Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar.
Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir.[1] Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar:
Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır:
Daşqınların baş verməsinə səbəb olan əlavə təbii amillərə həmçinin torpaq səviyyəsinin təbii enməsi və evstaziya, yəni tədricən dəniz səviyyəsinin artması daxildir. Bu hadisələrin insan faktorundan asılı olmayaraq baş verməsinə baxmayaraq, antropogen təsirlər, xüsusilə də şəhər sakinlərinin təsərrüfat, sənaye və turizm fəaliyyətləri getdikcə daha da artan daşqınların qoyduğu fəsadların kəskinləşməsinə səbəb olur (Porto-Margerada bir zamanlar aktiv fəaliyyət göstərmiş sənaye müəssisələri Venesiya laqunun suyundan istifadə edərək, torpaq qatının çökməsinə səbəb olmuş, qlobal istiləşmə isə, öz növbəsində evstaziya prosesini daha da sürətləndirmişdir).[4] Qabarmaların proqnozlaşdırılması və monitorinqi mərkəzinin hesablamalarına görə, 1897-ci ildən etibarən (müasir statistik qiymətləndirmə məhz həmin ildən başlamışdır), Venesiya şəhəri laqun və dəniz səviyyəsindən təqribən 23 sm aşağı enmişdir. Onun 12 sm-i təbii səbəblərin, 13 sm-i isə, insan fəaliyyətinin payına düşür. Adriatik dənizinin peyk fotolarına nəzər yetirərkən, hövzəsinin uzun və dar düzbucaqlı və yarımqapalı formaya malik olduğunu aydın şəkildə görmək olur; bu cür forma, seyş adlanan dalğaların yaranmasına birbaşa səbəb olur. Seyşlər nəticəsində su, dənizin bir tərəfində qalxarkən, digər tərəfində enir. Bu cür təkrarlanan hərəkətlər nəticəsində dənizdə ritmik və titrəyişli dalğalar formalaşır.
Sürəkliyi 21 saat 30 dəqiqə, amplitudası isə təxminən 0,5 metrə bərabər olan dalğa titrəyişləri, təbii qabarma və çəkilmə prosesinə qoşularaq, Aralıq dənizinin digər hissələrindən fərqli olaraq məhz Adriatik dənizdə daha ekstremal daşqınlara səbəb olurlar. Bundan başqa, bölgədə ortalama müddəti 12 saat 11 dəqiqə olan daha kiçik dalğa titrəyişləri də müşahidə olunur.[5][6] Hər iki dalğa titrəyişinin davamiyyət müddətinin təbii, lakin müstəqil olan səmavi qabarmalar ilə müqayisə oluna biləcəyini nəzərə alsaq, hər iki effekt üst-üstə düşə və bir-birini gücləndirə bilməsini müşahidə etmək olar. Əgər meteoroloji şərait (məsələn, Adriatik hövzəsinin əsas oxu boyunca şimala doğru əsən güclü sirokko) normadan artıq olan qabarma suyunun təbii axınının qarşısını alırsa, Venesiyada akva alta daha ekstremal həddə çatır.
Venesiya laqununun xüsusi forması, sahil zonasında torpağın çökməsi və özünəməxsus şəhər konfiqurasiyası daşqınların vətəndaşlara və binalara təsirini hər il daha da artırır.
