Aleksandra Kornilova

Aleksandra İvanovna Kornilova (rus. Александра Ивановна Корнилова; 3 aprel 1853, Sankt-Peterburqən tezi 1941, Moskva[1]) — Rusiya inqilabçısı, xalqçısı, Çaykovski təşkilatının üzvü.

Aleksandra Kornilova
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1853(1853-04-03)
Doğum yeri
Vəfat tarixi ən tezi 1941
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR
SSRİ SSRİ
Fəaliyyəti siyasətçi, inqilabçı

Aleksandra Kornilova 3 aprel 1853-cü ildə Sankt-Peterburqda zəngin ailədə anadan olub. O, Kornilov qardaşları çini qablar fabrikinin ortaq sahibi İvan Savinoviç Kornilovun (1811-1878) və Tatyana Vasilyevnanın (qızı Samsonova, †15 may 1853) böyük ailəsində tərbiyə alıb. Həyat yoldaşının ölümündən sonra İvan Savinoviç yeddi uşaqla tək qalıb: oğlu Aleksandr (†1868), qızları Mariya, Anna, Vera, Nadejda, Lyubov və Aleksandra. İvan Savinoviçin qardaşı məşhur rus rəssamı Yakov Savinoviç Kornilov idi.[2]

Aleksandra Kornilova 1864-cü ildən Mariinski Qadın Gimnaziyasında təhsil almağa başlayıb. O, 1869-cu ildə gimnaziyanı qızıl medalla bitirib. 1869-cu ilin payızından Sankt-Peterburqda Alarçın qadın kurslarının tələbəsi olub. Kurslar zamanı o, Sofiya Perovskaya, Sofiya Leşern fon Hertzfeld, Anna Korba və başqaları ilə yaxınlıq edib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kornilova 1871-ci ilin yazında 1869-cu ildən fəaliyyət göstərən M.A.Nathansonun və N.V.Çaykovskinin dərnəyinə qoşuldu. 1871-ci ildən bu dərnək "Çaykovski" dərnəyi adlandırılmağa başlandı. N.V. Çaykovskinin həbsindən sonra polis tərəfindən dindirildi. O, polisə özünü A.Y.Obodovskaya kimi təqdim edərək, diqqəti özündən yayındırmağa nail olub. Aleksandra İvanovna 1871-ci ilin payızından Çaykovski dərnəyi tərəfindən kitabların yayılmasının təşkilində fəal iştirak edib.[2]

Aleksandra Kornilova 1872-ci ilin fevralında Avstriya-Macarıstana təhsil almağa gedib. Vyana Universitetində ginekoloğiya ixtisası üzrə təhsil alıb. Orada o, Avstriya Sosial Demokratiyasının nümayəndələri ilə tanış olub.

Aleksandra İvanovna 1872-ci ilin payızında Rusiyaya qayıtdıqdan sonra Kalinkin ginekoloğiya kursuna daxil oldu. O, Sergey Kravçinski, Pyotr Kropotkin, Dmitri Klements ilə birlikdə Sankt-Peterburqun Vıborq istiqamətində fəhlələr arasında hökumət əleyhinə təbliğat aparırdı. 1873-cü ilin qışında Liqovkada işçilər arasında təbliğata başlayır.[2]

1874-cü il yanvarın 4-dən 5-nə keçən gecə Kornilova Perovskaya ilə birlikdə həbs edilir. O, əvvəlcə III şöbədə, sonra Kolomna polis bölməsində saxlanılır. 3 may 1875-ci ildə Aleksandra İvanovna Petropavlovsk qəsrinə aparılır. 30 yanvar 1876-cı ildə o, İstintaq Təcridxanasına köçürülür. 1876-cı ilin martında o, atasının zamin durması və 5000 rubl girov müqabilində azad edildi.

