Alessio Romanyoli

Alessio Romanyoli (Italian pronunciation: [aˈlɛssjo romaɲˈɲɔːli] ; 12 yanvar 1995[1][2], Antsio, Latsio) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" klubunda və İtaliya millisində mərkəz müdafiəçisi kimi çıxış edir.

Alessio Romanyoli
it. Alessio Romagnoli
Ümumi məlumatlar
Doğum tarixi 12 yanvar 1995(1995-01-12)[1][2] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 190 sm
Çəkisi 78 kq
Mövqeyi cinah müdafiəçisi[d], mərkəz müdafiəçisi[d]
Klub haqqında məlumat
Klub
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, "Latsio" (bu gün də azarkeşi olduğu klub) kimi böyüsə də, karyerasına 2012-ci ildə "Roma" klubunda başlayıb, daha sonra 2015-ci ildə "Milan"a keçməmişdən əvvəl 2014-cü ildə "Sampdoriya" klubunda icarə əsasında bir mövsüm keçirib.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Roma[redaktə | mənbəni redaktə et]

"Roma" klubunun gənclər akademiyasının yetirməsi olan Romanyoli, 17 yaşında yeni baş məşqçi Zdenek Zeman tərəfindən əsas komandanın heyətinə daxil edilib. O, böyük komandada debütünü, 11 dekabr 2012-ci ildə, İtaliya Kubokunda "Atalanta" klubuna qarşı keçirərək, start heyətində 90 dəqiqə oynayıb. O, 12 gün sonra "Milan" ilə liqa oyununun son dəqiqələrində meydana çıxaraq A Seriyasında debüt edir. A Seriyasında ilk qolunu 3 mart 2013-cü ildə "Cenoa" klubu ilə görüşdə vurur.

Sampdoriyaya icarə[redaktə | mənbəni redaktə et]

1 sentyabr 2014-cü ildə Romanyoli "Sampdoriya" klubuna 500.000 avroya, sonrada "Sampdoriya"nın 2 milyon avroya satın alma şərti, eləcə də 750.000 avroya sonra "Roma"nın geri alma şərtləri ilə icarəyə verilir. Romanyoli "Sampdoriya"da debütünü sentyabrın 14-də "Torino" klubuna qarşı 2:0 hesablı qələbədə sonradan əvəzlənən oyunçu kimi edir. O, "Sampdoriya" üçün ilk qolunu 24 sentyabr 2014-cü ildə "Kyevo"ya qarşı oyunda vurur. 2015-ci ilin iyununda "Roma" geri almaq şərtini aktivləşdirdi və o, kluba qayıdır.

Milan[redaktə | mənbəni redaktə et]

11 avqust 2015-ci ildə o, 5 illik müqavilə imzalayaraq 25 milyon avroya "Milan" klubuna transfer olur. Bundan əlavə müqavilədə "Roma"ya 25 milyon avro dəyərində 30% hüquq verən satma maddəsidə yer alır. O, avqustun 18-də İtaliya Kubokunda "Peruca" üzərində 2–0 hesablı qələbə qazandıqları oyunda "Milan"ın heyətində rəsmi debüt edir. Ayın 24-u isə, "Milan"ın "Fiorentina" klubuna 2–0 məğlub olduğu oyunda liqada debüt edir.

1 mart 2016-cı ildə o, İtaliya kubokunda "Alessandriya"ya qarşı 5–0 hesabı ilə qalib gəldikləri oyunda "Milan" karyerasında ilk qolunu vurur. Bu qarşılaşma "Milan"ı 2003-cü ildən sonra ilk dəfə finala çıxardı. O, "Milan" ilə ilk mövsümünü bütün yarışlarda 40 oyunda meydana çıxır və bir qol vurur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Alessio Romagnoli // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Alessio Romagnoli // As (isp.). Madrid: Grupo PRISA, 1967.
  3. 1 2 veb-sayt (it.). 1990.