Veneto sahilində, yuxarıda qeyd olunan səbəblərdən başqa, suyun suaxanına həmçinin güclü, soyuq və kəskin bora küləkləri də neqativ təsir göstərirlər — belə ki, İtaliyanın dağlıq bölgələrindən, yəni şimal və şimal-şərq istiqamətlərdən Adriatik dənizi ilə laqunu birləşdirən limanlara tərəf əsən küləklər, suyun laqundan dəniz tərəfə təbii hidravlik axınını əhəmiyyətli dərəcədə yavaşıdır və ya bəzən tamamilə bloklayırlar.[3]
Venesiya şəhərinin yaxınlığında Porto-Margera adlı sənaye zonasının və liman kompleksinin yaradılması, bir neçə səbəbə görə Akva alta fenomeninin güclənməsinə və ağırlaşmasına səbəb oldu: hər şeydən əvvəl, sənaye zonasının çox hissəsi daha öncə qumlu dayazlarla örtülmüş laqunun geniş sahələrinin zəbt edilməsi yolu ilə yaradılmışdır. Kiçik adalara bənzəyən və barene adlandırılan bu qumlu dayazlar təbii süngərlər və ya "genəldici rezervuarlar" kimi, qabarmalar zamanı artıq suyun əhəmiyyətli hissəsini absorbsiya edirdilər.[7] Bundan başqa, irihəcmli neft tankerlərinin körpülərə yaxınlaşa və yan ala bilmələri üçün laqun ərazisindən gəmiçiliyə yararlı və olduqca dərin yeni kanalın əsası qoyulmuşdur. Kanale dei Petrole adlanan bu "neft kanalı" Malamokko limanı ərazisindən başlayaraq, Venesiya laqununun bütün eni boyunca uzanır və Porto Margeranın yerləşdiyi sahil xəttini Adriatik dənizlə birbaşa birləşdirirdi. Venesiyanın əsası qoyulduğu dövrdə dənizlə bilavasitə əlaqəni formalaşdıran bu cür kanallar ümumiyyətlə mövcud deyildi. Məhz bu səbəbdən də günümüzdə bölgədə reallaşdırılan bu və ya digər istənilən radikal yeniliklər, onsuzda dağılma təhlükəsində olan şəhəri getdikcə daha da intensivləşən qabarmalarla üz-üzə qoyur.[8]
Porto-Margera sənaye mərkəzi qabarmaların orta amplitudasının dəyişikliyinə səbəb olan yeganə antropogen təsir nümunəsi deyil. Bölgədə insan fəaliyyəti nəticəsində baş vermiş digər başlıca dəyişikliklər bunlardır:
Son illərdə dənizin orta səviyyəsinin artımının güclü tendensiyası müşahidə olunur və şəhər rifahının özünəməxsus indikatoru hesab edilən dəniz səviyyəsinə nisbətən ən aşağı nöqtə sayılan San Marko meydanında bu artım daha aydın hiss olunur (dəniz səviyyəsi ilbəil həndəsi irəliləmə üzrə yüksəlir: 2007-ci ildə +24,1 santimetr, 2008-ci ildə +27,8 santimetr, 2009-cu ildə +33,4 santimetr, 2010-cu ildə +40,5 santimetr).[9][10][11]
2017-ci ildə şimali Adriatika akvatoriyasında baş vermiş akva altanın hündürlüyü bir metrə yaxınlaşmışdır ki, bu da, bütün Aralıq Dənizi boyunca qeydə alınmış ən yüksək göstərici idi.[12]
Akva alta səbəbindən hər il baş verən daşqınlar Venesiya ərazisində qeyri-bərabər şəkildə təqsim olunur və şəhərin tam və ya qismən suyun altında qalması müxtəlif amillərdən asılı olur:
1976-cı ildə italyan əsgəri və dənizçisi Roberto Frassettonun rəhbərliyi altında Milli Araşdırmalar Şurası (it. Consiglio Nazionale delle Ricerche) Venesiya şəhərinin bütün ərazisinə münasibətdə subasma və daşqınların hündürlüyünün faizlə xüsusi cədvəli təşkil olunmuşdur. 26 noyabr 2009-cu ildə isə İnsula şirkəti tərəfindən keçirilmiş tədqiqatlardan dərhal sonra hər altı aydan bir yenilənən yeni cədvəllər yaradılmasına dair qərar qəbul edilmişdir. Yeni cədvəllərdə şəhərin bütün ərazisi deyil, yalnız ictimai piyada hərəkəti üçün istifadə edilən sahələr daxil edilmişdir.
Daşqınlar zamanı piyadaların hərəkətinə kömək etmək üçün əsas şəhər küçələrində trap (dəmir dayaqlar üzərində olan geniş taxta lövhələr) şəbəkəsi quraşdırılır. Pilləkənlər ilə təchiz edilmiş piyada keçid sistemi yalnız dəniz səviyyəsindən 120 sm hündürlüyə kimi piyadalar üçün effektiv olur, daha yüksək qabarmalar baş verdiyi zaman isə, o, suyun altında qalır.[13]
|
|
Daşqın ölçüsünün standart meyarı kimi, Venesiyanın Dorsoduro rayonunda, daha dəqiq desək əzəmətli Santa Mariya della Salute kilsəsinin yaxınlığındakı Punta della Salutedə yerləşən stansiyada ölçülmüş qabarmaların hündürlüyü əsas olaraq götürülür. Faktiki olaraq, ənənəyə görə, Venesiyada qabarmaların hündürlük göstəricisi 1897-ci ildə ölçülmüş Punta della Salute ərazisindəki dənizin orta səviyyəsinə bərabərdir.
