Akop Dərziyan (erm. Հակոբ չերզեան; 22 avqust 1879, Saimbəyli, Adana vilayəti – 1915[1][2]), Osmanlı ermənilərindən olan əczaçı və yazıçıdır.
Akop Dərziyan | |
---|---|
q.erm. Յակոբ Թերզեան | |
Təxəllüsü | Յակթեր, Հմայեակ, Յիթօ, Տաւրոս, Թղթակից |
Doğum tarixi | 22 avqust 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 1915[1][2] |
Vəfat səbəbi | erməni soyqırımı |
Fəaliyyəti | təbib, publisist, filoloq, jurnalist |
Fəaliyyət illəri | 1910-cu ildən |
Əsərlərinin dili | Qərbi erməni dili |
Janr | nəsr |
Vikianbarda əlaqəli mediafayllar |
Dərziyan Adana vilayətinin Haçin (indiki Saimbəyli) qəsəbəsində anadan olmuşdur. Adanada Hisüsyan məktəbində təhsil almış, 1897-ci ildə isə İstanbula getmiş, 1900-cü ildə isə Mekteb-i Tıbbiye-i Şahanənin əczaçılıq şöbəsini bitirmişdir. Sonra Haçinə qayıtmış, aptek açmış və İstanbul qəzetləri üçün işləmişdir.
Adana soyqırımı[3] zamanı onun yeni doğulmuş oğlu öldürülmüş, apteki isə yandırılmışdır. Bu hadisədən sonra Dərziyan İstanbula köçmüş və orada Adana adlı aptek açmışdır.
O, 1915-ci il aprel ayının 24-də 2345 erməni ziyalısı ilə birlikdə həbs edilərək Ankara vilayətindəki Çankırıya aparılır. O, Yozqat yolunda quldur dəstələrinin üzvləri tərəfindən öldürülür.[3]