Haçiko, bir itin taleyi (film, 2009)

Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan AllenSara Remer çəkilmişdir.

Haçiko, bir itin taleyi
Hachiko: A Dog's Story
Janr dram
Rejissor Lasse Hallstrom
Prodüserlər Riçard Gir, Bill Conson, Vikki Şigekuni Vonq
Ssenari müəllifi Stiven P. Lindsi
Baş rollarda Riçard Gir
Coan Allen
Bəstəkar
  • Yan Kaçmarek[d]
İstehsalçı Columbia Pictures
Studiya Overbook Entertainment, JW Productions, China Film Group, Sony Pictures Relasing
Distribütor Stage 6 Films[d], Netflix, Sony Pictures
İlk baxış tarixi 13 iyun 2009
Müddət 104 dəqiqə
Büdcə 16 milyon $
Gəlir 45 milyon $
Ölkə ABŞ ABŞ
Dillər ingilis
yapon
İl 2009
Rəng rəngli
Çəkiliş yeri ABŞ ABŞ
IMDb ID1028532

Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur.

Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur. Növbəti gün Parker iti vağzala aparır və vağzal müffətişi itin xaltasındakı yazının yapon dilində olduğuna görə onu Yapon kollec professorunun yanına göndərir. Professor Ken (Hiroyuki Taqava) xalta 8 simvolunun olduğunu və itin adının "Hati" olduğunu deyir. Parkerdə iti Hati çağırmağı qərara alır. Bir gün Parker səhər işə gedəndə Hati də gizlicə evdən çıxdı və onun yanıyla getməyə başladı. Parker onu evə qaytardı. Parker işdən gələndə gördü ki, Hati stansiyanın yanındakı böyük ağacın qarşısındaki daşın üzərində oturub onu gözləyir. Beləliklə, Hati hər gün Parkeri stansiyaya aparır, o qatara minəndən sonra Hati evə qayıdır və Parker işdən evə qayıdan vaxt Hati stansiyaya gəlir və Parkeri evə aparır. Bu bir müddət belə davam eir. Bir gün Parker işə gedəndə Hati hürür və onun işə getməsini istəmir. Lakin Parker gedir və günorta ürək tutmasından vəfat edir. Hati vağzalda onu gözləyir və qatar gəlib çatır, amma Parker yoxdu. Hati bir neçə saat qarlı havada onu gözləyir. Bu vaxt Maykl (Robbi Sablit) gəlib Hatini öz evinə aparır. Növbəti gün Hati yenidən vağzala qayıdır və bütün günü orada gözləyir.Bu vaxt Keyt evlərini satır və qızı Endi (Sara Remer)və Mayklın evinə köçür. Buna baxmayaraq, Hati ilk imkan yaranan kimi qaçır və vağzala qayıdır. O, hər gün Ces (Erik Everi) tərəfindən verilən hotdoqları yeyir. Endi bir qədər sonra gəlib çatır və onu evə aparır və ancaq stansiyaya qayıtmaq üçün növbəti gün onu azad edir.

Növbəti 9 il ərzində, Hati hər gün vağzalda sahibini gözləyir. Onun şəkli qəzetdə təsvir edilir. Parkerin ölümündən sonra onun qəbrini ziyarət edib qayıdanda Keyt Hatini görür və növbəti qatarı gözləmək üçün o Hatinin yanında oturur. Hati indi qocalıb və yorğun halda gecə vağzala qayıdır və sonuncu dəfə o gözlərini bağlayır.

Filmin sonunda Ronini (Endi və Mayklın oğlu) sinifdə lövhənin qabağında göstərir və bu vaxt o deyir ki, Hati onun həmişəlik qəhrəmanı olacaq. Sonra o öz Akita iti ilə gedir və o da öz itini Haçiko adlandırıb.

Əsl Haçikonun sahibi Hidesaburo Ueno 1925-ci ildə öldükdən sonra Haçiko növbəti doqquz il ərzində hər gün Şibuya vağzalında onu gözlədi. Real Haçiko 1934-ci ildə (faktiki olaraq 1935) vəfat etdi. Şibuya vağzalında onun oturduğu yerdə heykəli qoyuldu.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi : Stiven P. Lindsi
Rejissor : Lasse Hallstrom
Bəstəkar : Yan Kaçmarek
Prodüserlər : Riçard Gir, Bill Conson, Vikki Şigekuni Vonq
Riçard Gir – Parker Vilson
Coan Allen – Keyt Vilson
Keri-Hiroyuki Taqava – Ken Ficoyoşi
Sara Remer – Endi Vilson
Ceyson Aleksandr – Karl Boilins
Erik Everi – Cascit
Daveniya MakFadden – Meri Enn
Kevin DeKoste – Ronni
Tora Hallstrom
Robbi Sablit – Maykl
Robert Kepron – şagird