Venesiya şəhəri, ətrafındakı laqunun müxtəlif nöqtələrində yerləşdirilmiş stansiyalarla, həmçinin açıq dənizdəki ISMAR-CNR platforması ilə qabarmaların və çəkilmələrin səviyyəsinin monitorinqinin müxtəlif sistemləri ilə təchiz edilmişdir.[15] Müşahidə edilən suyun hündürlüyü və illik və dəniz proqnozlarının analizi əsasında, Venesiya bələdiyyəsinin qabarma və çəkilmələrin proqnozlaşdırma və məlumatvermə mərkəzi (it. Centro Previsioni e Segnalazioni Maree del Comune di Venezia) tərəfindən gündəlik olaraq hər növbəti 24 və ya 48 saat üçün qabarmaların proqnozları təşkil olunur (bundan başqa, mütəxəssislər tərəfindən həmçinin daha uzunmüddətli proqnozlar da buraxılır, amma onlar, yuxarıda da qeyd olunduğu kimi, bir qayda olaraq daha az etibarlı sayılırlar).[16] Bu proqnozların sakinlər arasında yayılması metodları olduqca genişdir, məsələn:[17]
Gözlənilən daşqının təhlükəli həddə olacağı proqnozlaşdırma ilə müəyyən edilən kimi, binaların birinci və beletaj mərtəbəlirdə yaşayan sakinlərə və birinci mərtəbədə fəaliyyət göstərən təsərrüfatçılıq subyektlərinə telefonla bildiriş və xəbərdarlıq gəlir (bu xidməti sorğu üzrə aktivləşdirmək olar). Mağaza sahibləri həmin an girişlərdə müvəqqəti və qoruyucu arakəsmə divarlar quraşdırırlar. Həmçinin xüsusi applikasiyada qeydiyyatdan keçmiş bütün vətəndaşlar üçün aidiyyəti qurumlarla baş vermiş problemlər ilə bağlı pulsuz və limitsiz danışıq xidməti yaradılmışdır[17].
Əgər proqnozlaşdırılan su səviyyəsi 110 santimetrə bərabər və ya bu göstəricidən daha artıq olarsa, qabarmanın pik həddə çatmağına təxminən üç saat qalmış, şəhərin strateji nöqtələrində bütün əhalinin xəbərdar olunması üçün həyəcan sirenaları sistemi aktivləşdirilir.
2007-ci ilin dekabr ayının 7-də şəhərin tarixi mərkəzində və Cudekka adasında iki müxtəlif səs çıxaran yeni elektron sirena quraşdırılmışdır: birinci siqnal daşqının gəlişi haqqında əhalini xəbərdar edir, ikinci siqnal isə, sirenanın səs tonunun sayından (>110 sm, >120 sm, >130 sm və >140 sm) asılı olaraq qabarmanın gözlənən hündürlüyü haqqında təsəvvür yaradır[18]. Şəhərdə fəaliyyət göstərən daha öncəki sirenalar elektromexanik tipdə idi. Qabarmanın hündürlüyü 110+ sm olduqda, o, qulaqbatıran səslə bir dəfə, +140 sm olduqda iki dəfə, +160 sm olduqda isə üç dəfə siqnallar ötürür və bütün əhalini hazır olmağa çağırırdı. Artıq köhnəlmiş bu tip sirenalar Venesiya laqununun digər hissələrində hələ də istifadə olunur və tədricən yeni sistemlə əvəz olunur. Yeni sirena ilk dəfə 2008-ci ildə mart ayının 23-dən 24-ə keçən gecə +110 sm qabarmanın proqnozlaşdırılması zamanı istifadə olunmuşdur[19]. Akva alta bitdikdən sonra isə, yeni sirenalar ilə proqnozun ideal şəkildə dəqiq hesablandığı müəyyən edilmiş və ictimaiyyətə bu barədə açıqlama təqdim olunmuşdur.
