«Alfa» (ing. Alpha) — rejissor Albert Hyuz tərəfindən çəkilmiş, ibtidai dövrün gənci və onun canavar ilə dostluğundan bəhs edən Amerika filmi. Filmin premyerası 16 avqust 2018-ci ildə baş tutub.
Alfa | |
---|---|
ing. Alpha | |
Janr | triller filmi, macəra filmi, dram filmi, tarixi film |
Əsas mövzu | adi canavar |
Baş rollarda | |
İstehsalçı | Columbia Pictures |
Distribütor | Sony Pictures Releasing[d], InterCom[d][1], Netflix |
İlk baxış tarixi | 17 avqust 2018, 6 sentyabr 2018[2], 24 avqust 2018, 23 avqust 2018[1] |
Müddət | 96 dəq. |
Büdcə | 51.000.000 $ |
Gəlir | 98.203.196 $ |
Ölkə | |
Rəng | rəngli |
Çəkiliş yeri | Vankuver |
IMDb | ID4244998 |
Yer kürəsi 20 min il əvvəl. Üst Paleolit. İbtidai qəbilə lideri Tau, oğlu Kedanin artıq yaşının çatdığına inanaraq onu ova aparır. Keda ov edərkən yaralı bir bizonun hücumuna məruz qalır və uçuruma düşür. Qəbilə Kedanın öldüyünə qərar verir və ayrılır, çünki çıxarılan bizon ətinin soyuq havalardan əvvəl dayanacağa çatdırılması lazımdır.
Bu vaxt Keda özünə gəlir. Amma o, ayağından zədə alıb və ona doğma düşərgəyə qayıtmaq asan deyil. Yolda canavar sürüsü ona hücum edir. Keda döyüşüb canavarlardan birini yaralamağı bacarır. Əvvəlcə yırtıcını öldürmək istəyir, lakin sonra fikrini dəyişərək ona qulluq edir. İnsanla heyvan arasında dostluq yaranır. Onlar birlikdə ova başlayırlar və oğlan canavara Alfa deyir. Keda öz qəbiləsinə səyahəti zamanı dəstə Alfanı geri çağırır, lakin sonra o, yenidən Kedaya qayıdır. Birlikdə sınaqlardan keçməyi və mağara aslanına qarşı dueldən sağ çıxmağı bacarırlar.
Artıq qışda donmuş və yaralanmış Keda və Alfa Kedanın doğma qəsəbəsinə qayıdırlar. Əhilləşdirilmiş Alfa dişi olduğu üçün canavar balalarını dünyaya gətirir. Sonda insanlar və əhliləşdirilmiş canavarlar birlikdə ova çıxırlar.
Keda rolunda Kodi Smit-Makpi
Tau rolunda Johannes Haukur Johannesson
Rho rolunda Natassia Malthe
Sigma rolunda Marcin Kowalczyk
Xi rolunda Jens Hultén
Şaman rolunda Leonor Varela
Mercedes de la Zerda Nu kimi
Spenser Bogaert Kappa rolunda