Alay Bəhramov

Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02[1] mövsümunun bombardiri.

Alay Bəhramov
Ümumi məlumatlar
Doğum tarixi 11 dekabr 1966(1966-12-11) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1.75

Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur.[2]

Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur.[3]

1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur.

2001-ci ilin yayında "Şəmkir" klubuna keçir. "Şəmkir"də bir mövsüm oynayaraq 23 oyunda meydana çıxır və 15 qol vuraraq Azərbaycan çempionatının 2001–02 mövsümunun bombardiri olur.[4]

  1. Ölkə futbolunda yarananan qalmaqala görə çempionat yarımçıq dayandırılır. Bu hadisələrə görə bombardir olaraq Kənan Kərimov və Dmitri Kudinov qəbul edilir.
  2. Peşəkar Futbol Liqası. "Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?" (az.). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  3. "Бахрамов Алай" (rus). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  4. PFL. "Bombardirlər" (az.). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.