2003-cü ildən xüsusi təhlükə daşıyan yüksək suların aradan qaldırması və qabarma pikinin uğurla atlatılması məqsədilə, laqunun dənizdən müvəqqəti təcrid edilməsinə yönəldilmiş MOSE layihəsinin reallaşmasına start verilmişdir (MOSE — MOdulo Sperimentale Elettromeccanico (italyancadan tərcümədə "Eksperimental elektromexaniki modul") sözlərindən ibarət abbreviaturadır).[20] Bu adın həmçinin alternativ və bir qədər simvolik mənası da mövcuddur: "MOSE" israillilərlə birlikdə Misirdən qaçarkən əsa ilə Qırmızı dənizi vuraraq, onu ikiyə bölmüş Musa peyğəmbərə bir ithafdır (italyan dilində peyğəmbər Mosè adlanır və layihənin adı ilə eyni cür səslənir). Layihə çərçivəsində, Venesiya laqunundakı 3 boğaz girişində 4 sıraya bölünmüş və ümumi sayı 78 ədəddən ibarət mobil şlüzun quraşdırılmasına başlanılmışdır: plana görə, 43 şlüzdən ibarət birinci sıra süni ada vasitəsilə birləşən nəhəng Lido-San Nikolo boğazında, 19 şlüzdən ibarət ikinci sıra Malamokko boğazında, 18 şlüzdən ibarət sonuncu sıra isə Kyocca boğazında yerləşəcəyi müəyyən edilmişdir. Baryerlər dəniz dibinə bərkidilərək, yüksək qabarma və fırtınanın başlamasını gözləməli idilər. Akva altanın başlamasına az bir müddət qalmış, onlar pnevmatik üsulla hava ilə doldurulmalı və suyun üzünə çıxaraq, laqunla dənizi bloklayaraq, effektiv şəkildə yüksək suyun səviyyəsini azalmasına nail olmalı idilər.[21][22] Baryerlərin işlək vəziyyətdə olduğu zaman gəmilərin intensiv hərəkətinin qorunub saxlanılması və tıxacların yaranmasının qarşısının alınması üçün, plan üzrə gəmilərin keçidi üçün üç əlavə şlüz quraşdırılması nəzərə alınmışdır (Malamokkoda böyük gəmilər, Lido və Kyoccada isə xilasetmə və balıq ovu qayıqları üçün).
MOSE layihəsinin reallaşdırması 2003-cü ildə başlamış, 2006-cı ildə isə, ciddi büdcə çatışmazlığı səbəbindən təkrar gözdən keçirilmişdir. Tikinti işləri 2008-ci ildə təxminən 40%-dək tamamlanmışdır. Bunun ardından baş vermiş iqtisadi böhran səbəbindən, MOSE üzrə işlərin tamamlanması daim təxirə salınırdı. Başlanğıcda tamamlanma işlərinin 2011-ci ildə planlaşdırıldığı bildirilsədə, sonrakı illərdə layihə natamam olaraq qalmışdır. Nəhayət, sistemin birinci testləri 2019-cu ildə keçirilmişdir. 10 iyul 2020-ci ildə sistemin birinci tammiqyaslı sınağı müvəffəqiyyətlə həyata keçirilmişdir. İtaliyanın baş naziri Cuzeppe Konte açılış mərasiminə qatılaraq, 78 mobil baryeri təntənəli şəkildə işə salmışdır.[23] [24] Layihə, 3 oktyabr 2020-ci ildə baş vermiş növbəti təhlükəli daşqının qarşısının alınması istiqamətində aktiv mübarizə elementi olaraq istifadə olunmuşdur.[25] MOSE-nin 2022-ci ilin sonuna qədər tam şəkildə fəaliyyət göstərəcyi gözlənilir.[26][27]
Reallaşdırılan tədbirlər, ilk növbədə Venesiyanı əhatə edən laqundakı vəziyyətin yaxşılaşmasına, torpaqların çökməsi səbəbindən baş verən geomorfoloji strukturların deqradasiyasının ləngidilməsinə, dəniz səviyyəsinin evstatik tərəddüdlərinin və eroziyanın aradan qaldırılmasına yönəldilmişdir. Dəniz səviyyəsinin artması, Venesiya və Kyocca kimi kövrək və monumental memarlığa sahib şəhərlərə çox ciddi təsir göstərir (duzlu su qədim kərpic hörgülərini dağıdır və binalar tədricən yarasız vəziyyətə düşür). Məhz bu səbəbdən, görülən tədbirlərin spektri olduqca genişdir və bəşəriyyətin incisi sayılan Venesiyanın gələcək nəsillərə ötürülməsi ilə yanaşı, həmçinin şoran bataqlıqların, vatta və dayazlıqların, kiçik adaların ətraf mühitinin bərpası, müdafiəsi və renaturalizasiyası, kanalların və laquna dibinin dərinləşməsinə birbaşa yönəlibdir. Buna baxmayaraq, ambisioz layihə ətraf mühitin qorunması üzrə envayronmentalistlər və "Italia Nostra" kimi ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər qrupu tərəfindən müqavimət ilə qarşılandı.[28] Vəhşi Təbiətin Ümumdünya Fondu da layihə haqqında olduqca neqativ fikir bildirdi. Envayronmentalistlər və müəyyən siyasi güclər tərəfindən MOSE-nin tikintisinin, idarə edilməsinin və istismarının italyan dövlətinə hansı məbləğə başa gələcəyini müqayisə etdikdən sonra layihəni tənqid atəşinə tutdular. Tənqidin başlıca səbəbi, qeyd olunan məbləğin, oxşar problemlərin həlli üçün başqa ölkələr (Niderland və İngiltərə) tərəfindən istifadə olunan alternativ sistemlərin dəyərlərindən qat-qat yuxarı olmasında idi.
