Alajen (mif)

Alajen (tal. Olajen)Talış mifologiyasında iri döşlü, saçı önə tökülmüş qadın personajı.[1]Alajen cəmiyyət tərəfindən rədd edilən və zərər verə bilən qadındır. Zərdüştlükdən sonra İslamın gəlişi personajın xüsusiyyətlərinə və xarakterinə birbaşa təsir göstərmiş və daha çox "qadın cin" kimi məşhurlaşdırmağa başlamışdır.[2]Ümumilikdə ədəbiyyatda və əfsanələrdə, Alajen xüsusilə yeni doğuş edən qadınlara, doğuşdan sonrakı ilk altı gün ərzində onları təqib edərək, özlərinə və dünyaya gətirdiyi uşaqlara zərər vurmağa çalışan təhlükləli qadın hesab olunur.[3] Məşhur rus etnoqraf Çursin Qriqori Filipoviç öz əsərlərində Alajendən bəhs edib və onun haqqında araşdırmalar edib.

Mifoloji təsvir

[redaktə | mənbəni redaktə et]

Talış mifologiyasında Alajen vəhşi, iri bədənlidir. Uzun qara və qırmızı rəngdə saçı var və çox vaxt önə tökülmüş formadadır. İri gözləri və iri döşləri var. İri döşlərini öndən arxaya doğru çiyinlərinə atıb gəzir.[4] Alajen doğuş zamanı bir qadına zərər verə onu qorxuda bilər və ya vura, döyə bilər. Eyni zamanda yeni doğulmuş uşağa zərər verə, onu qaçıra və ya öldürə də bilər. O, çayda üzməyi, atları hiddətlə sürməyi, sahibi olan atları azdırıb yallarını düyünlərə bağlamağı sevir.[4] Onu qorxutmaq və ya uzaqlaşdırmaq üçün yastığın altında küt, iti dəmir alətlərdən, iti bıçaqdan və ya mifologiyada talışların Alajen üçün xüsusi hazırladıqları alajeni çiq adlı alətdən istifadə edilir. Bəzi mənbələrdə bu alət Alajenin öz topuq sümüyündən hazırlanmış küt alətdir. Əfsanələrə görə Alajen dəmirdən çox qorxur. Həmçinin yastıq altına qoyulmuş dıvon (azərb. dualar‎), da onun zərərsizləşdirilməsində köməkçidir.[4] Rus etnoqraf Çursin Filipoviç bir əfsanəyə istinad edərək yazır ki, Alajenin həm də tutula biləcəyinə inanılır. Yaxalanmış bir Alajenin paltarına polad iynə taxmaq kifayətdir ki, o, onu tutan şəxsin köləsinə çevrilsin.

Alajenin əri Biabanqulidir. Biabanquli qarağac kimi uzun, gamış kimi hər yeri tüklü təsvir edilir. O da öz növbəsində xüsusən uşaqlar üçün təhlükləlidir.[5]

  1. Мамедов, Азер. РЕЛИГИОЗНО МИФОЛОГИЧЕСКИЕ ЭЛЕМЕНТЫ ТАЛЫШСКОГО ЭТНИЧЕСКОГО СОЗНАНИЯ (rus). cyberleninka.ru.
  2. Мамедов, Азер. Зороастризм и этнокультурные традиции талышского народа (rus).
  3. Мамедов А.А. "Формирование талышского народного поэтического творчества" (rus). (#cite_web_url)
  4. 1 2 3 Arakelova, Victoria. "Религия и народные верования талышей" (rus). (#archive_missing_date) tarixində arxivləşdirilib.
  5. "Г.Ф.Чурсин" (rus). 29.06.2020. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.03.2022.