Allahqulu xan(1794–1842) — Qonquratlar sülaləsindən Xivə xanı.
Allahqulu xan | |
---|---|
1825 – 1842 | |
Əvvəlki | Məhəmməd Rəhim xan |
Sonrakı | Rəhimqulu xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xivə, Xivə xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Xivə |
Fəaliyyəti | suveren[d] |
Atası | Məhəmməd Rəhim xan Qonqurat |
Uşaqları | |
Dini | Sünni İslam |
Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825–1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar. Buna görə ruslar qüvvələrini geri çəkdilər.