Bundan başqa, MOSE baryerləri kompleksinin layihəsi və onun reallaşdırmasında ciddi səhvlərin buraxıldığı getdikcə daha da aydın izlənilirdi. Məsələn, mobil baryerlərin yaradılması üçün nəzərdə tutulan və ilkin prototiplərin sınaqları zamanı nümayiş olunan möhkəm polad materialdan istifadə olunmadığı məlum olmuşdur. Birbaşa olaraq bu və ya digər səbəblərdən, hələ tam şəkildə istismara verilməmiş baryerlər kompleksi (həmçinin onun elementlərinin şarnir bərkitmələri) dəniz suyunun, midilərin və yosunların təsiri altında intensiv korroziyaya məruz qalmışdır. Korroziya və çöküntülərin toplanması nəticəsində MOSE-nin bəzi elementləri qalxma və endirmə vaxtı parçalanmağa başlamış və öz fəaliyyət qabiliyyətini qismən itirmişdir. Hətta hələ hələ quraşdırılmamış və quruda çox uzun müddət saxlanılan baryerlər də rütubətli dəniz havasının təsiri altında yararsız vəziyyətə düşmüşdür.[29][30]
1872-ci ildən etibarən, elmi metodlar üzrə daşqınların sistematik müşahidələri başlamışdır (bəzi alimlər bu tarixi 15 yanvar 1867-ci illə əlaqələndirirlər; deyilənlərə görə, həmin gün baş vermiş Akva alta nəticəsində, dalğaların hündürlüyü 153 sm-ə bərabər idi).[31] Qabarmalara nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ilk müasir tipli mareoqraf aparatı, Venesiyada yalnız 1871-ci ildə yaradılmışdır.[31] Aparılan müşahidələr üçün məsuliyyətli müəssisə qismində, Veneto vilayətinin Elm, Ədəbiyyat və İncəsənət İnstitutu (it. Istituto Veneto di Scienze, Lettere ed Arti) çıxış edirdi.[31] Mareoqraf aparatı İnstitutun qərargahı hesab edilən və Kampo Santo Stefanoda (kampo (it. Campo) ancaq venesiyalılar tərəfindən istifadə edilən və San Marko meydanına nisbətən daha kiçik ölçülü şəhər meydanlarına verilən unikal addır) yerləşən Loredan sarayının (it. Palazzo Loredan) fasadında quraşdırılmışdır. İnstitut 1908-ci ilə qədər buradan öz müşahidələrini aparmış və daha sonra cihazları Bələdiyyə Hidroqrafik İdarəsinə təhvil vermişdir.[31]
Öz miqyası və dağıdıcı gücünə görə şəhərdə bu vaxta qədər görülməmiş Akva alta hadisəsindən sonra, dalğa tərəddüdlərin izlənilməsi və qabarmaların proqnozlaşdırılması, həmçinin əhalini daim məlumatlandırmaq üçün xüsusi xidmət və məlumatların analiz edilmə mərkəzi yaradılmışdır. 1980-ci ildə bu müəssisə Qabarmaların və Çəkilmələrin Proqnozlaşdırılması Mərkəzi adlandırılmış və o, Hidroqrafiya İdarəsinin qeydiyyat funksiyalarını öz üzərinə götürmüşdür.[32]
Yüksək qabarmalar il ərzində bütün aylar üzrə eyni tezlikdə və həcmdə paylanmır: aşağıdakı qrafikdə göstərildiyi kimi (Göstəricilər 1872–2021-ci il dövrünü əhatə edir), 110 sm-ə bərabər olan və yaxud bu göstəricidən daha yüksək olan qabarmaların təxminən 75%-i oktyabr-dekabr aylarına təsadüf edilir (pik hədd isə adətən noyabrda müşahidə edilir). İyulda və avqustda isə, qabarmaların hündürlüyü yuxarıda göstürilmiş göstəricidən həmişə aşağı olur (burada yeganə istisna hal kimi, 2002-ci ilin iyununda baş vermiş şiddətli daşqını qeyd etmək olar).[33]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Venesiya laqununda baş verən daşqınlar haqda ən qədim yazılı məlumatlar VI əsrə təsadüf edir. Zəngin lanqobard ailəsindən olmuş Fransiskalılar ordeninin keşişi Paul Diakon (əsl soyadı Varnefrid idi), müəllifi olduğu Historia Langobardorum adlı kitabda 17 oktyabr 589-cu ildə baş vermiş Rotta della Kuçça adlı dəhşətli daşqın barəsində geniş məlumat vermişdir.[34] Paulun kitabındakı qeydlərə əsasən, Talyamentodan başlayaraq, Poya qədər, mənsəbləri Adriatik dənizinin şimalına tökülən bütün çaylar öz məcrasından çıxaraq, laqunun hidrogeolojı tarazlığını tamamilə dəyişmişdilər. Daşqın böyük insan itkilərinə Veronanın şəhər divarlarının bir hissəsinin çökməsinə, həmçinin Venesiyaya aparan cığırlar, yolların dağılmasına və nəticə etibarilə Venesiyanın materikdən izolyasiyasına səbəb olmuşdur.
