Lonardo Şaşa (it. Leonardo Sciascia; 8 yanvar 1921[1][2][…], Rakalmuto[d], Siciliya – 20 noyabr 1989[1][2][…], Palermo) — italyan ədəbiyyatında mahir detektiv ustası.[3]
Lonardo Şaşa | |
---|---|
it. Leonardo Sciascia | |
Doğum tarixi | 8 yanvar 1921[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 noyabr 1989[1][2][…] (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, jurnalist, romançı, dramaturq, ssenarist, şair, esseist |
Əsərlərinin dili | italyan dili |
Lonardo Şaşa Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Lonardo Şaşa 8 yanvar 1921- ci ildə Siciliyanın Racalmuto şəhərində, qulluqcu ailəsində anadan olmuşdur. Yazıçının 1961- ci ildə işıq üzü görmüş “Bayquşun günü” romanı indiyədək də onun ən güniş yayılmış, ən şox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uguru sayılır. Romanda ilk dəfə olaraq italya mafiyasının kəndlərdəki hökümranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə Lonardo Şaşa görkəmli həmyerlisi L. Pirandellaya hər olunmuş “Pirandello və Siciliya” adlı elmi- tənqidi esselər toplusunu da çap etdirir. Lonardo Şaşa ziddiyatlı şəxsiyyət idi. Ötən əsrin 60- 80- ci illərində İtalyanın mürəkkəb ictimai- siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi dilemmalardan, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçını 1979- cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi- ictimai kredosu və siyasi baxışları ilə daha yaxından tanış olmağa imkan verir. Lonardo Şaşa tez- tez qeyd edirdi: “Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik qabiliyəti verməyib, ancaq hər şey necə olubsa, necə varsa, elədir...” Lonardo Şaşa 9 noyabr 1989-cu ildə Siciliyanın Palermo şəhərində vəfat edib.[3]
Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş “Misir xartiyası” (1964) tarixi romanını, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən “İnkvizitorun ölümü” (1964), 1862- ci ildə Palermoda baş vermiş dövlət çevrilişinin təsvir edən “Xəncər gəzdirənlər” (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan “Hər kəsin öz qisməti” (1966) romanlarını çap etdirir. 1974- cü ildə isə məşhur “Kontekst” romanı işıq üzü görür. 1970- 1980- ci illərdə yaradıçılığının zirvəsində olan Lonardo Şaşa “Nə yolla olur- olsun” (1975), “Mayorananın yoxa çıxması” (1975), “Morunun işi” (1978), “Yoldaş teatrı” (1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989- cu ildə ölümündən bir qədər əvvəl, o, son hekayısini- “Sadə bir hekayət”i çap etdirir.[3]