Aleks Kross (film, 2012)

Aleks Kross — 2012-ci ildə rejissor Rob Koen tərəfindən çəkilmiş və baş rollarda Tayler Perri və Metyu Foksun çəkildiyi Amerika kriminal triller filmidir. Mark Mossun ssenarisindən uyğunlaşdırılan filmin ssenari müəllifi Kerri Uilyamsondur. Film Ceyms Pattersonun yaratdığı Aleks Kross obrazı haqqında üçüncü filmdir. Kross daha əvvəl Morgan Freeman tərəfindən 1997-ci ildə çəkilmiş “Kiss the Girls” və 2001-ci ildə çəkilmiş bir “Along Came a Spider” filmlərində yaradılmışdır. 2010-cu ildə İdris Elbanın bu obrazı canlandırması razılaşdırılsa da, sonradan Friman yenidən obrazı canlandırıb. Filmin çəkilişləri 2011-ci ildə tamamlanıb. ABŞ-dən başlayaraq 29 oktyabr 2012-ci ildən efirlərə buraxılmışdır.

Aleks Kross
ing. Alex Cross
Janr triller filmi[1][2][…], döyüş filmi[3][4][…], kriminal triller[d], roman ekranlaşdırması[d], müəmma filmi
Baş rollarda
Bəstəkar
Distribütor Summit Entertainment, Netflix
İlk baxış tarixi 8 noyabr 2012[7], 2012
Müddət 106 dəq.
Ölkə
Dil ingilis dili
Əvvəlki film Hörümçək gəldi (film, 2001)
Rəng rəngli
Çəkiliş yeri İndoneziya
IMDb ID1712170

Nüfuzlu xəfiyyə Aleks Kross silsilə qətllər törədən qatilin izinə düşüb. Araşdırma nəticəsində cinayətkarın “adamöldürmə üslubu” Qəssab ləqəbli qəddar manyakın “dəsti-xəttinə” bənzəyir. Kross sifarişli qətllərdən birinin icrasına mane olduğu üçün, Qəssab polisin hamilə arvadını öldürərək yoxa çıxır. Doğurdanmı o qayıdıb? Kross artıq təkcə vəzifə borcunu yerinə yetirmir, onun üçün bu araşdırma artıq şəxsi “vendettaya” çevrilib.

  1. 1 2 3 4 http://www.ofdb.de/film/225628,Alex-Cross.
  2. 1 2 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=191866.html.
  3. http://www.hollywoodreporter.com/movie/alex-cross/review/379228.
  4. http://www.imdb.com/title/tt1712170/.
  5. http://www.bbfc.co.uk/releases/alex-cross-film.
  6. http://www.imdb.com/title/tt1712170/fullcredits?ref_=tt_cl_sm.
  7. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  8. 1 2 http://www.rottentomatoes.com/m/alex_cross/reviews/.