Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi.[1][3]
Allahverdi kilsəsi | |
---|---|
პატარა ალავერდის ეკლესია | |
41°25′13″ şm. e. 46°55′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Zaqatala küçəsi, 28 |
Tikilmə tarixi | XVIII əsr,[1] XIX əsr[2] |
İstinad nöm. | 4569 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir.[2] Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir.[2] Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.