Çağdaş nəsil tərəfindən Venesiyada aktiv şəkildə istifadə olunan Akva alta sözünün əslində olduqca qədim bir tarixi vardır; belə ki, "Akva alta" termini yazılı sənədlərdə ilk dəfə olaraq 782-ci ildə izlənilir; həmin dövrdən sonra, müvafiq olaraq 840, 885 və 1102-ci illərə baş vermiş digər daşqın hadisələrinə də yerli sakinlər Akva alta deməyə başlamışdır.[35]
1110-cu ildə güclü dəniz fırtınasından (bəzi alimlərin fikrincə, həmin ildə Adriatik dənizin torpaq qatının dərinliklərində baş vermiş zəlzələ, güclü sunaminin yaranmasına səbəb olmuşdur) sonra hündür su Metamaukonu (indiki Malamokkonun qədim adı) yerlə yeksan etmişdir (fırtınadan öncə Venesiyanın siyasi mərkəzi məhz Metamauko limanında yerləşirdi və fəlakətdən sonra, dojların iqaməthgahı Rialto məhəlləsinə daşınmışdır).
Yerli salnaməçilər bildirirdilər ki, 1240-cı ildə baş vermiş daşqın səbəbindən, su bütün küçələri yararsız vəziyyətə salmış, onun hündürlüyü isə, normal insan boyundan qat-qat artıq olmuşdur.[35] Sonrakı illərdə (1268, 1280, 1282) və xüsusi ilə 20 dekabr 1283-cü ildə baş vermiş təkrar dağıdıcı daşqınlar çox güman ki, daha anomal əhəmiyyətli hadisələr idi. Buna səbəb kimi, o dövrün xronikalarında öz əksini tapmış və "Venesiya həmin gün möcüzəvi şəkildə ölümdən xilas edilmişdi" kimi səslənən yazılar idi.[35] Zaman keçdikcə baş verən daşqınların intensivliyinə və hündürlüyünə görə yerli yazarlar tərəfindən detallı və sistematik şəkildə təsnifləşdirilməsi qərara alınmışdır (18 yanvar 1286-cı il daşqını; 1297 və 1314-cü il hadisələri; 15 fevral 1340-cı il; 25 fevral 1341-ci il; 18 yanvar 1386-cı il; 31 mayda və 10 avqust 1410-cu il hadisələri, 1419, 1423, 11 may 1428, 2 mart 1429 və 10 oktyabr 1430-cu il fəlakətləri).
İntibah dövründə Akva alta barəsində şahidnamələrin sayı artır, bu da, çox güman ki, baş verən təbiət fenomenin daha intensiv xarakterli olması ilə əlaqəli idi. Belə ki, həmin dövrün müvafiq sənədlərində Akva alta 29 may 1511-ci ildə, 1517-ci ildə, 16 oktyabr 1521-ci ildə, 1535-ci ilin 3 oktyabr və təkrarən 20 dekabr tarixlərində qeyd edilmişdir. Yerli salnamələr həmçinin 1543-cü ildə, 21 noyabr 1550-ci ildə, 12 oktyabr 1559-cu ildə və 1599-cu ildə baş vermiş daşqınlara şahidlik edir.
1600-cü il öncəki dövrlərdən fərqli olaraq, daşqın hadisələrinin yüksək tezliyi ilə səciyyələnirdi (bir il ərzində daşqınlar düz üç dəfə — 8, 18 və 19 dekabr tarixlərində baş vermişdir). 19 dekabr hadisəsi digərlərinə nisbətən daha diqqətəlayiq idi, çünki şəhər arxivlərində günümüzədək qorunub saxlanılmış əsərlərdə fondamento səkilərini dağıdaraq, Lido-Maccore, Tre-Porti, Malamokko, Çiozza şəhərlərində böyük sayda insan itkilərinə səbəb olmuş güclü dəniz fırtınaları haqqında çoxlu sayda qeydlər aşkar olunmuşdur.
