Sofiya Lvovna Perovskaya (rus. Со́фья Льво́вна Перо́вская; 13 (25) sentyabr 1853, Sankt-Peterburq[1] – 15 (27) aprel 1881, Sankt-Peterburq[1]) — “Narodnaya volya” inqilabi təşkilatının İcraiyyə Komitəsinin üzvü, Rusiya imperatoru II Aleksandrın öldürülməsinə birbaşa nəzarət edən şəxs.[2]
Sofiya Perovskaya | |
---|---|
rus. Со́фья Льво́вна Перо́вская | |
Doğum tarixi | 13 (25) sentyabr 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 15 (27) aprel 1881 (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Vətəndaşlığı | Rusiya imperiyası |
Fəaliyyəti | qadın hüquqları fəalı[d], inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Sofiya Perovskaya inqilabçı olmasına baxmayaraq zadəgan ailəsinə məxsus olub. Onun atası Lev Nikolayeviç Perovski - Qraf Aleksey Kirilloviç Razumovskinin nəslindəndir. Lev Nikolayeviç Perovski Sankt-Peterburq qubernatoru, sonra Daxili İşlər Nazirliyinin şurasının üzvü olub. Anası Varvara Stepanovna yoxsullaşmış, lakin köhnə rus zadəgan ailəsinin üzvü idi.
Sofiya Lvovna Perovskaya 1 sentyabr 1853-cü ildə Sankt-Peterburqda anadan olub. 1856-cı ildən ailə başçısının vitse-qubernator təyin edildiyi Pskovda o dövrün ən yaxşı taxta evlərindən biri olan tacir Kurbatovun mülkündə (indiki Sovetskaya küç., 42) yaşayıb.[3]
Sofiya Perovskayanın uşaqlıq illəri (1858-1859, 1867-1869) Kilburun malikanəsində, yetkinlik illəri (1876-1878) Simferopolda, quberniya zemstvo xəstəxanasının ərazisində keçib.[2]
1869-cu ildə Sofiya Lvovna Alarçin qadın kurslarına daxil olur.[4] Orada özünü təhsil dərnəyi yaradan Vera və Aleksandra Kornilova bacıları ilə yaxınlıq edir. 1870-ci ilin sonunda atasının "şübhəli şəxsiyyətlərlə" tanışlığı dayandırmaq tələbini rədd edərək, 17 yaşında evi tərk edir.[2] Sofiya Vera Kornilovanın dostlarının evində yaşayırdı, oradan (atası polis vasitəsilə onu axtarmağa başlayanda) Kiyevə getdi. Yalnız atası ona pasport verəcəyini vəd etdikdən sonra evə döndü. Sofiya Perovskaya 1871-ci ildə kişi gimnaziyasında təhsil kursunu bitirməsi haqqında attestat əldə etməyə müvəffəq oldu.
1871-ci ildə Sofiya Lvovna M.A.Natansonun dərnəyi ilə birləşən kiçik bir xalqçı dərnəyi yaratdı. 1872-ci ildə hər iki dairənin üzvləri N.V.Çaykovskinin dərnəyinə daxil oldular. Pyotr Kropotkin o, dövr haqqında xatirələrində yazırdı: "Dərnəkdəki bütün qadınlarla əla yoldaşlığımız var idi. Amma hamımız Sonya Perovskayanı sevirdik. Hamı Kuvşinskaya ilə Sergey Sinequbun arvadı və başqaları ilə yoldaşcasına salamlaşdı, lakin Perovskayanı görəndə hər birimizin üzü geniş təbəssümlə çiçəkləndi, baxmayaraq ki, Perovskayanın özü bizə az diqqət yetirib, ancaq mızıldanırdı: “Ayaqlarınızı silin çirkabı evə gətirməyin."[2]
Sofiya Perovskaya xalq müəllimi olmaq üçün imtahan verdi və sonra feldşer kurslarını bitirir. 1872-ci ildən o, məktəblərdə işləyərək “xalqın içinə getmək” hərəkatına qatıldı. 1873-cü ildə Sankt-Peterburqda təhlükəsiz ev təşkil etdi və eyni zamanda Sankt-Peterburqda (Pyotr Alekseyev də daxil olmaqla) fəhlələrə dərs dedi. Sofiya Lvovna 1874-cü ilin yanvarında həbs olundu və bir neçə ay III Bölmə həbsxanasında qaldı.
1876-1877-ci illərdə Sofiya Lvovna Simferopolda əyalət zemstvo xəstəxanasında oxumuş və işləmişdir. O, digər qız tələbələrlə birlikdə xəstəxana ərazisində yaşayırdı. Perovskaya mühazirələrə qulaq asmaqla yanaşı, palatalarda növbətçilik edir və xəstələrə qulluq göstərirdi.[5]
Sofiya Perovskaya 1877-1878-ci illərdə "193-cü illərin məhkəməsində" ittiham olundu, lakin bəraət aldı. O, məhkum dərnək yoldaşı İ.N.Mışkini azad etmək üçün uğursuz silahlı cəhddə iştirak etdi. 1878-ci ilin yayında yenidən həbs olunaraq Olonets vilayətinə sürgünə göndərildi. Lakin yolda onu qoruyan jandarmların yuxuya getməsindən istifadə edərək qaçıb gizləndi. Bundan sonra Sofiya Perovskaya qeyri-leqal fəaliyyətə keçdi.
