Akrobatika gimnastikası

Akrobatik gimnastika — musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür.[1]

Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları "İliada" və "Odisseya"da da öz əksini tapıb. Qədim Yunan teatrlarında Aristofanın komediyası göstərilən zaman (bizim eradan əvvəl IV əsrdə), fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. "Akrobat" termini yunanca "Akrobates" sözündən əmələ gəlmiş "yuxarı qalxan" mənasını verir. Akrobatika da cütlərlə və qrup halında çıxışlar olur:

  • 1. Qadın cütlüyü
  • 2. Kişi cütlüyü
  • 3. Qadın qrupu (3 nəfər)
  • 4. Kişi qrupu (4 nəfər)

Hər çıxışın da qrupları var:

  • 1. Balacalar (6–12)
  • 2. Uşaqlar (11–16)
  • 3. Yeniyetmələr (12–18)
  • 4. Böyüklər (13–19)

1573-cü ildə fiziki tərbiyədə akrobatika hərəkətlərinin icrasını göstərən ilk kitab İ. Merkurialis tərəfindən yazılıb.

XIX əsrdə idmanın inkişafı və akrobatika hərəkətlərinin yeni növlərinin meydana çıxması idman hərəkətlərinin bir hissəsini təşkil edib.

Qədim idman növü olmasına baxmayaraq, akrobatika (akrobatika tullanmaları) sərbəst növ kimi, yalnız bir dəfə, 1932-ci ildə Los-Ancelesdə (ABŞ) keçirilən X Olimpiya oyunlarının proqramına daxil edilib.

1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Polşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAAF) yaradılıb, onun Əsasnaməsi və yarış qaydaları təsdiq edilib. BİAAF-ın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilib. İlk dünya çempionatı 1974-cü ildə Moskva şəhərində keçirilib.

Akrobatika Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920–30-cu illərə təsadüf edir. Bu illərdə Q. Səfərov, Q. Becanov, Y. Yurfeld, D. Dvoryankin, İ. Kiselyov və H. Ağayev Azərbaycan akrobatikasının idman növü kimi inkişafında mühüm rol oynayıblar.

1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına ancaq kişilərin qrup halında hərəkətləri daxil edilib. Bundan sonra, Azərbaycan akrobatları ümumittifaq yarışlarında iştirak etməyə başlayıblar.

1960–1990-cı illərdə Azərbaycan akrobatları ümumittifaq və beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə ediblər.

Azərbaycan İdman Akrobatika Federasiyası 1993-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyasına üzv qəbul edilib və həmin ildən başlayaraq idmançılar Avropa və dünya çempionatlarında iştirak etmək imkanı əldə ediblər.

1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edən Azərbaycan akrobatları Elşən Seyfullayev, Elxan Şahbazzadə, Valeri və Aleksandr Liçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion adını qazanıblar. Digər akrobatlar A. Mustafayev və S. Cəbrayılov kişilərin qoşa hərəkətlərində Avropa və dünya çempionatlarında mükafata layiq yerlər tutublar.

Ümumiyyətlə, 1993–2003-cü illərdə Azərbaycan akrobatları Avropa və dünya çempionatlarında 5 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar.

Azərbaycanda güclü akrobatika ənənəsinin formalaşmasında Bəhram Nərimanov, Arif Əhədov, Adil Hüseynzadə, Elşad Nərimanov, Azər Kərimov, Arif Qafarov, Ağakərim Səlimov, Yuri Demyanenko, Əvəz Abbasov kimi məşqçilərin böyük əməyi olub.

Akrobatika gimnastikası – qeyri-olimpiya idman növüdür. Bu idman növü tarazlığı qorumaq, təkanla və ya təkansız bədənin fırlanması hərəkətlərini özündə birləşdirən kompleksli fiziki hərəkətləri ifadə edir. Yarışlarda həm qadınlar həm də kişilər cütlük, qarışıq cütlük və qrup şəklində iştirak edə bilərlər (qadınlarda – 3 nəfər, kişilərdə — 4 nəfər olmaqla).