Venesiyada silinməz iz qoymuş daha bir hadisə 5 noyabr 1686-cı ildə baş vermişdir; belə ki, bu faciəvi hadisə barəsində o dövrün məşhur yazarları tərəfindən, özündə dəqiq göstəriciləri və, hər şeydən əvvəl, etibarlı məlumatları ehtiva edən sənədlər yazılmışdır. Bu sənədlərdə xüsusi olaraq o dövrün ən istedadlı memarlarından olmuş Yakopo Sansovinonun müəllif olduğu füsünkar locetta binasına diqqət yetirilmişdir (suyun səviyyəsi, həmin gün Locettanın yuxarı mərtəbəsinə kimi yüksəlmişdir).[36] Daşqınların uzun illər təsiri nəticəsində öz dayanıqlıq funksiyasını itirmiş Müqəddəs Mark kafedralının nəhəng kampanilası, nəhayət 1902-ci ildə qəflətən meydanın ətrafındakı binaların üzərinə çökmüş və Locettanın bir hissəsini ciddi şəkildə zədələmişdir.[37] Bunun ardından dərhal başlanılmış yenidənqurma və restavrasiya işləri nəticəsində, alimlər Locetta və keçmiş kampanilanın fundamentlərini təhlil edərək, Akva alta səbəbindən həmin ərazidə torpaq qatının neçə santimetr endiyini təyin edə bilmişdilər. Bundan başqa, keçirilmiş detallı analizlər nəticəsində, müasir ekvivalentlə müqayisə olunaraq, suyun şəhər daxilində səviyyəsinin rekord +254 santimetrə bərabər olduğu da müəyyən olunmuşdur.
XVIII əsrdə daşqınlar öz hündürlüyü ilə o qədər də maraq doğurmasa da, alimlərin sayəsində, onlar daha ətraflı və dəqiq tarixlərin göstərilməsi ilə təsvir edilmişdilər (21 dekabr 1727-ci il, 31 dekabr 1728-ci il, 7 oktyabr 1729-cu il, 5 və 28 noyabr 1742-ci il, 31 oktyabr 1746-cı il, 4 noyabr 1748-ci il, 31 oktyabr 1749-cu il, 9 oktyabr 1750-ci il, 24 dekabr 1792-ci il, 25 dekabr 1794-cü il, 5 dekabr 1839-cu il, 15 yanvar 1848-ci il və 15 yanvar 1867-ci il).
Akva alta (ⓘ – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir.
4 noyabr 1966-cı ildə eyni anda baş vermiş müxtəlif anomaliyaların (bol yağışlardan çayların məcrasından çıxması və cənubdan əsən güclü sirokko küləkləri) birləşməsi səbəbindən formalaşan "Akva qranda" (it. Acqua Granda — böyük su), öz miqyasına görə XX əsrdə görülməmiş metereoloji hadisə idi; həmin gün Venesiyanı öz ağuşuna almış misilsiz qabarmaların hündürlüyü 194 sm-ə bərabər idi.[38][39][40]
Venesiya qədim dövrlərdən bəri Akva alta fenomeni ilə həmahəng yaşamasına, eləcə də özünün çoxşaxəli və gəliz kanalları ilə məşhur olmasına baxmayaraq, 1966-cı ilin faciəvi daşqını, hər il təkrarlanan təbiət fenomeninə mükəmməl şəkildə adaptasiya olmuş şəhər üçün inanılmaz zərbə vurmuşdur; daşqınlar, sakinlərin bir çoxunu evsiz qoymuş və təkcə kommersiya və turizm obyektləri ilə kifayətlənməyərək, hər şeydən öncə Venesiyanın bədii və mədəni irsinə təxminən 6 milyard lira məbləğində zərər vermişdir.[41] Binaların birinci mərtəbələrində və ya zirzəmilərində saxlanılan bir çox sənət əsəri məhv edilmişdir. Akva qranda məhz bu səbəbdən Venesiyanın müasir tarixində ən qorxunc qabarma hadisəsi kimi insanların yaddaşına həkk olunmuşdur. Tənəzzülə uğramış Venesiya uzun müddət xarabalıqlar içərisində məhv olmağa doğru addımlayırdı və bunu anlayan İtaliya hökuməti, şəhərin özünəməxsus gözəlliyinin təcili mühafizəsi və gələcək nəsillərə bu unikallğın ötürülməsi uğrunda təşəbbüs irəli sürərək, bu istiqamətdə genişmiqyaslı bərpa və rekonstruksiya işlərinə başlamışdır.[42]
