Aleksandr Mixailoviç Şerbak (1926–2008) —Rusiya türkoloqu, filologiya elmləri doktoru, professor.
Aleksandr Şerbak | |
---|---|
Doğum tarixi | 18 dekabr 1926[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 2008[1] (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | türkoloq, dilçi, universitet müəllimi[d] |
Elmi dərəcəsi |
Aleksandr Mixailoviç Şerbak 1928-ci ildə anadan olmuşdur. 1948-ci ildə Stavropol Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1952-ci ildə filologiya elmlər namizədi adını qazanmış, 1970-ci ildə filologiya elmlər doktoru olmuşdur. Şerbak doktorluq işində türk dialektlərinin müqayisəli fonetikası üzərində dayanmışdır. Bu sahədəki çalışmalarını "Sravnitel'naja fonetika tjurkskih jazykov" (1970) əsərinə toplamışdır. Şerbak əski uyğur dili və özbək dilinin tədqiqi sahəsində də bir sıra əsərlərin müəllifidir. "Oguz-näme", "Muxabbet-näme", "Pamjatniki drevneujgurskoj ı starouzbekskoj pis'mennosti", "GrammatiCeskij oierk jazyka tjurkskih tekstov X–XIII vv. iz Vostoönogo Turkestana", "Grammatika starouzbekskogo jazyka" və s əsərlərini buna misal olaraq göstərmək olar. Türk dialektlərində istifadə olunan e\ və çöl heyvanlarının adlarının tədqiqinə həsr olunmuş çalışması isə türkologiya elminin öyrənilməsinə dəyərli bir töhfədir. Şerbak türk dilinin tədqiqatına başladığı ilk vaxtlardan etibarən türk dillərinin müqayisəli qrammatikası üzərində xüsusilə dayanmışdır. Bu yolda ilk əsəri "Türk dialektlərinin müqayisəli fonetikası" əsəri sayılır. Daha sonra isə türk dillərinin müqayisəli morfologiyasına aid bir neçə məqaləsi çapdan çıxmışdır, məs: "Oderk; po sravnitel'noj morfologii tjurkskih jazykov", xüsusi ilə də "Vvedenie v sravnitel'noe izuöenie tjurkskih jazykov" əsərində türk dillərinin fonetikası, morfologiyası, sintaksisi və lüğəti üzərində apardığı araşdırmalarının nəticələrini nümayiş etdirmişdir. Şerbak əski türk yazılarının açılması ilə də məşğul olmuşdur. O, "Ob altajskoj gipoteze v jazykoznanii" başhqlı yazısında "Altay hipotezası" üzərində dayanmışdır. Bundan əlavə, türk, monqol və tunqus-mancur dilləri arasındakı qarşılıqlı dil alış-verişlərini də nəzərdən qaçırmamışdır. "Rannie tjurksko-mongol'skie jazykovye svjazi" adlı əsərində türk-monqa dilləri arasındakı əlaqələri diqqətlə qələmə almışdır. Şerbak beynəlxalq elmi konfranslarda iştirakı ilə yanaşı, Türkiyədə keçirilən türk dili konfransların çoxunda iştirak etmiş, o cümlədən çıxışlar etmişdir. Türk dili sahəsindəki dəyərli çalışma və töhfələrini nəzərə alan Türk Dil Qurumu, 1988-ci ildə Şerbakı qurumun fəxri üzvü seçmişdir.
Aleksandr Şerbak 2008-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.
Akademiku Vladimiru Aleksandroviçu Gordlevskomu k yego semidesyatipyati letiyu. Sbornik statey, M., İzd-vo AN SSSR, 1953, sf. 317–323.
yazıkoznaniya, M., 1954, № 6, sf. 107–115.
Sovetskaya arheologiya, XIX, M., 1954, sf. 269–282.
perevodı, M.-L., İzd-vo AN SSSR, 1952, 116 sf., Epigrafika Vostoka, X, M.-L., 1955, sf. 98–100.
yazıkoznaniya, M., 1957, № 1, sf. 18–26.
literaturı i yazıka AN SSSR, c. 17, yay. 5, M., 1958, sf. 461–467 (V. A. Avrorinım ile birlikte hazırlamıştır).
M.-L., 1958, sf. 514–561 (L. R. Kızlasovım i O. İ. Smirnovoy ile birlikte hazırlamıştır).
masalalari, Taşkent, 1959, № 4, sf. 60–65.
pismennosti peçenegov).", Şu kitabın içinde: Materialı i issledovaniya po arheologii SSSR, № 75, Trudı Volgo-Donskoy arheologiçeskoy ekspeditsii, c. II, L., 1959, sf. 362–389.
masalalari, Taşkent, 1959, № 3, sf. 34–36.
pismennosti., M., İVL, 1959, 171 sf..
Mecdunarodnıy kongress vostokovedov, M., 1960, 26 sf. (v soavtorstve).
akad. İ. İ. Meşçaninova. Sbornik statey, M., İzd-vo AN SSSR, 1960, sf. 226–235.
1960, № 2, sf. 139–141.
gipotezoy).", XXV Mejdunarodnıy kongress vostokovedov, M., 1960, 16 sf..
Turkestana., M.-L., İzd-vo AN SSSR, 1961, 204 sf..
M.-L., 1961, sf. 23–25.
İstoriçeskoe razvitie leksiki tyurkskih yazıkov, M., İzd-vo AN SSSR, 1961, sf. 82–172.
instituta yazıka, literaturı i istorii, yay. IX, 1961, sf. 238–241.
Şu kitabın içinde: Materialı po uzbekskoy dialektologii, II, Taşkent, İzd-vo AN UzSSR, 1961, sf. 72–95.
Sprachursscnschaft., Narodı Azii i Afriki, M., 1961, № 4, sf. 228–232.
adabiёti masalalari, Taşkent, 1961, № 2, sf. 41–44.
Afriki, M., 1961, № 2, sf. 142–153.
Hungariche, c. XV, fasa 1–3, Budapest, 1962, p. 283–290.
1963, № 5, sf. 31–38.
Morfologiçeskaya struktura slova v yazıkah razliçnıh tipov, M.-L., İzd-vo AN SSSR, 1963, sf. 267–270.
M.-L., İzd-vo AN SSSR, 1963, sf. 24–40.
Hague, 1964, N 8, p. 72–83.