Azərbaycan Premyer Liqasının bombardirlər siyahısı

Bu, hər mövsüm üzrə Azərbaycan Premyer Liqasının bombardirlər siyahısıdır. İlk milli çempionat 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu ada "Xəzər Sumqayıt" klubunun oyunçusu Nazim Əliyev layiq görülmüşdür. O, həmçinin bu adı ən çox, (3 dəfə) qazanan yeganə oyunçudur və bu günə qədər bir mövsüm ərzində Azərbaycan çempionatında ən çox qol vurmuş (39 qol) futbolçu sayılır.

Çempionat tarixində yalnız 1 mövsüm 2 futbolçu eyni anda bombardir adını qazanmışdır. Belə ki, 1995/96 mövsümündə "Kəpəz"in iki futbolçusu - Rövşən Əhmədov və Fazil Pərvərov 23 qol vurub, lakin daha az oyun keçirmiş Fazil Pərvərov bu adda birinciliyi əldə etmişdir.

Mövsümlər üzrə bombardirlər[redaktə | mənbəni redaktə et]

2004/05 mövsümünün bombardiri "Xəzər Lənkəran"ın oyunçusu Zaur Ramazanov olmuşdur.
Mövsüm Bombardir Qol sayı Klub
1992 Azərbaycan Nazim Əliyev 39 Xəzər Sumqayıt
1993 Azərbaycan Samir Ələkbərov 16 Neftçi
1993-94 Azərbaycan Musa Qurbanov 35 Turan Tovuz İK
1994-95 Azərbaycan Nazim Əliyev 26 Neftçi
1995-96 Azərbaycan Fazil Pərvərov / Rövşən Əhmədov 23 / 23 Kəpəz PFK
1996-97 Azərbaycan Qurban Qurbanov 34 Neftçi
1997-98 Azərbaycan Nazim Əliyev 23 Bakı FK
1998-99 Azərbaycan Alay Bəhramov 24 Viləş Masallı FK
1999-00 Gürcüstan Badri Kvaratsxeliya 16 Şəmkir FK
2000-01 Azərbaycan Paşa Əliyevn
12 Bakılı Bakı
2001-02 Azərbaycan Alay Bəhramov 15 Şəmkir FK
2002-03 Çempionatı təşkil edilməmişdir.
2003-04 Azərbaycan Samir Musayev 20 Qarabağ
2004-05 Azərbaycan Zaur Ramazanov 21 Karvan İK
2005-06 Kot-d'İvuar Yakuba Bamba 16 Karvan İK
2006-07 Azərbaycan Zaur Ramazanov 20 Xəzər-Lənkəran FK
2007-08 Azərbaycan Xəqani Məmmədov 19 Qarabağ
2008-09 Uruqvay Valter Quqlemon 17 İnter Bakı PİK
2009-10 Azərbaycan Fərid Quliyev 16 Standard Sumqayıt FK
2010-11 Gürcüstan Giorgi Adamiya 18 Qarabağ
2011-12 Özbəkistan Bahodir Nasimov 16 Neftçi
2012-13 Çili Nikolas Kanales 26 Neftçi
2013-14 Braziliya Reynaldo dos Santos Silva 22 Qarabağ
2014-15 Azərbaycan Nurlan Novruzov 15 Bakı FK
2015-16 Braziliya Dani Kintana 15 Qarabağ
2016-17 Azərbaycan Rauf Əliyev / Xorvatiya Filip Ozobiç 11 İnter Bakı PİK / Qəbələ FK
2017-18 Fransa Baqali Dabo 13 Qəbələ FK

Milliyyətə görə[redaktə | mənbəni redaktə et]

Milliyyət Qalib sayı
 Azərbaycan 17
 Gürcüstan 2
 Braziliya 2
 Çili 1
 Fransa 1
 Uruqvay 1
 Özbəkistan 1
 Xorvatiya 1
 Kot-d'İvuar 1