Müqəddəs Mark meydanı şəhərin ən aşağı nöqtəsi hesab olunduğundan, Dojlar sarayı və onun ətrafındakı digər tikililər yarım metrlik su qatının altında qalmışdır. Üç gün ardıcıl olaraq Venesiyaya leysan yağış yağırdı və sakinlər bir neçə gün evlərindən bayıra çıxa bilmirdilər. Güclü qasırğanın həmçinin İtaliyanın şimal (Trento) və mərkəzi (xüsusilə Florensiya və Siyena) bölgələrində müşahidə olunmasına baxmayaraq, məhz Venesiya faciyənin episentrinə çevrilmiş və şəhər-laqun bir neçə həftə qitədən tamamilə təcrid olunmuşdur.[43]
Yanğın təhlükəsizliyi xidməti də daxil olmaqla, şəhərdə fəaliyyət göstərən xidmət instansiyalarına məxsus qayıqlar, qeyri-adi yüksək suya görə körpülərin altından kanallar boyunca hərəkət etməkdə ciddi çətinlik çəkirdilər. Bəzi rayonlarda elektrik enerjisinin kəsilməsi altı günə qədər davam edirdi. Kommunal xidmətlərə gəldikdə isə, onların bərpa işləri 10 günədək uzanmışdır.[44]
Həmin gün şəhər sakinlərinin əsas nəqliyyat vasitəsi hesab edilən qondolaların əksəriyyəti yararsız vəziyyətə düşmüş, 75 faizdən çox müəssisə, mağaza və emalatxanaya zərər dəymişdir. Lido limanının girişində yerləşən Sant'Erasmo adası həmin gün 4 metrlik dalğaların altında yox olmuş, Lidonun özündə isə, dəniz fırtınaları balıqçı komalarını və çimərlik hamamlarını yerlə yeksan etmişdir. Pellestrini sakinləri həyatlarını xilas etmək üçün tələsik qayıqlarla Mestreyə qaçmışdılar. Muranoda isə, dünyaca məşhur şüşə zavodları demək olar ki, tamamilə dağılmışdır.[45]
Məşhur italyan jurnalisti və yazıçısı Sandro Mekkoli bu faciə haqqında həmin gün bunları söyləmişdir:
Dağılmış səkilər. Çürüyən kilsələr, saraylar və mənzillər. Xarabalıqlar içərisində böyük bədii miras. Venesiyalıların əsrlər boyunca ən qiymətli dəyər kimi, olduqca mühafizəkar qanunlarla qoruyub saxladıqları laqunun hidravlik balansı məhv olmuşdur.[46] |
Aşağıdakı cədvəldə Venesiya bələdiyyəsinin Qabarma və Çəkilmələrin Monitorinqi Mərkəzi tərəfindən toplanılmış bütün məlumatlar təqdim edilmişdir. Qabarmalar illərinə görə ən yüksək həddən ən aşağı göstəriciyə qədər sıralanmışdır:
Qabarmanın hündürlüyü | Qeydə alınmış tarix | |||
---|---|---|---|---|
+194 cm | 4 noyabr 1966 | |||
+187 cm | 12 noyabr 2019[47] | |||
+166 cm | 22 dekabr 1979 | |||
+158 cm | 1 fevral 1986 | |||
+156 cm | 1 dekabr 2008 | |||
+156 cm | 29 oktyabr 2018[48] | |||
+154 cm | 15 noyabr 2019[49] | |||
+151 cm | 12 noyabr 1951 | |||
+150 cm | 17 noyabr 2018[50] | |||
+149 cm | 11 noyabr 2012[51] | |||
+148 cm | 29 oktyabr 2018[52] | |||
+147 cm | 16 aprel 1936 | |||
+147 cm | 16 noyabr 2002 | |||
+145 cm | 15 oktyabr 1960[53] | |||
+145 cm | 25 dekabr 2009[54] | |||
+144 cm | 3 noyabr 1968 | |||
+144 cm | 6 noyabr 2000 | |||
+144 cm | 23 dekabr 2008[55] | |||
+144 cm | 24 dekabr 2010[56] | |||
+144 cm | 13 noyabr 2018[57] | |||
+143 cm | 1 noyabr 2012[58] | |||
+143 cm | 11 fevral 2013[59] | |||
+143 cm | 23 dekabr 2018[60] | |||
+142 cm | 8 dekabr 1992 | |||
+140 cm | 17 fevral 1979 | |||