Albaniya Əmək Partiyası[2] (AƏP; alb. Partia e Punës e Shqipërisë, PPSh), həmçinin Albaniya Kommunist Partiyası[3] (AKP; alb. Partia Komuniste e Shqipërisë, PKSh) — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. 8 noyabr 1941-ci ildə təsis edilmişdir. Partiya 13 iyun 1991-ci ildə ləğv edilmiş və onun yerinə Albaniya Sosialist Partiyası yaradılmışdır. Mövcud olduğu müddətdə partiyada onun birinci katibi, həm də Albaniyanın faktiki lideri olan Ənvər Xoca dominantlıq etmişdir.[4]
Sədri |
|
---|---|
Quruluş tarixi | 8 noyabr 1941 |
Dağılma tarixi | 13 iyun 1991[1] |
Baş qərargah | Tirana |
İdeologiya | |
İdeoloji spektr | İfrat solçuluq |
Gənclər təşkilatı | Albaniya Əməkçi Gənclər İttifaqı |
Üzv sayı | 147,000 (1986) |
Mətbuat orqanı | Zeri i popullit |
Vikianbarda əlaqəli mediafayllar |
Albaniya Əmək Partiyası 8 noyabr 1941-ci ildə Tirana şəhərində, İtaliya işğalı şəraitində yaradılmışdır. AƏP alban xalqının faşist işğalçılarına qarşı mübarizəsinə, ölkədə kommunist rejiminin yaradılmasına başçılıq etmişdir. Albaniya azad edildikdən sonra hakim partiyaya çevrilmişdir. AƏP bu zaman Albaniyada əsaslı ictimai-iqtisadi islahatlar keçirmək üçün zəhmətkeş kütlələri səfərbərliyə almış, sosializm quruculuğunu elan etmişdir. AƏP-nin 1948-ci ildə keçirilən 1-ci qurultayında partiyanın Nizamnaməsi təsdiq olunmuş və Albaniya Kommunist Partiyasının adını dəyişdirərək Albaniya Əmək Partiyası adlandırmaq qərara alınmışdır. AƏP nümayəndə heyəti kommunist və fəhlə partiyaları nümayəndələrinin 1957-ci və 1960-cı illər Moskva müşavirələrində iştirak etmiş, müşavirələrin sənədlərini imzalamışdır.[5] Buna baxmayaraq, 1960-cı ildən sonra AƏP-nin rəhbərliyi SSRİ ilə yaxınlıqdan imtina etmişdir və Çinə yaxınlaşmaq qərarı almışdır.[6][7]
Albaniya Əmək Partiyasının ali orqanı qurultay olmuşdur. Qurultay Mərkəzi Komitəni, Mərkəzi Nəzarət və Tədtiş komissiyalarını, Mərkəzi Komitə isə Siyasi Büronu seçirdi. AƏP-nin birinci katibi partiyanın mövcud olduğu illərində əksəriyyətində Ənvər Xoca olmuşdur.[5]
Albaniya Əmək Partiyasının 1975-ci ildə təqribən 100 mindən çox üzv və üzvlüyə namizədi vardı. Partiyanın mətbuat orqanları "Zeri i popullit" qəzeti və "Ruqa e partis" nəzəri jurnalı olmuşdur.