Luici Kapuana

Luici Kapuana (it. Luigi Capuana; 28 may 1839[1][2][…], Mineo[d], İki Siciliya krallığı[d][4][5]29 noyabr 1915[3][1][…], Kataniya, Kataniya əyaləti[d], İtaliya krallığı[4][5]) — italyan yazıçısıjurnalisti.[6]

Luici Kapuana
it. Luigi Capuana
sic. Luiggi Capuana
Doğum tarixi 28 may 1839(1839-05-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 noyabr 1915(1915-11-29)[3][1][…] (76 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
  • Adelaida Bernardini[d]
Təhsili
  • Kataniya Universiteti[d]
Fəaliyyəti yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], şair
Əsərlərinin dili italyan dili
Janr poeziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luici Kapuana 28 may 1839-cu ildə Siciliyanın Mineo Şəhərində, varlı torpaq sahiblərinin birinin ailəsində anadan olmuşdur. Covanni Verqa (1840–1922) ilə birlikdə verizm ədəbi cərəyanının başçılarının biri sayılır. Gənc yaşlarından Siciliya dialektində şeirlər yazmağa başlamış, hayatının sonuna qədər poeziyafolklorla maraqlanmışdır. Kataniya Universitetinin hüquq fakültəsinə daxil olan gələcək yazıçı təhsilini yarımçıq qoyaraq dünya ədəbiyyatı, fəlsəfətarixlə maraqlanmağa başlayır. Siyasi baxışlarına görə əqidəli demokrat olan Luici Kapuana İtaliyanın birləşməsi uğrunda gələn Milli Azadlıq hərəkatının fəal iştirakçısı Cüzeppe Haribaldinin (1807–1882) mənəvi silahdaşı idi. 1864-cü ildə Firentseyə köçən gənc yazıçı siyasi və ədəbi salonlarda o dövrün aparıçı jurnalistləri, yazıçışairləri ilə tanış olur. Firentsenin liberal- antiklerikal mühiti onu həmin illərdə geniş vüsət tapmış pozitivizm fəlsəfə ilə yaxınlaşdırır. Yazıçıda bel bir əqidə formalaşır ki, milli azdlıq və sosial təqqi ideyası siyasi mübarizə yolu ilə deyil, elmin və mədəniyyətin inkişafı nəticəsində mümkündür. Sonralar onun bu qənaəti Covanni Verqa ilə birlikdə əsasına qoyduqları verizm ədib cərəyanının yaranmasına gətirib çıxarır.[6]

Luici Kapuananın kiçik janırda qələmə aldığı əsərlər sırasıda yaradıçılığı prosesinə həsr olunmuş hekayə və novellalar xüsusi yer tutur. Əsasən, təsviri incəsənətdən bəhs edən (verizm cərəyanına aidiyyəti olmayan) bu əsərlərdə onu bir tənqidçi kimi maraqlandıran problemlərnəzərdən keçirilir. "Adsız ağrı" novellasında Luici Kapuananın ən çox sevdiyi yaradıçılıq qayələrindən biri üz əksini tapmışdır. Yazıçının fikrincı, müəllif əsrdəki mücərrəd ideyanın yox, onun formasının yaradıcısı olduğundan, tənqidçinin borcu əsərin ideyasını açıqlamaqdır. "Qartallar təlimçisi" novellası isə fantastik- psixoloji səpkidə qələmə alınmışdır.

Luici Kapuananın və onun məsləkdaşı Covanni Verqaın verizmin nəzəri prinsiplərinin əks etdirən ədəbi- tənqidi yaradıçılığı XIX əsrin sonu İtaliya ədəbiyyatında yeni istiqamətin inkişafına təkan vermiş, verist novellaromananları Avropa ədəbiyyatının dəyərli əsərləri sırasına yüksəltmişdir.[6]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Həmin dövürdə Luici Kapuananın "Qadın profilləri" (1877);
  • Ilk verist roman sayılın "Caçinta" (1877);
  • "Kəndli qadınlar" (1894);
  • "Yeni kəndli qadınlar" (1898);
  • "Sevgi oyananda" (1911);
  • "Düşünüb eləmədən" (1910);
  • "Yaradaçılıq nəşəsi" (1911);
  • "Markiz Rokkaverdina" (1901) romanında isə XIX əsr Siciliya cəmiyyətinin ictimai- mənəvi dayaqlarından bəhs olunur.
  • "Müasir ədəbi oçerklər" (1882);
  • "Sənət naminə" (1885) əsərlərinin müəllifidir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Luigi Capuana // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Luigi Capuana // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 3 4 Капуана Луиджи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  6. 1 2 3 4 İtalyan Ədəbiyyatı Anyoloqiyası, C. Cümşüdov, səh. 33