Alissa Yaqi (八木 アリサ, Yaqi Arisa?, 31 iyul 1995[1], Sapporo) və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir.
Alissa Yaqi | |
---|---|
Doğum tarixi | 31 iyul 1995[1] (29 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | fotomodel[d], model[d], aktrisa |
Fəaliyyət illəri | 2006-cı ildən |
Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur.[2][3] İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib.[2]
Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir.[4] "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir.[4] 2008-ci ilin fevralında jurnal üçün ekslüsiv modellik etməyə başlamışdır. 2012-ci ildə isə "Nicola" jurnalından ayrılmışdır.[5] Həmin il "Vivi" jurnalının ekslüsiv modeli seçilmişdir.[3]
2014-cü ildə Cənubi Koreyanın "Biz evlənmişik: Qlobal buraxılış" verilişində iştirak edərək Shinee qrupunun üzvü Kim Kibom ilə cüt olmuşdur.[6] Oktyabr ayında A-Nation ilə Qızlar mükafatı ada kolleksiyasının birgə əməkdaşlığı ilə Sinqapurda keçirilmiş konsert tədbirində[7] və Tayvandakı Super Qızlar Eksposunda modellik etmişdir.[8] 2015-ci ildə Tokio podiumunun yaz/yay[9] və Kobe kolleksiyasının yaz/yay şouları üçün model olmuşdur.[10]
2016-ci ildə Tokio qızlar kolleksiyasının payız/qış şousunda modellik etmişdir.[11] 20 avqust 2016-cı ildə ilk fotokitabı olan "Yaqi jurnalı" fotokitabını buraxmışdır.[12]
2018-ci ildə Tokio qızlar kolleksiyasının payız/qış şousunda modellik etmişdir.[13] 2019-cu ildə Rakuten Qızlar Mükafatının yaz/yay şousunun modeli kimi çıxış etmişdir.[14] Yaqi Samantha Thavasa, Candy Stripper, Canmake kimi dəb və kosmetika brendlərinin mətbuat katibliyini etmişdir.[15]
İl | Başlıq | Nəşriyyat | ISBN |
---|---|---|---|
2016 | Yaqi jurnalı (やぎマガジン?) | Kodansha | ISBN 978-4-06-220236-7 |
İl | Başlıq | Sənətçi |
---|---|---|
2008 | "Anata ga Koko ni Itara" | Porno Graffitti |
2015 | "Ohhh!!! Hanabi" | Porno Graffitti |
"Ashita wa Kitto Ii Hi ni Naru" | Rihwa |
İl | Başlıq | Rol | Şəbəkə | Qeyd |
---|---|---|---|---|
2009-2010 | Qalstuk şahzadəsi | özünü | TV Tokyo | Daimi şou[4] |
2014 | Biz evlənmişik: Qlobal buraxılış (II mövsüm) | özünü | MBC TV | Kim Kibom (Shinee) ilə birlikdə[6] |
2018 | Sevgi sevgi yadplanetlisi 2 | Sumire Kitamura | Fuji TV | — |
İl | Başlıq | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|
2014 | De ki, səni sevirəm | Mequmi Kitaqava | ilk aktrisa rolu | [16] |
2018 | Zeniqata | Savako Suqiyama | ||
2019 | Ehtiraslı kələk: Qız oğlanla qarşılaşır | |||
Gəl məni yenə öp! | Akari Kazami | baş rol | [17] | |
Gecəyarı istisində məni öp | Şu Uçida | [18] | ||
2021 | Günəş hələ də batmır | Nana | ||
Biz gözəl buket hazırladıq | [19] |