Akif Əli oğlu Yusifov (8 iyul 1948, Azərbaycan SSR, Qax rayonu, Almalı kəndi) — Şəki Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).[1]
Akif Yusifov | |
---|---|
Akif Əli oğlu Yusifov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Qax rayonu, Almalı |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1977- hazırkı dövr |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
İstiqamət | dram |
Teatr | Şəki Dövlət Dram Teatrı |
Mükafatları |
"Qızıl Dərviş" |
IMDb | ID 3298312/ |
Akif Yusifov 1976-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmiş və həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır.[2] İşlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının əsərlərində 200-dən artıq tamaşada müxtəlif maraqlı, yadda qalan obrazlar yaratmışdır. Bunlardan N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Xudaverdi bəy, Ə. Nesinin "Toros canavarı"nda Osman, M. Kərimin "Ay tutulan gecə" əsərində – Yalsı qul, N. İbsenin "Kuklalar evində" Doktor, E.de Filipponun "Ruhlar"ında Qastoni, X. Eçeqarayın "Mahir aradüzəldənlər" pyesində Don Xuan və sairə rollarını göstərmək olar.
1977-ci ildə Bolqar dramaturqu R. Stoyanovun "Ustalar", 1978-ci ildə Macar dramaturqu Ş. Petefinin "Pələng və Kaftar", 1980-ci ildə Alman dramaturqu B. Brextin "Arturo Uİ-nin karyerası",1981-ci ildə Çex dramaturqu K. Çapekin "Ağ xəstəlik",1982-ci ildə Rumın dramaturqu M. Sebastianın "Adsız ulduz" kimi festival tamaşalarında da A. Yusifov gözəl obrazlarla tamaşaçı rəğbəti qazanmışdır.
2001-ci ildə teatrın səhnəsində qoyulmuş Hidayət Orucovun "Məni qınamıyın" tamaşasında Redaktor roluna görə "Qızıl Dərviş" mükafatına almışdır.
27 may 2018-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3]