Fərid Quliyev (futbolçu)

Fərid Ruslan oğlu Quliyev ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan futbolçusu.

Fərid Quliyev
Ümumi məlumatlar
Tam adı Fərid Ruslan oğlu Quliyev
Doğum tarixi (38 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 1.83 m (6 ft 0 düym)
Çəkisi 70 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Sumqayıt
Nömrəsi 86
Karyerası
Klub karyerası[* 1]
2003—2005 Azərbaycan Dinamo Bakı 6 (0)
2005—2006 Azərbaycan Qarabağ 7 (1)
2006—2008 Azərbaycan Bakı 26 (2)
2008  Azərbaycan Muğan Salyan 13 (4)
2009—2010 Azərbaycan Standard Sumqayıt 38 (19)
2010—2012 Azərbaycan Neftçi Bakı 26 (3)
2012—h.h. Azərbaycan Sumqayıt 0 (0)
Milli yığma[* 2]
2010—h.h. Azərbaycan Azərbaycan 7 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2011/2012 mövsümünün sonu tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 13 iyul 2011 tarixində redaktə olunub.

Fərid Quliyev gənc olsa da, artıq müəyyən özünəməxsus göstəricilər qazanıb. Çempionlar Liqasında qol vuran ən gənc azərbaycanlı futbolçudur. "Bakı" 2006-ci ildə Çempionlar Liqasının birinci mərhələsində mübarizəyə qoşularkən, o da bu komandanın üzvlərindən biriydi. Gürcüstanda "Sioni"yə uduzulan matçda (0:2) forma geyinməsə də, cavab görüşündə 45 dəqiqə meydanda oldu. Fasilədə Georgi Meqreladzeni əvəzləyən Fərid sona 15 dəqiqə qalmış adını tabloya yazdırdı. Başla vurduğu qol UEFA-nın rəsmi saytında da öz yerini tapdı. O, ilk mərhələnin ən gözəl qollarından birinə imza atmışdı. Gəncin təkbaşına fədakarlığı "Bakı"nın "Sioni" səddini keçməsinə çatmasa da, hər halda klub ÇL-də ilk qələbəsini qazandı. Oyunu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn azarkeşlərdən biri Rəşad Kərimov isə 18 min dollar uddu. "Bakı"nın udmasına əmin olub, bukmeyker kontoruna pul qoyduğu üçün. Milli çempionatlar tarixində vurulan ən erkən qol da Fəridin aktivindədir. "Standard"ın heyətində "Turan"ın qapısından 28-ci saniyədə ilk topu keçirib. Camal Məmmədovun ideal ötürməsini bir toxunuşla tora qovuşduran hücumçu bu görüşdə dubl etməklə yanaşı, 1 qolun da pasını verdi. Yola saldığımız çempionatda 7 dəfə rəqib qapıçılarını məyus edən forvard 4 qolu "Muğan"da, qalanlarını "Standard"da vurub. Legioner limiti götürüləndən sonra meydan gəlmələrə qalsa da, Quliyev əksər yerli futbolçular kimi gözdən itmədi. Bombardirlər siyahısı legionerlərin "oylağına çevrilib", bununla belə, Olimpiya yığmamızın keçmiş üzvü onların içərisində özünə yer edə bilib.