Akiyama Saneyuki

Akiyama Saneyuki (秋山 真之?, 12 aprel 1868, Matsuyama4 fevral 1918, Odavara[d], Kanaqava prefekturası)Yaponiya hərbi xadimi, Yaponiya İmperiya donanmasının zabiti. Yaponiyada müasir donanma doktrinasının memarıdır.[1] O, 1900-cü illərdə Yaponiyada bacarıqlı dəniz döyüşü taktikaçısı kimi tanınmışdır.[2]

Akiyama Saneyuki
yap. 秋山真之
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 1868(1868-04-12)
Doğum yeri
Vəfat tarixi 4 fevral 1918(1918-02-04) (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyası[d],
  • Kaysey Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Yaponiya imperiyası
Qoşun növü Yaponiya İmperiya donanması
Rütbəsi vitse-admiral
Döyüşlər
Təltifləri 2-ci dərəcəli "Doğan günəş" ordeni 3-cü dərəcəli "Doğan günəş" ordeni IV dərəcəli "Müqəddəs xəzinə" ordeni III dərəcəli "Qızıl çərpələng" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akiyama Saneyuki 1868-ci ildə Yaponiyanın İyo əyalətində samuray ailəsində doğulmuşdur.[1]

Akiyama 1890-cı ildə Donanma Akademiyasından məzun olmuşdur.[1] 1894–1895-ci illərdə Çin-yapon müharibəsində iştirak etmiş, hərbi təhsil almaq məqsədilə 1897–1899-cu illərdə ABŞ-də yaşamışdır.[1] O, Nyuport şəhərində yerləşən Dəniz Döyüşü Kollecində təhsil almaq istəsə də, ABŞ-nin Yaponiyaya qarşı hərbi planları olduğu üçün qəbul edilməmişdir.[2] Buna görə də birbaşa Alfred Tayer Mehenə müraciət etmişdir.[2] Mehen Akiyamanı donanma tarixindən bəhs edən əsərlər siyahısı ilə təmin etmiş, Akiyama bu əsərləri oxumuşdur.[2] Akiyama 1898-ci ildə baş vermiş İspaniya-ABŞ müharibəsində əcnəbi müşahidəçi qismində iştirak etmişdir.[1]

1902–1903-cü illərdə Yaponiyada Dəniz Heyəti Kollecində taktika və strategiya üzrə təlimçi olmuş, dəniz döyüşü haqqında sistematik təhsilə start vermişdir.[1] ABŞ donanmasının planlaşdırma proseslərindən təsirlənən Akiyama istənilən dəniz əməliyyatının planlaşdırılmasına rasional və elmi yanaşma gətirməyi müdafiə etmişdir.[2] O, ABŞ donanmasından istifadə olunan müharibə oyunu – böyük stollar üzərində modellər və markerlərlə əsl döyüş vəziyyətini simulyasiya etmək praktikasını Yaponiya donanmasına gətirmiş, ənənəvi yapon və Qərb konsepsiyalarını birləşdirmişdir.[1]

1904–1905-ci illərdə davam edən Rus-yapon müharibəsi zamanı Toqo Heyhaçironun donanmasında heyət zabiti olmuşdur.[1] Onun yeddi mərhələli döyüş planı Tsuşima döyüşündə Yaponiyaya qələbə gətirmiş, uzun müddət Yaponiyanın sadə dəniz döyüşü taktikası olmuşdur.[1] Müharibədən sonra Yaponiyanın ABŞ-nin gözündəki potensial düşmən imicini aradan qaldırmaqla məşğul olmuşdur.[2] O, ABŞ-la Yaponiya arasındakı potensial müharibənin Çin üstündə baş verə biləcəyini düşünmüşdür.[2] 1905–1908 və 1912–1914-cü illərdə də Dəniz Heyəti Kollecinin təlimçisi olmuşdur.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 43-44. ISBN 0-87011-621-5. İstifadə tarixi: 16 dekabr 2022.
  • Van Sant, John; Mauch, Peter; Sugita, Yoneyuki. Historical Dictionary of United States–Japan Relations (ingiliscə). The Scarecrow Press. 2007. ISBN 9780810856080. İstifadə tarixi: 16 dekabr 2022.