Cefferson dairəsi (ing. Jefferson County) — ABŞ-nin Alabama ştatının əhalinin ən sıx məskunlaşdığı dairə, ştatın mərkəzi hissəsində yerləşir. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 674,721 nəfərdir.[1] Qraflıq mərkəzi Birminqem şəhəridir.[2] Dairənin polad və çuqun istehsalına əsaslanan ağır sənayesinin XX əsrdə inkişafı onu ştatın qabaqcıl bölgəsinə çevirdi. Cefferson dairəsi Birminqem-Huver.metropoliten ərazisinin mərkəzi dairəsidir.
Cefferson qraflığı (Alabama) | |
---|---|
Jefferson County | |
Birminqemdə yerləşən Cefferson dairəsinin məhkəmə binası | |
ABŞ-ın Alabama ştatında yeri | |
Alabama ştatının ABŞ-da yeri | |
Əsası qoyulub | 13 dekabr 1819 |
Şərəfinə | Tomas Cefferson |
Mərkəzi | Birminqem |
Ən böyük şəhəri | Birminqem |
Ərazisi | |
• Ümumi | 1,124 kv. mil (2,911 km2) |
• Quru | 1,111 kv. mil (2,877 km2) |
• Su | 13 kv. mil (34 km2), 1,1% |
Əhali (təx.) | |
• (2018) | 659,300 |
• Sıxlıq | 595/kv. mil (229.7/km2) |
Konqres dairəsi | 6-cı, 7-ci |
Saat qurşağı | Mərkəzi: UTC-6/-5 |
Veb sayt | jeffconline.jccal.org |
Qeydlər:
|
2011-ci ildə Cefferson dairəsi 4,2 milyard dollar borcu olduğunu açıqladı və müflis olduğunu elan etdi. Maliyyə problemləri nəhəng kanalizasiya layihəsinin xərcləri ilə bağlı idi. Dairədə altı vəzifəli şəxsə qarşı korrupsiya ittihamı irəli sürüldü. Həmin dövrdə hadisə 9-cu fəsil (bələdiyyə müflisliyi) növünə aid ən böyük müflislik idi, 2013-cü ildə Detroyt şəhəri (Miçiqan ştatı) bu göstəriciyə görə Ceffersonu keçdi. Cefferson dairəsi 2013-cü ilin dekabrında ABŞ-nin Alabama ştatının Şimal Dairəsinin iflas məhkəməsi tərəfindən 1,4 milyard dollardan çox borcun silinməsi ilə bağlı iflas planının təsdiqindən sonra iflasdan çıxdı.