O, bacısı Lyubov Kornilova ilə birlikdə Qırmızı Xaçın işində məhbuslara kömək etmək üçün fəal iştirak edib. Həmən ilin yayında Aleksandra Kornilova Pyotr Kropotkinin Sankt-Peterburqdakı Nikolayev Hərbi Xəstəxanasının həbsxana şöbəsindən qaçmasının təşkilində iştirak edir. Aleksandra Kornilova 5 may 1877-ci ildə qeyri-qanuni icma yaratmaq və orada iştirak etmək ittihamı ilə İdarəetmə Senatının Xüsusi Hökümətinin məhkəməsinə gətirildi (193-lərin məhkəmə prosesi). Kornilova məhkəmənin suallarına cavab verməkdən imtina etdiyi üçün 25 oktyabr 1877-ci ildə məhkəmə zalından çıxarıldı.[2]

Sürgün olunması

[redaktə | mənbəni redaktə et]

23 yanvar 1878-ci il tarixli hökmlə o, təqsirli bilinərək ucqar əyalətlərdən birinə sürgünə məhkum edildi və məhkəmə cəza olaraq ibtidai həbs olunmasını xahiş etdi. 11 may 1878-ci ildə İmperatorun sərəncamı ilə hüquq və azadlıqlardan məhrum edilərək polis nəzarəti altında Perm vilayətinə sürgün edildi. 1878-ci ilin mayında Litva qalasına köçürüldü və avqustun 2-də konvoyla Perm şəhərinə göndərildi.[2]

Aleksandra Kornilovaya 1878-ci il avqustun 18-də Verxoturyedə məskunlaşmaq hökmü verildi. O, 1 il orada qaldı. Sonra Kornilova Krasnoufimskə köçdü və 1880-ci ildən Kunqurda məskunlaşdı. 1882-ci ildə bacısı Lyubov İvanovna Kornilova ilə birlikdə İşim şəhərinə (Tobolsk quberniyası) köçdülər.[3] 1883-cü ildə bacılar Tomskda məskunlaşdılar. Tomskda sürgündə olanda Aleksandra Kornilova xalqçı Maksimilian Semyonoviç Morozla nigaha daxil oldu.

1885-ci ilin yazında o, German Lopatinin işi ilə əlaqədar istintaqa cəlb edildi. Həmən ili Aleksandra İvanovna ev dustaqlığına buraxıldı. 1886-cı ilin sentyabrında sürgün müddətinin bitməsi ilə əlaqədar ona Tomskdan getmək icazəsi vürildi və o, Kazanda məskunlaşdı. 1887-ci il martın 18-də Əlahəzrət imperatorun sərəncamı ilə onun işi inzibati qaydada həll edildi. Cəzası məhkəməyəqədər həbs və iki il Tomskda ictimai polis nəzarətində saxlanıldı. O, Kazanda nəzarət altında yaşamaq üçün icazə almaq üçün müraciət etdi, lakin yerli qubernator tərəfindən iki il müddətinə Sviyajska göndərildi. Yalnız cəza müddəti bitəndən sonra Aleksandra Kornilova Kazana köçə bildi.

Aleksandra Kornilova 1894-cü ilin payızında Moskvada məskunlaşdı. Şlisselburq Komitəsinin Moskva şöbəsinin üzvü oldu, siyasi məhbuslar üçün qeyri-rəsmi "Qırmızı Xaç" təşkilatında iştirak etdi. 1905-ci ildə Arxangelsk vilayətinə getdi. Ora getməkdə məqsədi burada Nenoks kəndində çətin sürgün şəraitində saxlanılan Vera Fiqneri dəstəkləmək idi.[2]

1906-cı ilin sonunda Vera Fiqner ilə birlikdə xaricə getdi. Oradan vətənə 1907-ci ildə qayıtdı. Qayıtdıqdan sonra Moskvada məskunlaşdı. Aleksandra Kornilova 1916-cı və 1917-ci ilin əvvəllərində Almaniyada müalicə olundu. 1917-ci ilin yazından 1921-ci ilə qədər Krımın cənub sahilində yaşayıb. 1921-ci ildən oğlu ilə Novqorod vilayətinin Boroviçi şəhərində yaşayırdı. Burada təsərrüfat işləri ilə məşğul olurdu.[2]

Aleksandra Kornilova 1926-cı ildə Keçmiş Siyasi Məhbuslar və Sürgün edilmiş Köçkünlər Cəmiyyətinin Muzeyi açıldıqdan sonra muzeyin əməkdaşı olub.

Keçmiş Siyasi Məhbuslar və Sürgün edilmiş Köçkünlər Cəmiyyətinin üzvü idi.

  1. Жукова Е. На полках старинного шкафа // Знамя. 1987. № 11. С. 194. В дневнике Н. П. Куприяновой упомянуто о её встрече с А. И. Корниловой-Мороз 26 октября 1941 г.
  2. 1 2 3 4 5 6 7 "Персональная история. База данных". 2011-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-03.
  3. "Братья Корниловы (Фарфоровый завод) « Корни и крылья". 2013-06-05 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]