1879-cu ildə Sofiya Lvovna Voronejdə keçirilən "Zemlya i volya" təşkilatının qurultayında iştirak edərək gözlənilən parçalanmanın qarşısını almağa çalışdı. 1879-cu ilin payızından - İcraiyyə Komitəsinin üzvü, sonra "Narodnaya Volya"nın İnzibati Komissiyasının üzvü olub.[2] Perovskaya "Raboçi" qəzetinin yaradılmasında fəal iştirak edib.
Xalqçılar çar II Aleksandra ölüm hökmü verən gündən Sofiya Perovskaya bu qərarın yerinə yetirilməsi qrupunun üzvü idi. O, çara qarşı baş tutan bir neçə uğursuz sui-qəsdin iştirakçısı olub. 1879-cu ilin noyabrında Moskva yaxınlığında çar qatarının partladılması aktının hazırlanması zamanı o, iştirakçılar arasında idi. O, yol nəzarətçisi Suxorukovun həyat yoldaşı rolunu icra edib ("Narodnaya Volya üzvü L.N.Hartman). Onlar məskunlaşdıqları evdən dəmir yolu xəttinin altından tunel qazılaraq mina qoyulub. Lakin partlayış çar təhlükəli yerdən keçəndən sonra baş verdiyindən sui-qəsd uğursuz alınıb.[6][7] Sofiya Perovskaya 1880-ci ilin yazında Odessada II Aleksandra sui-qəsdin hazırlanmasında iştirak edib.[6]
Sofiya Perovskaya 1881-ci ildə Sankt-Peterburqda II Aleksandra sui-qəsd zamanı müşahidə dəstəsinə rəhbərlik edirdi. Partiya lideri Andrey Jelyabovun həbsindən sonra sui-qəsdə rəhbərliyi bilavasitə öz üzərinə götürüb.[7] Sofiya Lvovna şəxsən terrorçuların yerləşdirilməsi planını hazırlayıb.[8][9] O, çarın faytonu keçən zaman göydə ağ dəsmal yelləyərək İqnati Qrinevitskiyə bomba atmaq üçün işarə verib.[10] İmperatora sui-qəsdin daha bir iştirakçısı A.Epişteyn onun sui-qəsd zamanı hərəkətlərini belə xatırlayır:"Başımı qaldıranda gördüm ki, Sonyanın hər yeri titrəyir. Sonra əllərimdən tutdu, aşağı-yuxarı əyilməyə başladı və üzü aşağı yıxıldı, üzünü dizlərimin üzərinə qoydu. Perovskaya bir neçə dəqiqə belə qaldı. O, ağlamırdı, amma qızdırma içində idi. Sonra ayağa qalxıb oturdu, özünə gəlməyə çalışdı, amma yenə qıcolma hərəkəti ilə əllərimdən tutdu və ağrıyana qədər sıxmağa başladı..."
Həbs edilən yoldaşlarını azad etmək ümidi ilə o, sui-qəsddən sonra Sankt-Peterburqu tərk etmədi. 1881-ci il martın 10-da (22) Sofiya Perovskayanın kimliyi müəyyən edildi, həbs edildi və məhkəmə qarşısına çıxarıldı.[11] Məhkəmədə ittihamçı qismində onun uşaqlıq dostu Nikolay Muravyov çıxış edirdi. 3 (15) aprel 1881-ci ildə Sofya Perovskaya Andrey Jelyabov, Nikolay Kibalçiç, Timofey Mixaylov və Nikolay Rısakovla birlikdə Semenovski alayının parad meydançasında (indiki Pionerskaya meydanı) asılaraq edam edildi. O, siyasi səbəblərə görə edam edilən ilk rus qadını oldu.[12][13]
Sofiya Perovskaya edamdan öncə II Aleksandra sui-qəsd barədə fikrini belə ifadə etmişdi: "Biz böyük bir işə başlamışıq. Bəlkə də iki nəsil bunun əziyyətini çəkəcək, amma bunu etmək lazımdır".[14]
Rəsmi sovet marksizmi “Xalqçılar”ın fəaliyyətini siyasi cəhətdən yad hesab edirdi, lakin eyni zamanda çar qatillərinin fəaliyyəti tərənnüm edilir, müxtəlif obyektlərə onların adları verilirdi. Aşağıda göstərilənlər əsasən SSRİ dövründə Sofiya Perovskayanın adını daşıyırdı:
At fifteen, she entered the Alarchinsky Courses, designed to prepare girls for university studies.
The first woman to be executed for a political crime in Russia, Perovskaya is credited with pushing the empire down the road to revolution and was later given the mantle of martyrdom.
Kanno was enthusiastic about carrying out the plan, hoping to emulate Sophia Perovskaya