Akita (it)

Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir.[1]

Akita
Mənşəyi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponiyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır.

Xüsusiyyələri

[redaktə | mənbəni redaktə et]

Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur. Sinəsi geniş və dərin, boynu nazik və əzələli olub, əsnək dərilidir. Quyruğu böyük olmaqla, burulur. Nazik ikiqatlı dərisi təxminən 5 sm hündürlüyündə olub, düz, qaba və qısadır. Erkəklərin boyu 66–71 sm, dişilərin boyu isə 61–66 sm-ə qədər olur.

Əfsanəvi Haçiko

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Haçiko

Akita-inu cinsindən olan ən məşhur it Yaponiyada sədaqət simvolu olan Haçikonu saymaq olar. 9 il ərzində o, sahibini hər gün Şibuya stansiyanda gözləyirdi. Haçiko haqqda 2 film çəkilib: 1989-cu ildə "Haçikonun taleyi" və 2009-cu ildə "Haçiko, bir itin taleyi".

Ölümündən bir il əvvəl Şibuya stansiyasında Haçikonun xatirəsinə həsr olunmuş abidə qoyulmuşdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]