Alaş partiyası

Alaş Partiyası — Qazaxların partiyası.

Alaş Partiyası
Loqonun şəkli
Sədri Əlixan Bukeyxanov
Qurucu
Quruluş tarixi 28 iyul 1917
Dağılma tarixi 1920
Baş qərargah
İdeologiya liberalizm, milli liberalizm, Qazax milliyətçiliyi, antikommunizm

Alaş[a] XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi.

Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci[1] ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi.[2]

Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi. Stolipinin köç kampaniyası ilk etapda Rus kəndlilərinin yenidən yerləşmələrinə yönəlikdi, torpaqlarına sadəcə keçici olaraq sahib olan qazaxlara ərazi təhsis etməyi planlamamışdı. Qazaxların torpaqları dövlətin gəliri-çıxarı üçün qəsb edilə bilər və də miri torpaq elan edilə bilərdi. Yerləşməyə qərar vermiş olan qazaxlara köçmən Rus kəndlərinə olduğu kimi 10 ilə 15 desyatinlik[3] ərazi bağışlanacaqdı. Oturaq qazaxların, köçəri vəziyyətlərini tərk etmə şərti ilə onları digər Rus kəndliləri ilə eyni vəziyyətdə yazdırmalarına izin verilmişdi. Bu ikinci mərtəbə hər şeydən ötə, qazaxların ruslar ilə birlikdə təkrar yerləşmələrini gərəkdirmiş, bu durumda aralarında bir yaxınlık doğmuş bu da qazaxların Ortodoks xristianlığa dönmələrini asanlaşdırmışdı. Kəndli olaraq qeyd olunma Rus ordusunda məcburi xidməti də əhatə etməkdə idi.[4]

Torpaqlara əl qoyulması Qazax otlaqlarının sayının olduqca düşməsinə səbəb olmuş və köçərilərin əsas zənginlik qaynağı olan mal-qara sayında bəlli bir azalma olmuş, bu durum isə qazaxların yaşam standardında ciddi bir düşüşə səbəb olmuşdur. Bu şərtlər altında Qazax ailələri qonşu ölkələrə (Çin) köçə məcbur edilmiş və ya mal-qaralarını uzaq əyalətlərdə otarmaq zorunda qalmışdılar. Nəticə olaraq həm toplumun fəqir kəsimi (jatak), həm də Qazax kəndliləri (başlıca şimal əyalətlərdəkilər) sayca artmışdır. Nə var ki, bu yüzilin başında Qazax əhalisinin böyük çoxluğu köçəri yaşam tərzlərinə sadiq qalmışdılar. Bu durum sadəcə yerləşmək üçün əkinçilik təcrübələrinin olmamasından və ya psixoloji olaraq hazır olmamalarından dolayı deyil eyni zamanda çar hökuməti tərəfindən yüklənən oturaq həyata keçiş şərtlərindən də qaynaqlanmaqdadır.

1905-ci il Rus inqilabı və Çar II Nikolay tərəfindən nəşr olunan bildiriş demokratik azadlıq, hürriyyət elan edir və populyar təşkilat təmsilçiliyi üçün bir toplantı vəd edirdi-Duma Rusiya imperiyasında müxalif liberal və milliətçi hərəkatların doğrudan doğruya itici gücü idi. Qazax harəkatı Rus universitetləri və institutlarından məzun olmuş yüksək təhsilli liderlər tərəfindən təmsil edilməkdəydi: Əlixan Bukeyxanov (1866–1937), Əhməd Baytursınov (1873–1937), Miryaqub Dulatov (1885–1937), Mustafa Çokay (1890–1941), Muhammədcan Tınışbayev (1879–1937), Baxtcan Karatay (1860–1934), Canşa Dostməhəmməd (1887-), Xəlil Dostməhəmməd (1883–1939), Yakup Akpa (1876–1934), Alim xan Ərmək (1891–1970), Muxtar Avezov (1897–1961), Mahmut Sultan Toraygirey (1893–1920), Mağcan Cumabay (1893–1937) və digərləri.

  1. Alaş kəliməsinin kökü əskidir. Orta Asiyadakı köçəri türklər arasında ənənəvi savaş nərəsi anlamına gəlməkdədir. Şifahi şəcərəyə görə Alaşın altı övladı, qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, başqırdlarqaraqalpaqlardır. Bütün bu xalqlar ortaq bir həyat tərzi, din, dillər və adətlər paylaşırlar.
  1. Qazax torpaqlarının Rusiyaya ilhaqı 1864-cü ildə tamamlanmışdır.
  2. Materialy po politchəskogo stroia Qazaxstana, vol. 1 (So vremeni prisoedineniia Qazaxstana k Rossii do Velikoi Oktiabrskoi Sotsialisticheskoi revoliutsii), ed. M. G. Masevich, 1960, p. 337.
  3. Torpaq ölçüsü= 2. 7 hektar.
  4. RQIA (Rus DÖvləti Tarix Arxivi), f. 391, op. 4, d. 1663, II. 1–3, 18–19.