerin-xankendinde-defn-etdiyi-sehidimiz/) https://gmworldbook.com/wp-content/uploads/2023/02/ermenilerin-xankendinde-defn-etdiyi-sehidimiz.pdf
  35. Bütün cənubu ağladan ÖLÜM-Zəmanəsinin LOĞMANI TAHİR PİŞAAANOV vəfat etdi… (http://www.miq.az/az/butun-cenubu-aladan-lm-zemanesinin-lomani-tahir-pisanov-vefat-etdi/) https://gmworldbook.com/wp-content/uploads/2023/02/Butun-cenubu-agladan-olum-zemanesinin-logmani-tahir-pisanov-vefat-etdi.pdf

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  1. Bəşir Əhmədov "Öz sözü, öz üslubu ilə fərqlənən alim"
  2. Bahəddin Yunusov "Zirvəyə gedən yol"
  3. Telman Cəfərov "Cavanlığında nüfuz qazanmış alim-pedaqoq və istedadlı jurnalist
  4. Səfər Kəlbixanlı. Məmmədov Akif (Kəlbixanlı Səfər. Sənsiz günlərim, Bakı – Mütərcim nəşr., 1997)
  5. Qəribli İslam. Sızlar yada düşəndə. (Qəribli İslam. Sönməyən ocaq, Bakı – Mütərcim, 1997)
  6. Səfər Kəlbixanlı "Tərlan oylağında sar ola bilməz"
  7. Əsmər Bədəlova "50 yaş – şərəfli ömür payı (Azərbaycan dili və ədəbiyyatı tədrisi, № 2, 2003, səh. 52–56)
  8. Bəybala Abbaslı "Əsl insan, savadlı alim, səmimi dost"
  9. Aydın Paşayev "Müəllimlərin sevimlisi olan dostum"
  10. Şəhla Əhmədova "50 yaşlı müdrik"
  11. Rafət Şahbazov "Ürəyi ovcundan böyük insan"
  12. Əliş Mirzallı "Sözün hakimi"
  13. Soltan Hüzenoğlu "Alimi alim yetişdirər"
  14. Zoya Cəbrayılova, Nəsib Cəbrayılov "Qeyri-adi pedaqoq"
  15. Nobətəli Pələngov "Yada düşər xatirələr"
  16. Məhəbbət İlyasova "Müəllimlərin yaxın dostu"
  17. Nizami Hüseynov "Biz ondan öyrənirik"
  18. Ramiz Əkbər "Müəllimlik müqəddəs peşədir"
  19. Simuzər Əhmədova, Afət Xəlilova "Nə yaxşı ki, varsınız"
  20. Vaqif Alkərəmov "Xoşbəxt adam"
  21. Tamara Nəsibova "Əziz müəllimim Akif Məmmədova" (iki şeir)
  22. Fariz Çobanoğlu "Halallıq" ("Daş üstündə bitən çiçək" məqaləsindən,"Kredo" qəzeti, 26 aprel 2003-cü il)
  23. Alimlik şərəfi – xoşbəxtliyin ömür yolu (Quluzadə Hacaməmməd, Əhməd Qədiməli, Məmmədli A. Elm və zəka işığında, Bakı – 2007, səh.37–42
  24. Almaz Məmmədova "Akif Güləli oğlu Məmmədov" (A. G. Məmmədova "Azərbaycan dilinin tədrisi tarixi", dərs vəsaiti, Bakı: 2015, 324 səh. 253–263 səhifə)[2]
  1. Bəşir Əhmədov. Öz sözü, öz üslubu ilə fərqlənən alim. "Mütərcim" jurnalının xüsusi buraxılışı, may 2003 https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/oz-sozu-oz-uslubu-ile-ferqlenen-alim1.pdf
  2. Telman Cəfərov. Cavanlığında nüfuz qazanmış alim-pedaqoq və istedadlı jurnalist. "Mütərcim" jurnalının xüsusi buraxılışı, may 2003 https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/cavanliqinda-nufuz-qazanmis-alim-pedaqoq-vc999-istedadli-jurnalist.pdf
  1. "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07.
  2. https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/haqqc4b1nda-yazc4b1lanlar.pdf