Akira Endo (遠藤 章, Endo Akira?, 14 noyabr 1933, Hiqaşiyuri[d], Akita prefekturası – 5 iyun 2024[1][2], Tokio) – Yaponiya biokimyaçısı. Statin dərmanlarının hazırlanması üçün verdiyi töhfələrə görə tanınır.
Akira Endo | |
---|---|
yap. 遠藤章 | |
Doğum tarixi | 14 noyabr 1933 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 iyun 2024[1][2] (90 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | biokimya, aqrokimya[d], mikrobiologiya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Endo 1957-ci ildə Tohoku Universitetindən məzun olduqdan sonra dərman istehalı ilə məşğul olan "Sankyo" şirkətində işləməyə başlamışdır. 1966–1968-ci illərdə ABŞ-də təhsil almışdır. ABŞ-də olarkən yüksək xolesterolun səbəb olduğu ürək tutması halları onun diqqətini cəlb etmişdir.[4]
Endo Yaponiyaya qayıtdıqdan sonra qida vasitəsilə qəbul edilən xolesterol miqdarını azaltmaq yerinə qaraciyərdə xolesterolun sintezinə mane olmağın daha effektiv olacağı qənaətinə gəlmişdir. O, iki il 6000-dən çox göbələk və kif növündəki kimyəvi birləşmələrini araşdırmaqla məşğul olmuşdur. Nəhayət 1973-cü ildə Kiotodakı bir düyü mağazasından götürdüyü göy kif nümunəsində sintetik inhibitor olan kompaktini kəşf etmişdir. O, bu maddənin xolestrolun sintezinə mane olan maddə olduğunu anlamışdır.[4]
"Sankyo" şirkəti ilə əməkdaşlıq edən ABŞ-nin "Merck" şirkəti 1987-ci ildə statindən istifadə edərək dərman buraxan ilk şirkət olmuşdur. Növbəti illərdə "Sankyo" və digər şirkətlər ürək tutmasının qarşısının alınması və müalicəsi üçün effektiv olan bənzər dərmanları hazırlamağa başlamışdırlar.[4]
Endo 1986–1997-ci illərdə Tokio Kənd Təsərrüfatı və Texnologiya Universitetində professor kimi işləmiş, 2008-ci ildə universitetin xüsusi fəxri professoru olmuşdur. 5 iyun 2024-cü ildə Tokioda ölmüşdür.[4]
2006-cı ildə Yaponiya Mükafatını, 2008-ci ildə ABŞ Lasker-DeBaki Klinik Tibbi Tədqiqat Mükafatını, 2017-ci ildə Kanada Qayrdner Beynəlxalq Mükafatını qazanmışdır. 2011-ci ildə Yaponiya hökuməti tərəfindən "Görkəmli mədəniyyət fiquru" adına layiq görülmüşdür. Adı "Nobel" mükafatı ilə hallanmışdır.[4]