Aleksandr İvanoviç Xatisyan[4] (Xatisov; (erm. Ալեքսանդր Խատիսյան) və ya Saşa Xatisov[5] (17 fevral 1874[1][2][…], Tiflis, Rusiya imperiyası[1][2][…] – 10 mart 1945[3][1][…], Parisin 17-ci dairəsi[d]) — Ermənistan siyasi və ictimai xadimi. Ermənistan Demokratik Respublikasının dörd baş nazirindən biri olmuşdur.
Aleksandr Xatisyan | |
---|---|
erm. Ալեքսանդր Խատիսյան | |
| |
28 may 1919 – 5 may 1920 | |
Əvvəlki | Hovannes Kacaznuni |
Tbilisi meri[d] | |
1910 – 1917 | |
xarici işlər naziri[d] (Ermənistan Demokratik Respublikası) | |
30 iyun 1918 – 4 noyabr 1918 | |
Ermənistanın xarici işlər naziri[d] | |
27 aprel 1919 – 5 may 1920 | |
daxili işlər naziri[d] (Ermənistan Demokratik Respublikası) | |
26 yanvar 1919 – 27 aprel 1919 | |
prezident () | |
1934 – 1942 | |
Əvvəlki | Avetis Ağaronyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1874[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 1945[3][1][…] (71 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, politoloq, həkim, yazıçı, ictimai xadim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Xatisyan 17 fevral 1874-cü ildə Tiflisdə, yüksək vəzifəli dövlət qulluqçularının ailəsində anadan olmuşdur.[6] Onun qardaşı Konstantin Xatisyan (1864-1913) Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) qurucularından biri idi.[7]
Xatisyan 1891-ci ildə Tiflisdə dövlət gimnaziyasını bitirdikdən sonra 1897-ci ilə qədər Moskva və Xarkov universitetlərində tibb təhsili almışdır.[6][7] O, 1898–1900-cü illərdə xaricdə, xüsusən Almaniyada klinikalarda intern olmuşdur[8] ki, bu da ona gigiyena, ictimai səhiyyə və bələdiyyə idarəçiliyi başda olmaqla təhsilini tamamlamağa imkan vermişdir.[6] Beləliklə, Xatisyan tibb elmləri doktoru elmi dərəcəsini əldə etmişdir.[8] O, 1900-cü ildə Tiflisə qayıtmış, həkim kimi fəaliyyət göstəmişdir.[7]
1902-ci ildə Aleksandr Xatisyan bələdiyyə dumasının sözçüsü, eləcə də Tiflis bələdiyyə şurasının müşaviri seçilmişdir. O, 1905-ci ildən sözügedən bələdiyyə şurasına daxil olur və Daşnaksutyuna müraciət etmişdir. Xatisyan 1905-ci il inqilabında iştirak etmişdir.[6]