Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur.
İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur.
1819-cu il Ştat Konstitusiyası ela edir :
Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir.[1]
İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu.[1] 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı.[2]
Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır. 2000-ci il əhalinin siyahıyaalma məlumatına əsasən Alabamanın tam orta məktəb məzuniyyət səviyyəsi 75%-dir və ölkədə Missisipidən sonra ən aşağı ikinci yerdə dayanır.[3] Ən böyük təhsil gəliri dərəcəsiz kollec təhsili alan şəxslər tərəfindən əldə edilir.[4] Bu göstərici 2010-2011-ci tədris ili üçün 72%-dək azalıb, amma həmin il ən azı 8 ştat Alabamadan aşağı göstəriciyə malik idi.[5]
Savadlılıq haqqında narahatlıqlar var. 2008-2009-cu tədris ilində ştatdakı 367 tam orta məktəbin 130-unun 11-ci sinif şagirdləri oxumaq qabiliyyətinə görə uğursuz oldular və ya "sərhəddə" olaraq sinifləndirildilər. Alabamanın məktəb sistemlərinin 60%-ində oxuya bilməyən və ya sərhəd olan ən azı bir məktəb var idi.[6]
Ştat uşaq bağcası dərəcəsindən 12-ci sinifə qədər təhsil verir. Körpələr evi proqramı yaradılıb. Bu proqram 2007, 2008, 2009 və 2010-cu illərdə ən yüksək keyfiyyət standartlarına malik olması ilə tanınmış, Şimali Karolina ilə birlikdə birinci yeri bölüşmüşdür.[7] Ştat tərəfindən maliyyələşdirilən körpələr evi proqramları ilə yanaşı ştatdakı bəzi ictimai məktəblər yerli və federal fondlardan istifadə edərək körpələr evi təşkil etmişdir. Dövlət tərəfindən maliyyələşdirilən körpələr evi proqramının büdcəsi 18,376,806 $-dır.[8][9] Hal-hazırda ştatdakı dörd yaşlıların 7 %-i İlk Sinif proqramında iştirak edirlər.
Alabamanın ali təhsil proqramlarına 14 dörd illik ictimai universitet, bir çox iki illik ictimai kollec və 17 özəl bakalavr və magistr səviyyəli universitetdən təşkil olunmuşdur. Alabamada ictimai, ali təhsilə Alabama Ali Təhsil Komissiyası tərəfindən nəzarət olunur. Alabamadakı kollec və universitetlərində iki illik subbakalavr dərəcəsindən 16 doktorantura dərəcəsinə qədər proqramlar təklif olunur.[10]
Tədris proqramlarının akkreditasiyası Məktəblər və Kolleclərin Cənub Assosiasiyası, həmçinin milli və beynəlxalq akkreditasiyası agentlikləri tərəfindən həyata keçirilir.[11]
Alabamada çarter məktəb yoxdur. Qubernator Bob Rayli (R) Alabama qanunuvericiliyinə çarter məktəblərlə əlaqədar təklif etmiş, lakin təklif 2010-cu il fevral ayının ortalarında Palata və Senat komitələrində rədd edildi. Çarter məktəblərlə əlaqədar təklif Demokratlar, şəhər və qraflıq məktəb sistemləri və Alabama Təhsil Assosiasiyası tərəfindən şiddətlə tənqid olundu.[12]