Alfred Binet (8 iyul 1857[1][2][…], Nitsa, Dənizkənarı Alplar[3] – 18 oktyabr 1911[4][1][…], Paris[3]) — fransız psixoloqu.
Alfred Bine | |
---|---|
alm. Alfred Binet | |
| |
Doğum adı | Alfredo Binetti |
Doğum tarixi | |
Doğum yeri | Nitsa |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Paris |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | alman |
Elm sahəsi | Psixologiya |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Jan-Martin Şarko |
Tanınır |
Stanford-Binet dərrakə ölçüsü Binet–Simon testi |
Vikianbarda əlaqəli mediafayllar |
Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir.[5]
20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.[5]