Akir Suzuki (yap. 鈴木 章; Rom: Suzuki Akira, 12 sentyabr 1930[1][2][…]) — Suzuki reaksiyasını kəşf edən yapon kimyaçı, 2010-cu ildə kimya üzrə Nobel mükafatı laureatı.[3] Onun xidmətlərini nəzərə alaraq asteroidə (87312) Akirasuzuki adını vermişdirlər.
Akir Suzuki | |
---|---|
yap. 鈴木章 | |
Doğum tarixi | 12 sentyabr 1930[1][2][…] (94 yaş) |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
A. Suzuki 1930-cu il sentyabr ayının 12-də Yaponiyanın Hokkaydo şəhərindəki Mukava kəndində anadan olmuşdur. O, Hokkaydo Universitetində təhsil almış və 1954-cü ildə oranı bitirdikdən sonra aspiranturada qalmışdır. 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi dərəcəsini aldıqdan sonra orada dosent vəzifəsində işləmişdir. 1963–1965-ci illərdə Perdyu Universitetində Herbert Braun ilə postdoktur vəzifəsində işləmiş, sonra isə Hokkaydo Universitetinə tam professor kimi qayıtmışdır. O, 1994-cü ildə Hokkaydo Universitetində təqaüdə çıxmış, lakin Okayama Elm Universitetində (1994–1995 illər) və Kuraşiki Elm və İncəsənət Universitetində (1995–2002-ci illər) tam professor kimi fəaliyyət göstərməyə davam etmişdir.
O, Yaponiya Kimya Cəmiyyətinin vitse-prezidenti və direktoru olmuşdur.
Perdyu Universitetində Herbert Braunun rəhbərliyi altında Akir Suzuki bor orqanik birləşmələrinin sintezi və istifadəsi problemləri üzərində işləmişdir. Yaponiyaya qayıtdıqdan sonra o, bu tədqiqatları davam etdirmiş və bütün dünyada tanınan diqqətə çarpacaq dərəcədə müvəffəqiyyət qazanmışdır. Onun 1979-cu ildə palladium katalizatorundan istifadə edərək bor orqanik birləşmələrinin sintezində çarpaz birləşmə reaksiyaları üzərində apardığı iş müasir metal orqanik kimyanın böyük bir sahəsinin yaranmasına səbəb olmuşdur. Bu reaksiya indi Suzuki adını daşıyır və kəşfinə görə alim 2010-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Resenziyalı jurnallarda 341 elmi məqalənin müəllifi və ya həmmüəllifidir.