Alfredo Oriani (it. Alfredo Oriani), (d. 22 avqust 1852, Faentsa -v. 18 oktyabr 1909, Kasola Velsenio)- İtaliya yazıçısı[3]
Alfredo Oriani | |
---|---|
Alfredo Oriani | |
Təxəllüsü | Ottone di Banzole[1][2] |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Faentsa |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | İtaliya, Kasola Velsenio |
Vətəndaşlığı | İtalyan |
İxtisası | Yazıçılıq |
Fəaliyyəti | yazıçı, tarixçi, şair |
Əsərlərinin dili | İtalya |
İlk əsəri | Hüddudan kənarda |
Vikianbarda əlaqəli mediafayllar |
Alfredo Oriani Ravenna əyalərinin Faentsa şəhərində, xırda imtiyazlı zadəgan ailəsində anadan olmuşdur. Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. olunmuşdur. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.[3]
Alfredo Oriani XIX əsr İtaliya tarixinin yanınmış siyasi xadimlərinsdə biri idi. O, “İtalyada siyasi mübarizə” adlı üçcildlik tarixi əsrin müəllifidir. Dərin biliklərə malik olan, bir neçə xarici dili mükəmməl bilən yazıçı gənclik illərinə xas olan fərqli siyasi- mənəvi görüşlərinə baxmayaraq, yaradıçılığının yetkin çağlarında coşqun vətənpərvər, İtaliyanın birləşməsi uğrunda yorulmaz mübariz, C.Qaribaldi və C.Mazdini kimi xalq qəhrəmanlarının qızğın tərəfdarı kimi göstərmişdir. Onun məhz bu mövzuda qələmə aldığı və C.Qaribaldinin həyatından bəhs edən, “Don Covanni Verita” novellasının da daxil olduöu “Doqaliyə qədər” toplusu İtalyanın milli- azadlıq hərəkatından bəhs edən ən uğurlu əsərlərdən biri sayılır. Alfredo Oriani 18 oktyabr 1909- cu ildə Kasola Velseniodə vəfat edir.[3]
Hələ gənc ikən qələmə aldığı “Hüddudan kənarda” (1877) və “Yox” (1881) romanlərı, həmçinin “Yabanı ot” (1879) və “Kvartet” (1883) hekayələr toplusu yerli ədəbi tənqid tərəfindən “mənəviyyatdan kənar” əsərlər kimi xarakterizə edilmişdir. Bundan sonra işıq üzü gprən “Düşmən” romanlarında Rusiya cəmiyyətindəki nihilistlər mühitində cərəyan edən hadisələr canlandırılırdı. “Qısqannclıq” (1894), “Məğlubiyyət” (1896) və “Burulğan” (1899) romanı məişət psixologiyasından bəhs edir. 1908- ci ildə yazdığı “İdeal çevriliş” risaləsində İtalyanın yüksəlişini hakimiyyətə gələcək güclü şəxsiyyət baglayırdı. 1923- 1933- cü illərdə yazıçının külliyatı biləvasitə B. Mussolininin redaktorluğu altında çap olunmuşdur.[3]