Dağıstan dağ keçisi (lat. Capra cylindricornis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Dağıstan dağ keçisi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dağıstan dağ keçisi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Dağıstan dağ keçisi Baş Qafqazda endemik növdür. Bu heyvanlar yüksək dağlıq şəraitə yaxşı uyğunlaşmışdır. Dağıstan dağ keçiləri dəniz səviyyəsindən 2000-dən 4200 metrə yüksəklikdə Şərqı Qafqazda yayılmışdır. Dağıstan dağ keçiləri əsasən sürü şəklində yaşayırlar. Bəzi erkək fərdlərlər isə tək yaşayır. Bu keçilərin eşitmə, görmə və iy duyma hisləri çox gözəl inkişaf etmişdir. Onlar qışın əvvəllərində cütləşirlər. Dişi fərdlərin hamiləlik dövrü 150-160 gün sürür. Doğumdan əvvəl ana keçilər sürüdən ayrılıb vəhşi heyvanların çata bilməyəcəyi yerlərdə bir, bəzi hallarda iki bala doğur. Dişi keçilər balalara çox həssadırlar. Bəzi hallarda başqasının balasını da südlə yemləyirlər.