Akrobatik hərəkətlərin əsası özəlliyi – ustalıqla bədənin idarə edilməsi və əzələlərin yaxşı inkişafıdır. Bütün hərəkətlər musiqi müşayiəti ilə ölçüsü 12x12 metr olan elastik gimnastika xalçasında yerinə yetirilir. Hərəkətlər statik vəziyyətdə dayanmaqla başlayır, xoreoqrafik kompozisiya ilə davam edir və yenə də statik vəziyyətdə duruşla yekunlaşır. Hərəkətlər 3 yerə ayrılır: balans, temp və qarışıq. Balans hərəkətləri gimnastın gücünü, balansını, elastikliyini və cəldliyini göstərməlidir. Dinamik hərəkətlər özündə tullanma, itələmə və tutma hərəkətlərini birləşdirməlidir. Qarışıq hərəkətlər həm balans həm də dinamik hərəkətlərin birləşməsini təşkil edir. Hakimlər artistizmi, çıxışın texnikasını və hərəkətlərin çətinliyini qiymətləndirilər.

Gimnastikanın qədim növlərindən olan akrobatika, idman növü kimi inkişafına XIX əsrdən başlayıb. Daha sonra XX əsrdə akrobatikada 2 cərəyan yarandı – onlardan biri bizə tanış olan sirk akrobatikasına çevrildi. İkinci cərəyan özündə piramida düzməyi və akrobatik cığırda tullanmağı birləşdirirdi. Əvvəldər ikinci cərəyan insan bədəninin effektliyini təbliğ edirdi, amma sonradan idman növünə çevrildi. SSRİ akrobatikanın müstəqil idman növünə çevrildiyi ilk ölkədir. Məhz burada yarışların qaydaları tərtib edilmiş və ilk SSRİ Çempionatı keçirilmişdir (1939-cu il). 1973-cü ildə Moskvada 10 ölkənin (Bolqarıstan, İngiltərə, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Rolşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və Yuqoslaviya) iştirakı ilə Beynəlxalq İdman Akrobatika Federasiyası (BİAAF) yaradılıb və yeni nizamnamə, həmçinin yeni yarış qaydaları tərtib edilmişdi. Federasiyanın birinci prezidenti Stoil Satirov (Bolqarıstan) seçilmişdir. İlk Dünya Çempionatı isə 1974-cü ildə Moskva şəhərində keçirilmişdir. 1999-cu ilin yanvar ayında Beynəlxalq Akrobatika Gimnastikası Federasiyası yarandı və Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə daxil olaraq, həmin gündən onun rəhbərliyi altında fəaliyyət göstərir. Bu idman növü üzrə Dünya və Avropa Çempionatları bir-birini növbələyir: Dünya birinciliyi cüt illərdə, Avropa Çempionatları isə tək illərdə keçirilir.

Akrobatika gimnastikası Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda akrobatikanın yaranma və inkişaf tarixi 1920–30-cu illərə təsadüf edir. 1936-cı ildə Bakıda birinci qeyri-rəsmi yarış keçirilib və bu yarışın proqramına ancaq kişilərin qrup halında çıxışları daxil edilib. SSRİ-də akrobatika üzrə idman ustası adına ilk dəfə Bəhram Nərimanov layiq görülmüşdür. Qardaşı Elşad ilə birlikdə Bəhram 1958-ci ildə SSRİ Həmkarlar İttifaqının Spartakiadasının mükafatçısı olmuşlar (3-cü yer), elə həmin il SSRİ Çempionatında da fərqlənmişlər (3-cü yer). 2009-cu il akrobatika gimnastikası üçün hesabat ili oldu. Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü əvvəlcə Tayvanda keçirilən Dünya Oyunlarının və Rusiyada keçirilən Dünya Kubokunun gümüş mükafatçısı oldular. Məşqçi İradə Qurbanovanın yetirmələrinin karyeralarında ən yüksək pillə isə Portuqaliyada keçirilən Avropa Çempionatında qazandıqları qızıl medal oldu.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Akrobatika gimnastikası Olimpiya idman növü olmasa da, yalnız 1 dəfə 1932-ci ildə Olimpiya proqramına daxil edilib.
  • Akrobatika – yunan mənşəli sözdür. Acrobats sözündən yaranan bu söz "barmaq uclarında gəzmək" mənasını verir.
  1. "Akrobatika Gimnastikası". agf.az. 2022-07-03 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]