Alberto Cakometti

Alberto Cakometti (10 oktyabr 1901[2][3][…], Borqonovo[d], Qraubünden kantonu[4][5]11 avqust 1966[6][7][…], Kur[d][4][5]) — İsveçrə heykəltaraşı, boyakar və qrafik.[8]

Alberto Cakometti
ing. Alberto Giacometti
Alberto Cakometti
Alberto Cakometti
Doğum tarixi
Doğum yeri Qraubünden kantonu, Stampa yaxınlığında Borqonovo, İsveçrə
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Kur, Qraubünden kantonu, İsveçrə
Vəfat səbəbi Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Dəfn yeri
Həyat yoldaşı Anette Arm
Atası Covanni Cakometti[d]
Fəaliyyəti Sürrealizm, Ekspressionizm, Kubizm
Fəaliyyət illəri 1913–1966
Mükafatları "Heykəltaraşlıq Qrand mükafatı" 1962-ci ildə Venis Binnel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Boyakar Covanni Cakomettinin (1868–1933) oğludur. Cenevrədə Zərif Sənətlər Məktəbində, İncəsənət və peşə məktəbində oxumuşdur (1919–20). 1920–21-ci illərdə İtaliyada olmuş, italyan incəsənətini, antik memarlığı, Qədim Misir kolleksiyalarını öyrənmişdir. 1922-ci ildən Parisdə yaşamış, 1925-ci ilədək E.A. Burdelin "Qrand-Şomyer" akademiyasındakı emalatxanasında təcrübə toplamışdır.[8]

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Ən yeni cərəyanların təsiri ilə Cakometti yaradıcılığında kubizm formaları meydana gəldi ("Tors", 1925, Kunsthaus, Sürix, Cakometti fondu); AfrikaKolumbaqədərki Amerika incəsənətinə, Kiklat adalarındakı bütlərə maraq onun bir sıra əsərlərində əksini tapmışdır ("Baş", 1925, Müasir İncəsənət Milli Muzeyi, Paris). 1920-ci illərin sonundan Cakometti sürrealizm təmsilçiləri ilə yaxınlaşmışdır; bu dövr heykəltaraşlığında bəsitləşən formalar abstraksiyaya yaxınlaşır ("Tamaşa edən baş", 1927–28, Kunsthaus, Sürix).[8]

İrreal formalar axtarışında Cakometti şəbəkəli struktura ("Saray səhər saat 4-də", 1932–33, Müasir İncəsənət Muzeyi, Nyu-York), üfüqi sərili heykəllərə müraciət edir ("Başı kəsilmiş qadın", 1932, orada). 1934-cü ildən sürrealizm cərəyanından uzaqlaşan Cakometti fərdi üslubunu inkişaf etdirmişdir ["Görünməyən obyekt" ("Boşluğu saxlayan əllər"), 1934, Yel universitetinin rəssamlıq qalereyası, Nyu-Heyven].[8]

İkinci dünya müharibəsi illərində Cenevrədə olan Cakometti tuncdan miniatürlər ("Adam cığaz kürsülük üzərində ", 1940–41, şəxsi kolleksiya, Paris) və gözəl natürmortlar ("Bufet üzərində alma", 1937) yaratmışdır.[8]

Sənətkar 1945-ci ildə Parisə qayıtmışdır; J.P. Sartrın və J. Jenenin Cakometti yaradıcılığı haqqında məqalələri ona şöhrət gətirmişdir. Son dövr əsərlərini tuncla işləmişdir ("Əyləşmiş qadın", 1946, Müasir İncəsənət Milli Muzeyi, Paris; "Büdrəmiş insan", 1950, Kunsthaus, Sürix). Fransız ekzistensializminin təsiri ilə yaratdığı əsərlərində təcrid olunmuş, özünə qapanmış fiqurlar ağac gövdəsinə bənzədilir, müxtəlifmiqyaslı personaj və detalları birləşdirən priyomlar heykəltaraşlığı boyakarlıq perspektiv effektləri ilə zənginləşdirir ["Tala" ("Doqquz fiqur ilə kompozisiya", 1950, Kunsthaus, Sürix), "Təməl üzərində dörd fiqur" (1950, A. Maqın kolleksiyası, Paris) və s.]. Son dövr boyakarlıq portretlərində perspektiv ixtisarlar, yığcam və ya uzadılmış məkan effektlərindən istifadə edilmişdir ("Rəssamın anası", 1951, Müasir İncəsənət Milli Muzeyi, Paris).[8]

  1. RKDartists (nid.).
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Alberto Giacometti (nid.).
  4. 1 2 http://vocab.getty.edu/page/ulan/500118871.
  5. 1 2 https://data.bnf.fr/ark:/12148/cb11904811p.
  6. Library of Congress Authorities (ing.). Library of Congress.
  7. The Fine Art Archive. 2003.
  8. 1 2 3 4 5 6 Cakometti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 170. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]