Herbert Braun

Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[1][2][…] və ya 1912[3], London[5][6]19 dekabr 2004[4][1][…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979).

Herbert Braun
ing. Herbert Charles Brown
Doğum adı Herbert Charles Brown
Doğum tarixi 22 may 1912(1912-05-22)[1][2][…] və ya 1912[3]
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2004(2004-12-19)[4][1][…]
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Elm sahəsi üzvi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.

Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın stereospesifik hidrogenləşmə üçün istifadə yolunu göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki, onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə keçid kompleksləri δ-elektronlar hesabına yaranır.

Herbert Braun 1953-cü ildə Luisə görə reagentin turşuluğundan asılı olaraq aromatik birləşmələrdə hidrogenin selektiv əvəzolunma qaydasını təklif etmişdir (Braunun selektivlik qaydası).

Braun 1979-cu ildə alman alimi Georq Vittiq ilə birlikdə "Mürəkkəb bor və fosfora malik üzvi birləşmələrin yeni sintez üsullarını işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]