"Alaniya" Milli Parkı — Şimali Osetiyanın cənub-qərb hissəsində milli park. Milli park 18 fevral 1998-ci ildə unikal təbiət komplekslərini qorumaq məqsədi ilə yaradılmışdır[1]. Alaniya milli parkı həmçinin ekoloji, təhsil, elmi və mədəni məqsədlər üçün nəzərdə tutulmuşdur. Milli park Rusiya Təbii Sərvətlər Nazirliyi tərəfindən idarə olunur.
Alaniya Milli Parkı | |
---|---|
rus. Национальный парк «Алания» | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 549,26 ha |
Yaradılma tarixi | 18 fevral 1998 |
Yerləşməsi | |
42°54′00″ şm. e. 43°44′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yaxın şəhər | Vladiqafqaz |
npalania.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Mərkəzi Qafqazın şimal yamaclarında yerləşir. Milli park ərazisi hər tərəfdən yüksək dağ silsilələri ilə əhatələnib. Milli park ərazisinə yeganə yol Urux çay vadisi boyuncadır. Yol üzərində unikal Axsinta kanyonu var. Parkın yerləşdiyi ərazi yüksək dağlıq zona hesab olunur. Ərazinin minimal hündürlüyü 1350 metrdir. Maksimal yüksəklik isə 4646 metrdir (Uilpata dağı). Parkın şimal sərhəddi Masuta kəndindən başlayır. Sonqutidon çayı boyu keçir, Dunta kəndinə kimi davam edir. Qərbə doğru uazanaraq Gürcüstan sərhəddinə kimi çatır. Sonra Gürcüstanla sərhəd boyunca qərbə, Şimali Osetiya-Alaniyanın Kabardin-Balkar Respublikası ilə sərhədinə, Bilagidon çayının yuxarı axınına qədər uzanır. Axsau kəndi yaxınlığından Urux çayına düşür. Daha sonra Urux çayının sağ sahili boyunca şimala Matsuta kəndi yaxınlığındakı başlanğıc nöqtəsinə qədər gəlir.[2]
Milli parkın faunası təbii landşaftların müxtəlifliyinə görə çox zəngindir. Burada məməlilərin 34 növü qeyd olunur ki, onlardan ən maraqlısı yüksək dağlıq ərazilərdə yaşayan — Dağıstan dağ keçisi və qarapaçadır. Qarışıq meşələrdə cüyür və qonur ayıya da rast gəlinir.
Şam meşələrində 20-ci əsrin 50-ci illərində iqlimə uyğunlaşan Altay adi sincabına rast gəlinir.
Parkda 134 quş növü var ki, onlardan 39-u oturaq, 27-si köçəri, 5-i köçərək qışlamağa gəlir, 42-si (və oturaq 81 növlə birlikdə) yuvalayan quş növüdür[3].
Müxtəlif torpaq örtüyünə malik relyef formalarının müxtəlifliyi bu ərazidə müxtəlif bitki birliklərinin formalaşmasına şərait yaradır ki, bu da floranın zənginliyinə (1000-dən çox bitki növü) təsir göstərir. Parkın 60% -i meşə örtüyü ilə xarakterizə olunur. Şam, boz qızılağac və Litvinov ağcaqayından ibarət meşələr 1900–2200 metr yüksəklikdə yerləşir.[4]